Rəşad Sadıqov: Vacib oyunda qələbə qazandıq
Futbolçularımı təbrik edirəm. Vacib oyunda qələbə qazandıq. Konfrans Liqasına vəsiqəni təmin etmişik, amma üçüncülük uğrunda mübarizə davam edir.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVII tur oyunundan sonra mətbuat konfransında deyib.

Qırx dörd yaşlı mütəxəssis ilk hissədə üstün olduqlarını söyləyib: “İkinci yarıda rəqib ərazi üstünlüyünə malik idi. "Sabah" komandası məğlub durumda olanda heç-heçə də bizə sərf edirdi. Bu zaman risk etdim və Ramin Əhmədovu meydana buraxdıq. Bu da uğurlu alındı. Həm rəqibin təzyiqinin qarşısını aldıq, həm də qələbə qolumuzu vurduq. Bizim üçün gərgin və maraqlı oyun oldu. Komanda böyümək istəyirsə, belə qələbələrə çox ehtiyac var. Hazırda “Şamaxı” ilə oyuna köklənmişik. Hədəfimiz Konfrans Liqasına vəsiqə qazanmaq idi. Amma şans varsa, bürünc medalı da əldə etməyə çalışacağıq.

R.Sadıqov baş məşqçi kimi avrokuboklarda debüt edəcəyini xatırladıb: “Qarşıda oyunlarımız var. İndi 3-cü yeri tutmaq barədə düşünməliyik. Mövsümün sonunda bayram etməyə vaxtımız olacaq".

Baş məşqçi Ramin Əhmədova şans verməsinə də toxunub: "Məşqlərdə özünü yaxşı göstərdi. Orta sahədə böyük rəqabət var. Bu gün risk edib onu meydana buraxdıq, bundan yaxşı istifadə etdi. O, buraya “Zaqatala”dan gəlib. Düşünürdüm ki, aşağı liqadan futbolçuları oynatmaq lazımdır. O vaxt fikirləşdiyim indi mənə qızıl xallar qazandırdı".

"Neftçi"nin baş məşqçisi Samir Abbasov deyib: "Rəqibi təbrik edirəm. Avrokuboklara vəsiqə qazandılar. Futbolçuları bu cür oyunlara kökləmək, hazırlamaq çətindir. Komanda yaxşı futbol sərgilədi. Bu cür oyun gözləyirdik".

Təcrübəli baş məşqçi müxtəlif matçlarda gənclərə şans verdiklərini sözlərinə əlavə edib: "Neftçi"də qazandığımız nəticələri çox yaxşı hesab edirəm. Bu mövsümə çox çətin başladıq. Amma uzun məğlubiyyətsizlik seriyamız oldu, itkilərlə, rotasiyalarla 2-ci yeri tutduq. Keçən il də çempion olmuşuq. Məncə, ən yaxşısını bacarmışıq".

S.Abasov sonuncu turda "Qarabağ"la görüşə də toxunub: "Yenə də meydana ciddi itkilərlə çıxacağıq. Emin Mahmudov cəzalı duruma düşdü. Hakim bu gün həddindən artıq sərt qərarlar verdi. “Qəbələ” ilə oyunda qapımıza verilən penalti epizodunun oxşarı bu gün yaşandı, amma fit susdu. “Qarabağ”a qarşı mübarizə aparmalıyıq".

Son xəbərlər

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

“İnsanlar yox olurlar” - İlon Mask

Bu tarixdə boş qalan plan yerlərinə qəbul aparılacaq

15 yaşlı azərbaycanlı göldə boğulub öldü

Bakıya 600 israilli gələcək - SƏBƏB

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

SÖZÜN İŞIĞINDA YAŞAYAN ŞAİR

İlqar Həsənov – sözün də, dostluğun da baməzə adamı

DSK-da kadr dəyişikliyi - Bu vəzifə ləğv edildi

Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı

Lilpar Cəmşidqızı : QƏZƏL

Novruzəli Aslanov: “Daşkənddə imzalanan sənədlər Azərbaycan-Özbəkistan əməkdaşlığının hüquqi bazasını genişləndirir”

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb

Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Sürəti gözümdə bitən qardaşım - FOTO

Şəki sakinləri Bakıda dənizdə batdılar

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31