TƏBRİK EDİRİK!..

ADNSU-nun ƏMƏKDAR PROFESSORU TAMİLLA XANIM NAİBOVA - 75


Elm və təhsil sahəsində uzun illər səmərəli fəaliyyəti ilə fərqlənən Tamilla xanım Naibova vətənpərvərliyi ilə də fərqlənən ziyalılar sırasında həmişə öndə olan və yüksəkmolekullu birləşmələrin, o cumlədən, yeni tərkibli sooliqomerlərin sintezi, tədqiqi və tətbiqi kimi elmi araşdirmaları ilə tanınan kimyaci-texnoloqdur. Onun zəngin və mənalı ömür yoluna, eyni zamanda, fundamental və tətbiqi xarakterli elmi araşdırmalarına nəzər salmaq xüsusi əhəmiyyət kəsb edir.

Tamilla Muxtar qızı Naibova - 26 avqust 1951-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. 1968-ci ildə orta məktəbi qızıl medalla bitirmiş və həmin il bir imtahan verməklə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki ADNSU-nun) Kimya-texnologiya fakultəsinə qəbul olunmuşdur. 1973-cü ildə ali məktəbi müvəffəqiyyətlə bitirmişdir. 1973-1976-cı illərdə Ümumittifaq Elmi Tədqiqat Neft Maşınqayırma İnstitutunda “Qoruyucu örtüklər” laboratoriyasında mühəndis-texnoloq vəzifəsində çalışmışdır.

1976-cı ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasında baş laborant, laboratoriya müdiri, assistent və baş müəllim vəzifələrində işləmişdir. 1994-cü ildən isə həmin kafedrada dosent vəzifəsində çalışır.

Əmək fəaliyyətini elmə, təhsilə və gənc mütəxəssislərin hazırlanmasına həsr etmişdir. Əmək fəaliyyətini davam etdirməklə yanaşı, həm də aspiranturanın qiyabi şöbəsində təhsilini davam etdirmiş və yazdığı namizədlik dissertasiyasını 02.07.1987-ci ildə müvəffəqiyyətlə müdafiə etmişdir. SSRİ-nın Ali Attestasiya Komissiyasının XM № 018122, Moskva, 25 noyabr 1987-ci il tarixli qərarı ilə o, kimya elmləri namizədi (kimya üzrə fəlsəfə doktoru) elmi dərəcəsinə layiq görülmüşdür.
İlk dəfə olaraq modifikasiya yolu ilə 30-dan çox adda yeni tərkibli funksionallaşdırılmış fenol-formaldehid sooliqomeri sintez etmiş, onların əsas göstəricilərini tam öyrənmiş və onlar əsasında müxtəlif məqsədli (7 istiqamətdə) kompozisiya materialları (korroziyaya qarşı örtük kompozisiyaları,yapışqan kompozisiyaları,inhibitorlar,iondəyişdiricilər, rezin sənayesidə modifikator, istismardan çıxmış termoplastların modifikasiyasnda və s.) hazırlamışdır. Aparılan tədqiqatların bir çoxu sənaye miqyasında sınaqdan keçirilmiş və uyğun sənədlərdə (15 Aktda) öz əksini tapmışdır.

ELM və TƏHSİLƏ HƏSR OLUNMUŞ MƏNALI və ŞƏRƏFLİ ÖMÜR YOLU Bir çox beynəlxalq konfranslarda və simpoziumlarda (ABŞ, Yaponiya, Kanada, Almaniya, İtaliya, Türkiyə, Fransa, Rusiya, Polşa, İsveçrə,İngiltərə və s.) apardığı elmi-tədqiqat işlərinin nəticələri nəşr olunmuşdur. Ümumiyyətlə, 360-dan çox elmi, metodik və ictimai-siyasi əsərin müəllifidir. Onlardan 5-i müəlliflik şəhadətnaməsi, 25-i AR-nın patentidir. Tək müəlliflə iki dərsliyin (monoqrafiyanin), 18 dərslik, dərs vəsaiti və metodik vəsaitin müəllifidir. Eyni zamanda, 55-dən çox ictimai-siyasi məqaləsi respublikanın nüfuzlu jurnal və qəzetlərində nəşr olunub.

Elmi əsərlərinin (o cümlədən, elmi məqalələrinin) 200-ə yaxını xarici ölkələrin nüfuzlu jurnal və məcmüələrində çap olunmuşdur. Elmi və tədris-metodik işlərinə 300-dən çox istinadlar var. Elmi rəhbərliyi ilə (məsğul olduğu “Yeni tərkibli sooliqomerlərin sintezi, tədqiqi və tətbiqi” elmi istiqamətində) 55 magistr, 2 aspirant və 3 dissertant elmi-tədqiqat işlərini uğurla başa çatdırmışlar və müvəffəqiyyətlə müdafiə etmişlər. Hazırda kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dörd doktrantı tədqiqat işlərini başa çatdırmış və dissertasiyanin tərtibatı ilə məşğuldurlar. Kimya üzrə fəlsəfə doktoru proqramı ilə təhsil alan 2 doktrantla tədqiqat işlərini davam etdirir. Kafedrada tədris olunan 20-dən çox fənnin proqram və sillabuslarını hazırlamışdir. Bir çox dərslik və dərs vəsaitlərinin elmi redaktoru olmuşdur. KTF-nin metodik qrupunun 2015-2024-cü illərdə sədri olmuşdur.

Hazırda “Epoksi-dian, amin-aldehid və rezorsin-formaldehid oliqomerlərini modifikasiya üsulu ilə funksionallaşdırılması istiqamətində elmi-tədqiqat işlərini magistr və doktrantları ilə bircə aparırr və yeni sooliqomerlərində tətbiq sahələrini araşdırırlar.

ELM və TƏHSİLƏ HƏSR OLUNMUŞ MƏNALI və ŞƏRƏFLİ ÖMÜR YOLU Tamilla xanım Naibova Müstəqil Azərbaycanımızın ictimai-siyasi həyatında da fəal iştirak etmişdir. ADNSU-da Yeni Azərbaycan Partiyasının ilk təşkilatının yaradıcılarından - 11 nəfərdən biri (5 əməkdaş, 6 tələbə ilə birlikdə, 06.02.1993-cü ildə) olmuşdur, 1997-2021-ci illərdə ilk təşkilatın sədri, hazırda isə sədrin müavinidir. YAP Nəsimi rayon təşkilatında Siyasi Şuranın, YAP Qadınlar Şurasının və Nəsimi rayon Ağbirçəklər Şurasının üzvü olmuşdur. Dəfələrlə YAP-nın Fəxri fərmanları və diplomları ilə təltif olunmuşdur. YAP-ın və Müstəqil Azərbaycanımızın Qadınlarının qurultaylarına həmişə nümayəndə seçilmişdir.

Elmi, pedaqoji və ictimai-siyasi sahələrdə apardığı işlərə görə Ulu Öndərimiz Heydər Əliyevin Fərmanı ilə “TƏRƏQQİ” medalına, Prezidentimiz İlham Əliyevin Fərmanı ilə “ƏMƏKDAR MÜƏLLİM” Fəxri adına layiq görülmüş, ETİHİK-nın, YAP-ın, AR Təhsil Nazirliyinin, ADNSU-nun Fəxri Fərmanları və Diplomları ilə təltif olunmuşdur.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Elmi Şurasının Qərarı ilə (25 dekabr 2025-ci il) “ADNSU-nin ƏMƏKDAR PROFESSORU” Fəxri adına layiq görülmüşdür. Bu Fəxri adda onun uzun illər ərzində elmə, təhsilə və ictimai-siyasi proseslərə verdiyi töhfələrin layiqli qiymətidir. Onun yetirmələrinin əldə etdiyi uğurlar da alimin pedaqoji və elmi fəaliyyətinin mühüm göstəricilərindəndir.

Biz də, Redaksiya Heyətimiz adından, çox hörmətli Tamilla xanımı yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, yeni-yeni elmi uğurlar, yaradıcılıq nailiyyətləri və yetirmələrinin uğurlarından daim qürur hissi keçirməyi arzulayıriq. İnanırıq ki, onun zəngin elmi və pedaqoji irsi bundan sonra da yeni nəsillər üçün dəyərli örnək olacaqdır.


MÜŞFIQ BORÇALI,
AzTU-nun “Ziya” qəzetinin,
ZiM.Az, Elm.info.Az, Zirve.info.Az və
Turan.info.az saytlarının
Baş redaktoru,
Filologiya üzrə fəlsəfə doktoru,
AYB-nin, AJB-nin və
Turan YB-nin üzvü,
Prezident təqaüdçüsü

ZiM.Az

Son xəbərlər

Türkiyədə zəlzələ olub

ELM və TƏHSİLƏ HƏSR OLUNMUŞ MƏNALI və ŞƏRƏFLİ ÖMÜR YOLU

Afiq Göyçəli : „Cavan nəsilə yer verməyənlərə“

VƏTƏN HİSSİ VƏ ŞƏHİD MƏQAMI: "VƏTƏNƏ YAZILAN ÖMÜR" KİTABI SUMQAYITDA TƏQDİM OLUNDU

Nura - Nur : Yavaş - yavaş bitən FOTO

Azərbaycan güləşçisi yenidən dünya çempionatının finalına yüksəlib

Hazırda 4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir

Yerdə maqnit qasırğası başladı: 3 gün davam edəcək

Məşhur aktrisa vəfat etdi

"Yeraltı"da daha bir dəyişiklik - FOTO

"Hansısa brendə 5 min avro vermərəm" - Seda Sayan

Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət edib və Azərbaycanın Milli Qəhrəmanının xatirəsini anıb

İlham Əliyev Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Rezidenturaya qəbul üzrə keçirilmiş müsabiqənin nəticələri elan olunub

Ukrayna Rusiyaya məxsus 6 PUA idarəetmə məntəqəsini vurub

İmran Xan həbsxanadan xəstəxanaya köçürülür

IJF İlham Zəkiyevin 10-cu dəfə Avropa çempionu olmasını əsas simvolik məqam kimi qiymətləndirib

Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 107 il ötür

Uşaqların ekran qarşısında qalması bəzi bacarıqlara kömək edə bilər

XİN Rusiya səfirinə Azərbaycan əleyhinə səsləndirilən açıqlamalarla bağlı qəti etiraz bildirib

Məşhur müğənni təyyarəyə gecikdi, qızının toyuna gedə bilmədi - Fotolar

Sabah Azərbaycanda 37 dərəcə isti olacaq

Azərbaycan qeyri-neft-qaz sektorunda iqtisadi artımla bağlı proqnozunu yeniləyib

Mətbuat Şurası: Rusiyanın informasiya məkanında Azərbaycana qarşı təhqiramiz fikirlər yolverilməzdir

Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edəcək

Dövlət Sərhəd Xidmətinin yaradılmasının 107-ci ildönümüdür

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Tovuzda avtomobil su kanalına düşüb, iki nəfər ölüb - YENİLƏNİB

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31