Rusiyada ticarət mərkəzlərinin 10 faizə qədəri fəaliyyətini dayandıracaq. Bu isə Rusiyanın bazar və ticarət mərkəzlərində çalışan azərbaycanlıların da vəziyyətini çətinləşdirə bilər.

Rusiyada yüzlərlə ticarət mərkəzinin bağlanacağı ilə bağlı məlumatı “İzvestiya” nəşri bazar iştirakçılarının proqnozlarına istinadən yayıb.

“Umbrella Consulting Group” konsaltinq şirkətinin idarəedici tərəfdaşı Kirill Aqapovun sözlərinə görə, gələn ilin sonunadək Rusiyada 150-200 ticarət obyektinin fəaliyyətini dayandırması mümkündür. Bir sıra ticarət mərkəzlərinin isə fəaliyyət istiqamətini dəyişəcəyi gözlənilir.

Ekspertin fikrini Rusiya Ticarət Mərkəzləri İttifaqı da bölüşüb. Analitiklər belə bir ssenarini ölkənin daxili bazarı üçün kifayət qədər real hesab edirlər.

Bununla belə, ticarət mərkəzlərinin tamamilə yox olması gözlənilmir. Bir çox obyektlərdə icarəçilərin tərkibi dəyişdiriləcək, mağazalar üçün ayrılan sahələr azaldılacaq, onların yerində restoranlar, əyləncə məkanları, fitnes zalları, xidmət sahələri, ofislər və tibb müəssisələri yaradılacaq.

Mütəxəssislər hesab edirlər ki, bu dəyişikliklər ticarət mərkəzlərinə bazardakı yeni reallıqlara uyğunlaşmağa imkan verəcək. Ənənəvi ticarət mərkəzi modeli - mümkün qədər çox mağazanı bir məkanda toplamaq və böyük müştəri axını yaratmaq - əvvəlki effektivliyini itirib.

Buna səbəb kimi əhalinin daha çox qənaət etməyə başlaması, Qərb brendlərinin Rusiya bazarından çıxması və internet ticarətinin, xüsusilə marketpleyslərin sürətlə genişlənməsi göstərilir. Onlayn platformalarda endirimlər və loyallıq proqramları hesabına məhsulların daha ucuz təklif edilməsi də ənənəvi mağazalara tələbi azaldır.

Prosesin Rusiyada çalışan azərbaycanlılara hansı şəkildə təsir edəcəyi maraq doğurur.

Rusiyanın ticarət mərkəzləri və bazar sektorunda azərbaycanlıların uzun illərdir mühüm çəkisi var. Xüsusilə Moskva və digər böyük şəhərlərin bazarlarında Azərbaycan mənşəli sahibkar və satıcıların fəaliyyət göstərdiyi məlumdur.

Bu səbəbdən ticarət obyektlərinin kütləvi şəkildə bağlanması və fəaliyyət formatının dəyişdirilməsi Rusiyada yaşayan və ticarətlə məşğul olan azərbaycanlıların da iş yerlərinə və gəlirlərinə təsir göstərə bilər. Hazırda isə konkret olaraq neçə azərbaycanlı ticarətçinin bu dəyişikliklərdən zərər görə biləcəyi barədə rəsmi statistika açıqlanmayıb.

Son xəbərlər

Rusiyada yüzlərlə ticarət mərkəzi bağlanacaq: Azərbaycanlıları nə gözləyir?

Rusiya və Ukrayna "103-ün 103-ə" formulu ilə hərbi əsirlərin mübadiləsini həyata keçirib

Həkimin məsuliyyəti hansı hallarda yaranır? – Ali Məhkəmədən mühüm açıqlama

NİFTALI RZAYEV – ÖMRÜN YETMİŞİNDƏN BOYLANAN İNSANLIQ

Milli Məclisin deputatları Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər

Məşhur müğənnilərin yeni albomları yolda qəzaların sayını artırırmış - Alimlər maraqlı əlaqə aşkarladılar

Daha 5 itkin-şəhid dəfn olunacaq - Siyahı

“Hörümçək Adam” daha bir rekorda imza atdı

17 il sonra ekranlara qayıdır - Rekord qonorar alacaq

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşır

UEFA Çempionlar Liqası: "Sabah" Buxarestdə "Hapoel"lə qarşılaşacaq

O, NECƏ XATIRLANIR? (Səmimi sətirlər çələngi)

"Rufo Gəncinski"yə qarşı sui-qəsd cəhdi oldu - Killerin silahı...

19 yaşlı Zeynəbin qətlinin təfərrüatı

Motsartı kim öldürdü? - 35 yaşlı dahinin müəmmalı ölümü və şübhəli dost

Afiq Göyçəli : „Cavan nəsilə yer verməyənlərə“

Zaxarova Bakının axtarışa verdiyi rusiyalı jurnalistlərdən danışdı

ÇL: “Fənərbaxça” İstanbulda “Lion”a məğlub olub

Ən zərərli meyvə və giləmeyvələrin adları - Açıqlandı

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər

Türkiyədə zəlzələ olub

ELM və TƏHSİLƏ HƏSR OLUNMUŞ MƏNALI və ŞƏRƏFLİ ÖMÜR YOLU

VƏTƏN HİSSİ VƏ ŞƏHİD MƏQAMI: "VƏTƏNƏ YAZILAN ÖMÜR" KİTABI SUMQAYITDA TƏQDİM OLUNDU

Nura - Nur : Yavaş - yavaş bitən FOTO

Azərbaycan güləşçisi yenidən dünya çempionatının finalına yüksəlib

Hazırda 4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir

Yerdə maqnit qasırğası başladı: 3 gün davam edəcək

Məşhur aktrisa vəfat etdi

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31