Britaniyalı aktyor və komediyaçı Riki Gervays 44 ildir birlikdə olduğu yazıçı Ceyn Fellonla evlənməyi düşündüyünü açıqlayıb. Uzun illər evliliyə ehtiyac olmadığını düşünən Gervays qərarının əsas səbəbinin romantika deyil, vergi güzəştləri olduğunu bildirib.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, təxminən 141 milyon funt-sterlinq (təxminən 326 milyon manat) sərvətə sahib olan 65 yaşlı komediyaçı “Saga” jurnalına müsahibəsində Fellonla evlənmək ehtimalı barədə danışıb.

“Bəli. Evlənməyimin səbəbi də bu olacaq”, – deyə Gervays miras vergisi ilə bağlı güzəştləri nəzərdə tutaraq bildirib.

“Əgər vergilər olmasaydı... niyə evlənərdik?”, - o əlavə edib.

“Ofis” serialının yaradıcısı və ulduzu olan Gervays uzun müddət evliliyin onun üçün heç bir əhəmiyyət daşımadığını deyib. Buna baxmayaraq, 1982-ci ildən birlikdə olduğu Fellonla münasibətlərinin bir çox rəsmi nikahdan daha uzun sürdüyünü vurğulayıb.

“Bütün pullarımızı bölüşürük, 40 ildir birlikdə yaşayırıq. Bəzi evliliklər hətta bir il belə davam etmir”, – deyə komediyaçı bildirib.

“Ölməzdən əvvəl bu evlilik məsələsini həll etməliyəm”, - Gervays zarafatla deyib.

Riki Gervays və Ceyn Fellon 1982-ci ildə London Universitet Kollecində tələbə olarkən tanış olublar. Cütlük 44 il ərzində birlikdə olsa da, evlənməməyi və uşaq sahibi olmamağı seçib.

Fallon da daha əvvəl evliliyə və toya heç vaxt xüsusi maraq göstərmədiyini söyləyib.

“Kiçik qızların toy günləri və gəlinlikləri haqqında xəyal qurduğu bir klişe var. Məndə bunlardan heç biri yox idi”, – deyə yazıçı bildirib.

Ceyn Fallon mart ayında adi mammoqrafiya zamanı ona döş xərçəngi diaqnozu qoyulduğunu açıqlayıb. Yazıçı iki əməliyyat keçirib və müalicəsinin uğurlu olduğunu bildirib.

O, normal həyatına qayıtmağı səbirsizliklə gözlədiyini deyib.


Son xəbərlər

44 il sonra evlənəcəklər - Fotolar

Yeni filmə görə 100 milyon qazanacaq

Britaniyaya qayıdırlar

Rusiyanın Kiyevə hücumu zamanı ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB

DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib

UEFA Konfrans Liqası: "Qarabağ" bu gün Niderlandda "Tvente" ilə qarşılaşacaq

Bu gün Yevlax, Tərtər, Ağdaş, Göyçay, habelə Yasamalın bir sıra ərazilərində işıq olmayacaq

Anar Nəcəfli vəzifəsindən azad olundu

İtkin düşən tiktokerin üzümlükdə meyiti tapıldı

Helikopter qəzasından sağ çıxan olmadı

55 il öyrətdi, bu dəfə kövrəltdi... - Allahverdi müəllimin son arzusu

Rəşad Məcid – Azərbaycan mətbuatının və ədəbi mühitinin nüfuzlu siması

Tramp: İrana qarşı daha sərt sanksiyalar tətbiq oluna bilər

Azərbaycan XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalında təmsil olunur

Kurtun ölümündə istifadə olunan silah məhv edildi

Şamaxıda “Niva” dərəyə aşıb, iki nəfər ölüb - YENİLƏNİB

Zeynəb Cəmaləddin : BİR OCAQ QURACAQSAN - FOTO

Məşhur aktyor "A.B.İ"də - FOTO

Portuqaliyada üzü tam qapayan geyimlər qadağan edildi

Azərbaycan güləşçisi ardıcıl 2-ci dəfə dünya çempionu olub

Sevinc Yunuslu : Uzağı şeir yazmağı tərgidərəm sənə görə.. - FOTO

"Sahipsizler"dən sonra bu seriala çəkiləcək - FOTO

Bakıya gələnlərə paylanan bağlamaları qəbul edənlər saxlanılır

Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı və... - DƏHŞƏTLİ FACİƏ

Uşaqları olacağı xəbərini belə elan etdi - FOTO

Qobustan rayonu Ərəbşalbaş kəndində yeni çəkilmiş daxili yollara baxış keçirmişdir - FOTOLAR

Şəki Xan sarayı haqqında düşüncələrim

İraq neftin Hörmüz vasitəsilə ixracı üçün İrandan xüsusi şərtlər təqdim etməsini xahiş edib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31