Xəbərlər
19.08.2026, 23:25
Sevinc Yunuslu : Uzağı şeir yazmağı tərgidərəm sənə görə.. - FOTO

boşdur, hədərdir, hədər..
Ayrılıq … - bu vəhşi, heyvani kədər
axşam- sabah içimi gəmirir..
Şeytan qulağıma deyir
göydə uçan quşları
tut qanadından gölə sal..
Bütün səni sevənləri
Sev,
unut,
aldat ,
çölə sal..
Eh, mən də qapını döydüm-
Sevda nədir biləsən,
Eşq nədir öyrənəsən..
Mənim bu həssaslığım
Anamı da ağladır,
dözümümü yoxlayır..
Qurd kimi ulayır tənhalığım Xudafərindən
“Təbrizin küçələri “ oxuyur..
Bilirsən ki, verdiyim sözləri
bircə- bircə tuturam.
Unudacam demişdim,
Görürsən?- unuduram..
Təməli kənd olan adamların
duruluğu
Şəhərlərə uyğunlaşmaz, sevdiyim,
bilirsən..
Üsyan xalqın əsəridir
qəhrəmanlıqla,
dağıntılarla dolu..
Mən isə içi - çölü yağıntılarla dolu
lirik bir şairəm.
Uzağı şeir yazmağı tərgidərəm
sənə görə..
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay








