Xəbərlər
14.08.2026, 13:57
Bu gün İsmayıl bəy Qutqaşınlının anım günüdür - FOTO
Şəhla Xəlilqızı
Ruhun şad olsun İsmayıl bəy
Ölməzliyin yolu oldun,
Vətənimin qolu oldun,
Hər anaya oğul oldun,
İsmayıl bəy Qutqaşınlı!
Qəbələnin fəxarəti,
El içində məhəbbəti,
Sönməz heç vaxt hərarəti,
İsmayıl bəy Qutqaşınlı!
Ölməzliyə gedən yolun,
Bir məşəldi alov, odun,
Silinməyən izi qoydun,
İsmayıl bəy Qutqaşınlı!
Doğma yurdun xoş nəfəsi,
Ev muzeyin düşdü səsi,
Qonaq edir hər bir kəsi,
İsmayıl bəy Qutqaşınlı!
General tək sən iz qoydun,
Poladların yolun oldun,
Abad oldu doğma yurdun,
İsmayıl bəy Qutqaşılı!
Qarabağın oldu azad,
Elimizdən qovuldu yad,
Yurdun olsun indi abad,
İsmayıl bəy Qutqaşınlı!
Min bir nəğmə qoşub sənə,
Rəhmət oxur dönə-dönə,
Sığınıb vətən köksünə,
Yolun oldu daim şanlı,
İsmayıl bəy Qutqaşınlı!
Ruhun şad olsun İsmayıl bəy
Ölməzliyin yolu oldun,
Vətənimin qolu oldun,
Hər anaya oğul oldun,
İsmayıl bəy Qutqaşınlı!
Qəbələnin fəxarəti,
El içində məhəbbəti,
Sönməz heç vaxt hərarəti,
İsmayıl bəy Qutqaşınlı!
Ölməzliyə gedən yolun,
Bir məşəldi alov, odun,
Silinməyən izi qoydun,
İsmayıl bəy Qutqaşınlı!
Doğma yurdun xoş nəfəsi,
Ev muzeyin düşdü səsi,
Qonaq edir hər bir kəsi,
İsmayıl bəy Qutqaşınlı!
General tək sən iz qoydun,
Poladların yolun oldun,
Abad oldu doğma yurdun,
İsmayıl bəy Qutqaşılı!
Qarabağın oldu azad,
Elimizdən qovuldu yad,
Yurdun olsun indi abad,
İsmayıl bəy Qutqaşınlı!
Min bir nəğmə qoşub sənə,
Rəhmət oxur dönə-dönə,
Sığınıb vətən köksünə,
Yolun oldu daim şanlı,
İsmayıl bəy Qutqaşınlı!
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












