Bir uğurlu layihənin hesabatı...
Bu gün doğma Cəlilabad rayonu və onun ədəbi mühitindən əlavə, respublika səviyyəsində və bəzən ölkə hüdudlarından kənarda öz parlaq imzası ilə tanınan bir sıra qələm sahibləri var. Onlardan bəzisi təkcə bir sahədə deyil, eyni zamanda bir neçə sahədə öz peşəkarlığı ilə xidmət göstərir və bir-birindən dəyərli əsərlər yaradaraq, gözəl layihələrə imza atırlar. Heç şübhəsiz, onlardan biri də ədəbiyyat, ilahiyyat, tərcümə, tarix və jurnalistika kimi sahələrdə söz və əsər sahibi olan dəyərlimiz İlqar müəllim İsmayılzadədir.
İlqar İsmayılzadə fəlsəfə üzrə fəlsəfə doktoru, tanınmış yazıçı-publisist, teoloq, araşdırmaçı və tərcüməçidir. O, yerli ədəbi mühiti canlandıran və Cəlilabadın tarixi adını daşıyan "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktorudur.
İlqar İsmayılzadə elmi-fəlsəfi araşdırmaları, publisistik yazıları və təmənnasız ictimai fəaliyyəti ilə Azərbaycan və Türk dünyası ədəbi mühitində özünəməxsus yer tutan dəyərli ziyalılardan biridir. O, həm də cəmiyyətdə milli-mənəvi və xeyirxahlıq dəyərlərini təbliğ edən aktiv bir mətbuat nümayəndəsidir.
Doğma elimizin yazıçı-publisisti öz elmi araşdırmaları, tərcümələri və publisistik yazıları ilə ölkənin ictimai-mədəni həyatında və ədəbi mühitində fəal iştirak edir, gənc nəsillərin maariflənməsinə öz töhfəsini verir. Onun əsərləri və məqalələri oxucular tərəfindən rəğbətlə qarşılanır.
Cəlilabad ədəbi mühitinin formalaşmasında, o cümlədən xanım yazarların, gənc və yaşlı istedadların aranıb üzə çıxmasında və cəmiyyətə tanıtdırılmasında İlqar İsmayılzadənin danılmaz xidmətləri var. Əslində mənim də mənsub olduğum doğma Cəlilabadda və Cəlilabad ədəbi mühitində tanınmağıma səbəbkar İlqar İsmayılzadə olmuşdur...
Təbii ki, bir yaradıcı qələm sahibi olaraq bu mövzuya biganə yanaşa bilmədim və beləliklə də ədəbi mühitimizin və doğma elimizin bu dəyərli simasını dəyərləndirmək, eyni halda ziyalılar və qələm sahibləri arasında səfa-səmimiyyətin genişlənməsinə dəstək olmaq məqsədi ilə bir ədəbi-ictimai layihəyə başladım. Bu il 22.07.2026 tarixindən etibarən Cəlilabad ədəbi mühitinin nümayəndələri ilə başladığım "Səmimi sətirlər çələngi" adlı layihənin əsas məqsədi fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Yazıçılar Birliyi və Turan Yazarlar Birliyinin üzvü, Turan Xalq yazarı, "Ziyadar" Mükafatı, "Qızıl Qələm" və "Zəfər" Media Mükafatları və "Əsrin yazarı" medalı laureatı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist İlqar İsmayılzadənin bir ziyalı kimi Cəlilabad rayonu, eləcə də Cəlilabad ədəbi mühitinə və Azərbaycan xalqına göstərdiyi təmənnasız yaxşılıqlarını dəyərləndirərək, ona olan təşəkkür borcumuzu və səmimi sevgimizi bildirmək idi.
Bu lahiyədə ilk olaraq Cəlilabad ədəbi mühitinin nümayəndələri və ziyalılarının öz ziyalı aliminə olan ürək sözləri yer alıb. Layihənin davamında isə ölkənin digər rayon və bölgələrindən olan, eyni halda İlqar İsmayılzadə yaradıcılığı ilə yaxından tanış olan, həmçinin, "Həməşəra" mətbu orqanın rəsmi Facebook səhifəsini izləyən digər bölgə ziyalılarımızın da ürək sözləri və düşüncələri təqdim edilmişdir.
Ümumiyyətlə, 46 nəfərin yer aldığı layihədə dəyərli İlqar müəllim haqqında ən yüksək fikirlər yer alıb. Bu layihə əsasında İlqar müəllimi bir daha yenidən tanıyıb sevdik.
Dəyərlimiz İlqar müəllim, bütün yaxşı nə varsa, gözəl nə varsa, hamısına layiq olan bir şəxsiyyətdir. Şəxsən mən ilk öncə belə bir şəxsiyyətin varlığına görə Ulu Tanrıya şükür edir, sonra isə hər zaman yanımda olub bu layihəyə qoşulan hər kəsə səmimi qəlbdən minnətdarlığımı bildirirəm!
Layihənin icra edildiyi müddət ərzində müraciət etdiyim insanların ilk cümləsi: "İlqar müəllim haqqında böyük məmnuniyyətlə ürək sözlərimi deyərəm", "İlqar müəllim haqqında canla-başla yazaram" və "Gözüm üstə, yazaram" sözləri oldu. Mən də layihə müəllifi olaraq ona olan bu sevgini gördükcə, bir daha sevindim və qürur hissi keçirdim. Əslində insanların ürəyində yer qazanmaq asan məsələ deyil. Mən həmin layihə çərçivəsində anladım ki, İlqar müəllim böyükdən kiçiyə qədər hər kəsin qəlbində bu zirvəni qazanmış bir ziyalıdır.
Layihə icra olunarkən eyni halda 2 həftə boyu ardıcıllıqla "Həməşəra" mətbu orqanının rəsmi Facebook səhifəsində yüksək səviyyədə və xüsusi bacarıqla yayımlandı, minlərlə insanın dəstəyi və rəğbətini qazana bildi.
Sonda fürsətdən istifadə ediib, hər birimizin əzizi olan İlqar müəllimə hər zaman insan ürəyinin və yaradıcılığın ən ali zirvəsində olmağı arzulayıram! Ulu Tanrı sizə hər zaman zirvədə olan gözəl və sağlam ömür nəsib etsin!

Atlaz Rzayi
(Turan Yazarlar Birliyinin üzvü, "Həməşəra" və "Nizami Gəncəvi" Fəxri Diplomları, "Ziyadar" Mükafatı, TYB-nin xüsusi Ödülü, "Tomris" və “Turan Ödülü” laureatı, bədii qiraətçi, yazıçı-şair)
31.08.2026

Son xəbərlər

Bir uğurlu layihənin hesabatı...

Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlanıb

Cənubi Qafqaz - Mərkəzi Asiya ortaq təhlükəsizlik sistemi: Təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verib

"DSports": "Sabah" müasir futbol məntiqinə meydan oxuyub

Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

Azərbaycan-ŞƏT münasibətləri: Çoxşaxəli əməkdaşlıqdan strateji tərəfdaşlığa - ŞƏRH

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Kamran Əliyev: Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur

Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq

Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsahibə mərhələsi başlayır

İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib

İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixində yeni mərhələnin əsası qoyulub

İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib

Müəllimlərin təkrar sertifikasiyasının müsahibə mərhələsinə başlanılır

Yasamal sakinlərinin nəzərinə!

SEPAH: Hörmüz boğazı üzərində ABŞ-yə aid PUA vurulub

Zülfiyyə İsmayıl : Biləsən (qəzəl)

ABŞ Hörmüzdəki Larak adasına zərbələr endirdi

“Qalatasaray” Rafael Leaudan sonra daha bir futbolçu transfer edib

“Yaxşı ki, tibbə qəbul olmadım” - 617 balla baytarlığı seçən Xaliq

"İran kanallarına baxanda əsəblərim pozulur" - Pezeşkian

Hökumət təcili tədbir görməsə... - Əhali ilə bağlı şok rəqəm

Bugün mənim üçün xüsusi duyğularla yadda qalan bir gün oldu...

RAMİL, ALLAHVERƏN, BİR DƏ NATƏVAN - FOTO

Xəzərin Sahilində Yazılan Uğur Salnaməsi: Azərbaycan Karatesinin Gücü və Birliyi - FOTOLAR

Leyla və Arzu Əliyevalar klassik avtomobillərin yürüşünü izlədilər - FOTOLAR

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31