Rəşad Sadıqov: Ağır səfərdə çox vacib üç xal qazandıq
Ağır səfərdə çox vacib üç xal qazandıq. Buradan hər komanda qələbə ilə ayrıla bilmir.

AZƏRTAC xəbər verir ki, bunu "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov səfərdə "Sumqayıt"a 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XII tur oyunundan sonra deyib.

Otuz doqquz yaşlı mütəxəssis çox vacib qollar vurduqlarını söyləyib. Onun fikrincə, 2 qol rəqibi sarsıdıb: "İkinci hissədə rəqib böyük qüvvə ilə çıxış edirdi. Bununla belə 3-cü qolu vuraraq, qələbəyə nail olduq".

Sadıqov ikinci hissədə Cəlal Hüseynovu qorumaq üçün əvəzlədiyini söyləyib: "Onun 22-23 yaşı olsaydı, əvəzləməyəcəkdim. Onda yorğunluq var, son 2-3 ayda dəyişilmədən oynayıb. Üstəlik, Azərbaycan yığmasının düşərgəsində də olub. Hər hansı qol səhvi olmaması üçün dəyişdim".

Baş məşqçi futbolçularının maraqlı və ən əsası, düzgün oynadıqlarını bildirib. O, dayanmaq niyyətində olmadıqlarını və daha da artıracaqlarını dilə gətirib: "Özüm də texnikalı futbola üstünlük vermişəm. Ötən mövsüm də belə edirdik, amma alınmadıqda dəyişikliklərə getdik, dinamik, aqressiv çıxış etməyə başladıq. İndi isə futbolçuların özlərinə də belə xoşdur. Mən də belə futbol oynatmaq istəyirəm. Bu gün rəqibin gücünü nəzərə alaraq, böyük qüvvə ilə irəli atılmaq ağılsızlıq olardı. Bu gün isə nisbətən ehtiyatlı oynamağa çalışırdıq".

Mütəxəssis Georgi Stoilovla yollarını ayırmalarının səbəbini də açıqlayıb: "Stoilov dəyişilmədən mövsüm keçirmişdi. Son 3-4 ayda daim zədələnirdi. Sonda isə 3-4 ay müddətinə sıradan çıxdı. Ona görə də danışaraq qərara gəldik ki, özü üçün uyğun olan addımı ataq".

Sadıqov deyib ki, ötən mövsüm praqmatik oynamaq niyyətində olmayıblar: "Bəzi oyunları çıxmaqla, qətiyyən elə futbol oynamırdıq. Bu il nələrsə alınırsa, indinin işi deyil".

Baş məşqçi ilk qol epizodunda penaltini Davit Volkovun vurmamasına da aydınlıq gətirib: "Əvvəlki oyunlarımızda penaltilərimizi Təmkin Xəlilzadə yerinə yetirib. Bu oyunda penaltini Volkova vermək öz işimizə hörmətsizlik olardı".

Son xəbərlər

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

“İnsanlar yox olurlar” - İlon Mask

Bu tarixdə boş qalan plan yerlərinə qəbul aparılacaq

15 yaşlı azərbaycanlı göldə boğulub öldü

Bakıya 600 israilli gələcək - SƏBƏB

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

SÖZÜN İŞIĞINDA YAŞAYAN ŞAİR

İlqar Həsənov – sözün də, dostluğun da baməzə adamı

DSK-da kadr dəyişikliyi - Bu vəzifə ləğv edildi

Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı

Lilpar Cəmşidqızı : QƏZƏL

Novruzəli Aslanov: “Daşkənddə imzalanan sənədlər Azərbaycan-Özbəkistan əməkdaşlığının hüquqi bazasını genişləndirir”

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb

Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Sürəti gözümdə bitən qardaşım - FOTO

Şəki sakinləri Bakıda dənizdə batdılar

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31