Xəbərlər
20.08.2026, 00:24
Kurtun ölümündə istifadə olunan silah məhv edildi
“Nirvana” qrupunun solisti Kurt Kobeynin ölümü ilə bağlı işdə əsas sübutlardan biri hesab edilən "Remington Model 11" markalı, 20 kalibrli tüfəng məhv edilib.
"Unikal" xəbər verir ki, Sietl polisi silahı 27 sentyabr 2022-ci ildə yandıraraq məhv edib. Polis hesabatında tüfəngin musiqiçinin ailəsinin xahişi ilə məhv edildiyi qeyd olunub. Lakin bu tələbin məhz hansı ailə üzvü tərəfindən verildiyi açıqlanmayıb.
Qeyd edək ki, Kurt Kobeyn 8 aprel 1994-cü ildə ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərindəki evində ölü tapılıb. Hadisə yerində polis əməkdaşları onun yanında tüfəng, intihar məktubu və narkotik vasitələrin istifadəsi üçün ləvazimatlar aşkarlayıblar.
Musiqiçinin ölümü ilə bağlı müxtəlif konspirasiya nəzəriyyələri illərdir gündəmdədir. Bu ilin fevralında özəl məhkəmə-tibb ekspertlərindən ibarət qrup Kobeynin ölümündən 32 il sonra yeni məlumatlar təqdim edib. Onlar sənətçinin öldürülmüş ola biləcəyini iddia ediblər.
Ekspertlərin versiyasına görə, Kurt Kobeynə atəş açılmazdan əvvəl ölümcül dozada heroin yeridilmiş və hadisədə bir neçə nəfər iştirak etmiş ola bilər.
Sietl polisi isə bildirib ki, yalnız həqiqətən yeni sübutlar ortaya çıxacağı təqdirdə işi yenidən araşdırmağa hazırdır. Hazırda isə belə sübutların olmadığını açıqlayıb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay