Xəbərlər
31.08.2026, 02:28
“Qalatasaray” Rafael Leaudan sonra daha bir futbolçu transfer edib
Ötən gün İtaliyanın “Milan” klubundan Rafael Leaunu heyətinə qatan Türkiyənin “Qalatasaray” komandası növbəti transferini reallaşdırıb.
AZƏRTAC xəbər verir ki, İstanbul təmsilçisi Portuqaliyanın “Portu” klubunda çıxış edən Dəniz Güllə anlaşıb. Məlumatı tanınmış insayder Fabritsio Romano yayıb.
Onun sözlərinə görə, “Qalatasaray” bu keçid üçün “Portu”ya 11 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Dəniz Gül Türkiyə millisinin üzvüdür. 22 yaşlı forvard bu yay yığmanın heyətində dünya çempionatında çıxış edib.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay