“Hollivud ulduzu Bred Pitt uzun müddətdir birlikdə olduğu zərgərlik məmulatları dizayneri İnes de Ramon ilə evlənməyi planlaşdırmır”​.

“Qafqazinfo” xəbər verir ki, bu barədə cütlüyə yaxın mənbəyə istinadla “Page Six” nəşri məlumat yayıb.

Adının çəkilməsini istəməyən mənbənin sözlərinə görə, 33 yaşlı dizayner aktyorun ailəsi ilə çox yaxın münasibət qurmağı bacarıb və qohumları onu ilk gündən qucaq açıb qarşılayaraq öz ailələrinin bir üzvü kimi qəbul ediblər:

“Lakin İnesin hər kəslə bu qədər yaxınlaşmasına baxmayaraq, 62 yaşlı Bred Pittin rəsmi nikah masasına oturmaq kimi bir planı yoxdur”.

Mənbə əlavə edib ki, İnes de Ramon müntəzəm olaraq Pittin qardaşı, bacısı, eləcə də bacısı və qardaşı uşaqları ilə sıx təmasda saxlayır, ailə tədbirlərində iştirak edir və onlarla fərdi şəkildə yaxından tanış olmaq üçün xüsusi səy göstərir:

“O, saatlarla hər kəslə birgə oturub gülə, zarafatlaşa bilir və bu mühitdə özünü tamamilə rahat hiss edir. Bu münasibətlərdə heç bir sünilik yoxdur”.

Xatırladaq ki, Bred Pitt və İnes de Ramon 2022-ci ildən bəri sevgilidirlər. Aktyor 2016-cı ildə keçmiş həyat yoldaşı, məşhur aktrisa Ancelina Coli ilə yollarını ayırıb və onların uzun illər davam edən rəsmi boşanma prosesi yalnız 2024-cü ilin dekabrında tam başa çatıb. İnes de Ramon isə daha əvvəl “Vampir gündəlikləri” serialının ulduzu Pol Uesli ilə evli olub və onlar da 2022-ci ildə boşanıblar.

Son xəbərlər

Səs yazısı yayıldığı iddia edilən həkimdən açıqlama

Dənizə getməzdən əvvəl oxuyun - 10 vacib qayda

Kral ailəsində yeni körpə - Foto

QƏLƏMİN HİKMƏTİ – SÖZÜN QÜDRƏTİ (NİCAT ƏRTÜRK YARADICILIĞINA ELMİ-ƏDƏBİ BAXIŞ)

Bu dəfə ekrana aktyor kimi çıxmayacaq

HƏKİM ÖMRÜNÜN DAVAMI

Gizli şəkildə evləniblər? - Fotolar

Niyə hamı bloqer olmaq istəyir - Məşhurluq arzusu, yoxsa çıxış yolu? - ARAŞDIRMA

Tikinti müddətində ekspres avtobuslar ödənişli olacaq

Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib

Romada İsrail-Livan görüşü – "Hizbullah" da HƏMAS-ın aqibətini yaşayacaq - ŞƏRH

Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Paşinyanın Rusiyaya qarşı yeni strategiyası: Kremlin ölkədəki təsir mexanizmləri hədəfə alınır - ŞƏRH

"SƏHƏR" QƏZETİNİN 37 YAŞI OLDU

Culfaya yeni icra başçısı təyin edilib

Əcnəbilərin və onları qəbul edən vətəndaşların NƏZƏRİNƏ - Qeydiyyat tələbi

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Qobustan şəhərindən şəhid Sərxan Hacıyevin anası Humay Ananın doğum günüdür - FOTO

"Milli Qəhrəman Vüqar" - Yeni kitabın təqdimatı

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı

MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31