Xəbərlər
19.08.2026, 01:52
O, NECƏ XATIRLANIR? (Səmimi sətirlər çələngi)
Mən İlqar İsmayılzadəni demək olar ki, bir ildir tanıyıram. İlqar İsmayılzadə çox savadlı, istedadlı həm də səmimi bir insandır. O, bütün səmimiyyəti ilə çalışır ki, çətinlikdə olan insanlara kömək eləsin, rayonumuzun ədəbi abu-havasına aydınlıq gətirsin, gənc yazarların üzə çıxmasına dəstək olsun. Məsələn, respublikası səviyyəsində iki fəsildən ibarət olan “Qələm tutan incə əllər” kitabını hazırlayaraq öz şəxsi vəsaiti hesabına çap etdirmiş, bizləri o kitabın təqdimatına yığmış və hədiyyə etmişdir.
“Həməşəra” mətbu orqanı və onun rəsmi Facebook səhifəsi ilə Cəlilabad yazarlarına xidmət etmiş, istedadı olan hər kəsi üzə çıxarıb, geniş şəkildə təqdimatını vermişdir.
İlqar müəllim bizləri ədəbi mühitlə daha yaxından tanış edib. Rayon ziyalılarını üzə çıxarıb və bir növ ünsiyyət vasitəsi olub İlqar müəllim bizim üçün. Mən ondan bir yazar kimi çox razıyam. Bir insan kimi ondan çox razıyam. Allah canını sağlam etsin! Böyüklükdən əskik olmasın!
Eyni zamanda da çox savadlıdır, gözəl danışıq qabiliyyəti var, çox gözəl yazıçılıq qabiliyyəti var. Onun yazdığı cümlələr səlis və səliqəlidir, mənalıdır, yığcamdır. Mən elə buna görə İlqar müəllimi hər zaman rayonumuzun savadlı ziyalılarından biri kimi görürəm. İlqar müəllim hər vasitə ilə də çalışır ki, rayonumuza və rayon ziyalılarına öz işi ilə kömək olsun, dayaq olsun, arxa olsun. Etdiyi bütün bu yaxşılıqlar onun qəlbindən, könlündən, insani keyfiyyətlərindən irəli gəlir. İlqar müəllim haqqında daha geniş danışmaq olar. Onu cümlələrə, sözlərə sığdırmaq mümkün deyil. İlqar İsmayılzadə rayonumuzda adı fəxrlə çəkiləcək bir insandır.
Seylan Abbas
(Turan Yazarlar Birliyinin üzvü, ”Həməşara” fəxri diplomu və "Turan Ödülü” laureatı, şair)
Cəlilabad şəhəri - 26.07.2026

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay