Xəbərlər
19.08.2026, 22:18
Zeynəb Cəmaləddin : BİR OCAQ QURACAQSAN - FOTO
(Yurd həsrəti çəkənlərə ithaf olunur)
Bir ocaq quracaq, od çatacaqsan,
Koma istəyirsən, o yurd daşından.
Qum ilə sementə su qatacaqsan,
Bir neçə damla da sevinc yaşından.
Erməni qansızı viranə qoymuş,
Yanıqdır daşları, yaşıldır çəmən.
Şükür ki, düşmənin bağrı oyulmuş,
Torpağın həməndir, yurd yerin həmən.
Titrəyən can evin duyğu sellidir,
Bu vulkan yatsa da sönməz ocaqdır.
Közü əmanətdir, alov dillidir,
Bu alov ürəkdə hey yanacaqdır.
Nə qədər ağırdır çəkdiyin bu yük,
İmtina eyləmək olmadı, amma.
Bu gün dərdin qədər sevincin böyük,
Zamanla unutmaq? Eşit, inanma...
27.08.2024.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay









