Rəşad Sadıqov: Ağıllı oyun nümayiş etdirərək qələbə qazandıq
Son 2 turda rəqiblər bizə qarşı daha aqressivdir.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XVIII tur matçından sonra deyib.

Qırx yaşlı mütəxəssis bildirib ki, əvvəl digər komandalar onlara qarşı bu qədər hazırlaşmırdı: "Futbolçularıma demişdim ki, hər şeyə hazır olun. Ağıllı oynayıb qələbə qazandıq. Hər oyuna maksimum dərəcədə hazırlaşırıq. Hər şeyi düzgün etmək istəyirik ki, nəticə yaxşı olsun".

R.Sadıqov görüşün gərgin keçdiyini söyləyib: "Vacib qələbə qazandıq. Bu dəqiqə hər bir xal vacibdir. İlk 15-20 dəqiqədə külək bizə qarşı idi. Topla oynamaq və hücum etmək çətin idi. İkinci hissəyə isə daha yaxşı başladıq. Hər iki komandanın qol fürsətləri oldu. Sevindirici haldır ki, qalib gəldik".

Onun sözlərinə görə, beynindəki bütün planları mətbuat konfransında açıqlaya bilməz: "Bu gün belə "11-liy"i görürdüm. Hamidu Keyta, əksinə, yaxşı oynadı. Qolda da xidməti var idi, özü də fərqlənə bilərdi. Hər şeyi danışa bilmirəm. Belə gördüm və qərar verdim".

"Sumqayıt"in baş məşqçisi Aleksey Baqa: "Yenə də qol fürsətlərdən istifadə etməkdə çətinlik yaşadıq. Hansısa nüansı fərqləndirə bilmərəm. Burada bəxtsizlik, rəqibin oyunu və ustalıq səviyyəsini də qeyd etmək olar. Yenə qol xanamızda 0 rəqəmi oldu. Əlimizdə olan futbolçulardan nəsə etməyə çalışacağıq. Onlarla işləmək lazımdır. Mövsümün sonunda nə edəcəyimizə baxacağıq".

Qırx bir yaşlı baş məşqçi hər iki komandanın yaxşı oyun sərgilədiyini bildirib: "Düzdür, nəticələr kifayət qədər mənfidir. Amma mövsüm davam edir. Öz üzərimizdə işləyəcək, qol vurmaqla bağlı problemi aradan qaldıracağıq. İnanıram ki, oyundan-oyuna daha yaxşı çıxış edəcəyik. Futbolda qara zolaq olur. Bu, həm normal, həm də anormal vəziyyətdir".

A.Baqanın sözlərinə görə, məğlubiyyətdə konkret kimlərisə günahlandırmaq olmaz: "Məğlub oluruqsa, komanda şəklində uduzuruq. Sistemi dəyişmək mümkündür. Lap bir müdafiəçi ilə də oynamaq olar. Bununla heç nə dəyişmir. Məğlubiyyət zəncirvari amillərdən yaranır. Dayaq yarımmüdafiəçiləri, hücumçuların da bunda günahı var. Sistemi dəyişməklə heç nə dəyişməyəcək. Bu, çıxış yolu deyil".

Mütəxəssis meydanın kənarında emosional olduğunu etiraf edib: "Hərdən bunlar paltardəyişmə otağına da sirayət edir. Özümə heç kimi bəyəndirmək fikrim yoxdur".

O, cari mövsümü yola vermədiklərini vurğulayıb: "Növbəti mövsüm barədə fikirlər yoxdur. Paltardəyişmə otağında da dedim ki, kim bu mövsümü yola verməyi düşünürsə, bizimlə olmayacaq. Futboldur, 3 oyun qalib gələndən sonra səni əl üstündə gəzdirir, az qala Yurgen Klopp səviyyəsinə qaldırırlar. Məğlub olanda isə tənqid olunursan. Bunu normal qarşılayıram".

Son xəbərlər

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

“İnsanlar yox olurlar” - İlon Mask

Bu tarixdə boş qalan plan yerlərinə qəbul aparılacaq

15 yaşlı azərbaycanlı göldə boğulub öldü

Bakıya 600 israilli gələcək - SƏBƏB

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

SÖZÜN İŞIĞINDA YAŞAYAN ŞAİR

İlqar Həsənov – sözün də, dostluğun da baməzə adamı

DSK-da kadr dəyişikliyi - Bu vəzifə ləğv edildi

Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı

Lilpar Cəmşidqızı : QƏZƏL

Novruzəli Aslanov: “Daşkənddə imzalanan sənədlər Azərbaycan-Özbəkistan əməkdaşlığının hüquqi bazasını genişləndirir”

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb

Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Sürəti gözümdə bitən qardaşım - FOTO

Şəki sakinləri Bakıda dənizdə batdılar

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31