Bu dəfə özəlləşməyə 58 dövlət əmlakı çıxarılıb


Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən təşkil edilən müasir hərraclardan biri də mayın 14-də keçiriləcək.

Komitədən AZƏRTAC-a bildirlib ki, hərrac iştirakçısı olmaq istəyən şəxslərin hərracda 58 dövlət əmlakı üzrə seçim etmək imkanı var. Bu dəfə vətəndaşlar seçimlərini 15 səhmdar cəmiyyəti, 31 kiçik dövlət müəssisə və obyekti, 5 yarımçıq tikili və qeyri-yaşayış sahəsi, 7 nəqliyyat vasitəsi üzrə apara bilər.

Özəlləşdirməyə çıxarılan kiçik dövlət müəssisələrinin yerləşdiyi regionlar, fəaliyyət sahələri və qiymətləri müxtəlifdir. Bu kateqoriyaya aid olan dövlət əmlaklarının ümumi faydalı sahələri 7,5 kvadratmetr ilə 9,2 min kvadratmetr arasındadır. Kiçik dövlət müəssisələrinin əksəriyyəti torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılıb. Ən geniş torpaq sahəsi olan kiçik dövlət müəssisəsi Salyan rayonunun Peyk kəndindəki Yüksəliş yardımçı təsərrüfatıdır. Obyektin torpaq ərazisinin ümumi sahəsi 975 min kvadratmetrdir. İmişli şəhərinin H.Aslanov küçəsindəki təmir-tikinti sahəsinin ümumi faydalı sahəsi 137,1 kvadratmetrdir. Bu dövlət obyekti 1864 kvadratmetrlik torpaq sahəsi ilə birgə hərraca çıxarılıb.

Qeyri-yaşayış sahələri isə Bakı və Gəncə şəhərlərində yerləşir. Paytaxtın Səbail rayonunun S.Vurğun küçəsindəki obyektin ümumi faydalı sahəsi 22,2 kvadratmetrdir. Xidmət obyekti kimi istifadə imkanı olan digər qeyri-yaşayış sahəsi isə Gəncə şəhərinin Kəpəz rayonu, Dədə Qorqud küçəsində yerləşən, ümumi faydalı sahəsi 29,4 kvadratmetr təşkil edən dövlət əmlakıdır.

Müxtəlif rayonlardakı səhmdar cəmiyyətlərinin 30-45 faizlik səhm paketləri də hərraca çıxarılıb. Şirkətlər nəqliyyat, təmir-tikinti, sənaye və digər sahələr üzrə fəaliyyət göstərir. Bunlara misal olaraq “Xudat Kəndnəqliyyat”, “Kürdəmir Aqrotexservis”, “Nəvahi” kimi dövlət əmlakları göstərilə bilər.

Nəqliyyat vasitələrinin isə buraxılış tarixləri 1994-2007-ci illəri əhatə edir. Bu kateqoriyadan olan dövlət əmlakları “Nissan”, “Mercedes”, “Rexton” və digər markalara aiddir.

Özəlləşdiriləcək dövlət əmlaklarının tam siyahısı ilə tanış olmaq və elektron sifariş vermək istəyənlər komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Əmlak Məsələləri Dövlət Komitəsi hər kəsi canlı və onlayn formada hərraclarda iştirak etməyə və ya prosesi ziyarətçi kimi izləməyə dəvət edir. Dövlət əmlaklarının özəlləşdirilməsinə qoşulmaq üçün vaxt itirməyə və məkanı dəyişməyə ehtiyac yoxdur. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təmin edilən innovativ hərrac imkanları ilə bu proses daha sadədir. Hərracdan öncə onlayn seçim və sifariş prosedurları ilə hər kəs rahatlıqla, əlavə ünsiyyət olmadan iştirakçı statusu qazanır. Olduğu yerdən hərraca qoşulmaq istəyənlər isə “Elektron hərrac” sistemindən istifadə edə bilər. Belə ki, dövlət əmlaklarının sifarişçiləri və prosesə marağı olan şəxslərin təyin olunan vaxtda onlayn formada hərracda iştirak imkanı var. Bunun üçün komitənin Elektron Xidmətlər Portalında (e-emdk.gov.az) Elektron hərrac bölməsinə daxil olmaq kifayətdir.

Son xəbərlər

İstanbul hava limanı sərnişin sayına görə Avropa rekordunu qırıb

Bu ölkələr İrana qarşı müharibəyə qoşulmayacaq

Məşhur türk aktrisası Özge Gürel “44” filminin baş rolunda - Fotolar

Leyla Əliyeva qardaşını bu şəkillərlə təbrik etdi - Fotolar

Əziz nəvələrim – Nərmin xanım və Nicat bəy!

Bir inci saflığı varsa da suda...

Sənubər Səhər : Yazılar mütləqdir

“Roma” Endrik üçün hərəkətə keçdi

TARİXİN ACI TƏKRARI – ŞİRAZDAN ŞUŞAYA UZANAN XƏYANƏT - FOTO

Eldost Bayramın 80 illiyinə

Pedri üçün 90 milyon avro

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 21 nəfər xəsarət alıb

Azərbaycan velosipedçiləri Kahramanmaraş turunda yarışacaqlar

BİR ŞEİRİN TƏHLİLİ (Atlaz Rzayinin "Çox sağ ol" şeirinin ədəbi təhlili)

“Güllü”nün qızına ömürlük həbs tələbi - Anasını balkondan o atıbmış...

Bu ərazilərdə işıq olmayacaq

Kartdan-karta əməliyyatlara limit qoyuldu

Xalq artistinə ağır itki - Foto

Tanınmış aktyor evində ölü tapıldı

Nəriman Həsənzadə Birinci Fəxri xiyabanda dəfn olundu

Kəlbəcərdə dağda köməksiz qalan şəxs xilas edildi

FHN əlilliyi olan şəxslər üçün maarifləndirmə tədbiri keçirdi - Fotolar

Nəriman Həsənzadə ilə vida mərasimi keçirildi - Prezident və xanımı əklil göndərdi+Fotolar

Paşinyan istefa verdi - Yeni hökumət formalaşdırılır

Dünyanın ən gözəl sözü seçildi

İran XİN: Region ölkələri ilə düşmənçilik siyasəti aparmırıq

ABŞ viza girovunu 20 min dollara qədər artırıb

Əraqçi Asim Munir və Hakan Fidanla regiondakı vəziyyəti müzakirə edib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31