Bir adanın SİRRİ
Şotlandiyanın şimal sahillərindəki Orkneyski adaları arasında yerləşən kiçik Eynhallou adası hələ qədim skandinavlara da məlum idi.

Onlar adanı “Eyin Helga”, yəni müqəddəs ada adlandırırdılar. İlk baxışdan adada nəzərəçarpacaq heç nə yoxdur.

Ada 75 hektar ərazisi olan adi torpaq parçasıdır. XIX əsrin ortalarından ada kimsəsizdir və quş qoruğuna çevrilib. Eyni zamanda, burada XII əsrdə inşa edilən kilsənin qalıqları var. Amma uzun əsrlərdir ki, bu kiçik torpaq sahəsi qeyri-adi məxluqlar və sehrbazlıqla dolu bir məkan kimi şöhrətlənib.

Qədim skandinavlar əbəs yerə adanı müqəddəs yer adlandırmayıblar. Onların fikrinə görə, adada yaşayan şər qüvvələr istənilən adama hücum edə bilər. Bunu sübut etmək üçün isə insanların izi-tozu qalmadan itkin düşmə faktlarını təqdim edirlər.

Ada ilə bağlı dolaşan əfsanələrdən biri də burada Finfolk adlanan dəniz məxluqunun yaşamasıdır. Finfolk şüurlu, su altında yaşayan, insanabənzər, su pəriləri kimi bir irqdir. Bununla yanaşı, finfolklar insanlara qarşı münasibətdə çox qəddardırlar və məhz onlar adamları oğurlayaraq sualtı saraylarında qul kimi işlədirlər.

Finfolklar cildlərini dəyişərək iri balıq, suiti, digər dəniz heyvanı və ya yosuna çevrilə bilirlər. Məqsəd isə insanı özünə daha yaxın cəlb etmək üçündür. Seçilən qurban kifayət qədər yaxınlaşanda, finfolk əsl simasına qayıdır, insanın üzərinə tullanaraq suyun altına aparır.


Hələ deyilənlərə görə, Eynhallou adasında bu məxluqların gizli məbədi var. Onlar yay aylarında müntəzəm olaraq buraya gələrək tanrılarına dua edirlər. Eyni zamanda, bu ayinlər gözə görünməz formada baş verir. Finfolklar insanları murdar və işğalçı hesab edirlər.

Əfsanəyə əsasən, bir dəfə finfolk fermerin arvadını oğurlayaraq Eynhallou adasına aparır. Amma fermer oğlanları ilə birlikdə qoruyucu amuletlə silahlanaraq adaya gəlirlər və xüsusi dualar oxuyurlar. Bundan sonra finfolklar adadan qaçırlar və fermerin arvadı xilas olur.

Deyilənə görə, bu hadisə XII əsrdə meydana gəlib və bundan sonra Eynhallou adasına ilk insanlar gələrək, kilsə inşa ediblər və evlərini qurublar. Bununla belə, finfolklar yaxınlıqda yaşayırdılar və insanlar tez-tez bu məxluqlarla rastlaşır, qəribə pıçıltılar eşidirdilər.

Tarixçilər insanların qədim dövrdə burada necə yaşadıqları barədə çox az məlumata sahibdirlər. 1529-cu ildə yazılmış əlyazma mətndə göstərilib ki, günəş batdıqdan sonra biçin üçün qadağa tətbiq edilib.

Deyilənə görə, qaranlıqda buğdanı biçəndə qan axır və çox pis hadisələr baş verir. Eyni zamanda, mətnə əsasən, gecə vaxtı atları bağlamaq lazımdır, əks halda qaçaraq bütün adanı narahat edə bilərlər.

1851-ci ildə adada cəmi 26 nəfər yaşayırdı və hansısa dəhşətli xəstəlik demək olar ki, bütün insanların ölümünə səbəb oldu. Sağ qalan bir neçə nəfər adanı dərhal tərk etdi.

Tezliklə ada boşaldı və burada ancaq quşlar məskunlaşdı.

Son xəbərlər

ABŞ Hörmüzdəki Larak adasına zərbələr endirdi

“Qalatasaray” Rafael Leaudan sonra daha bir futbolçu transfer edib

“Yaxşı ki, tibbə qəbul olmadım” - 617 balla baytarlığı seçən Xaliq

"İran kanallarına baxanda əsəblərim pozulur" - Pezeşkian

Hökumət təcili tədbir görməsə... - Əhali ilə bağlı şok rəqəm

Bugün mənim üçün xüsusi duyğularla yadda qalan bir gün oldu...

RAMİL, ALLAHVERƏN, BİR DƏ NATƏVAN - FOTO

Xəzərin Sahilində Yazılan Uğur Salnaməsi: Azərbaycan Karatesinin Gücü və Birliyi - FOTOLAR

Leyla və Arzu Əliyevalar klassik avtomobillərin yürüşünü izlədilər - FOTOLAR

BDYPİ leysan yağışları ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib

Zakir Həsənov Türkiyədə buraxılış mərasiminə qatıldı - FOTOLAR

“Yeraltı”nın aktrisası atasının şikayəti ilə ifadə verdi

AKİF CƏFƏRLİ İLƏ BAĞLI BİR XATİRƏ VƏ XATİRƏ İŞIĞINDA ONUN YARADICILIĞINA BİR BAXIŞ...

Dieqo Rosa “Qarabağ”da

İşlədiyi xəstəxanadan külli miqdarda dərman oğurlayıb satdı - “Borcum var idi”

İranın Ali Lideri müsəlman ölkələri birliyə çağırdı

Argentina millisinin ulduzu "Çelsi"də

Köpəyə oxşayır, yarasa kimi uçur: dünyanın ən qəribə məməlisi gündəmdədir

Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər

Qarabağda 4010 azərbaycanlı itkin düşüb - Onların 782-si mülki şəxslərdir

Azərbaycan kinosu nə vaxt cavanlaşacaq?

Faktiki hava açıqlandı

Filippində musson yağışları daşqına səbəb oldu - Bir ayda 32 nəfər öldü

İntuisiyanız bu gün olduqca güclü olacaq - BÜRCLƏR

“Həmin saytın fəaliyyəti qanunsuzdur” - MEDİA-dan xəbərdarlıq

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad etdi

"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO

Bu gün Türkiyədə Zəfər Bayramıdır

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31