Xəbərlər
12.08.2026, 23:06
Öz şərəfinə adlandırılan küçədən paylaşım etdi - Fotolar
Dünyaca məşhur müğənni Rihanna övladları ilə birlikdə vətəni Barbadosa səfər edib.
"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, ulduz müğənni bir vaxtlar yaşadığı küçədə çəkdirdiyi fotoları sosial şəbəkə hesablarında paylaşıb.
Belə ki, o, Brictaun şəhərində əvvəllər Uestberi adlanan, 2017-ci ildə isə müğənninin şərəfinə rəsmi olaraq “Rihanna Drive” adlandırılan küçədə yerləşən evlərinə baş çəkib.
“Bir an özümü Uestberidən olan o uşaq kimi hiss edirəm. Növbəti an isə öz uşaqlarımı “Rianna Drive” küçəsinə gətirirəm. Həyat necə də heyrətamizdir!”, - deyə Rihanna səfər zamanı yaşadığı duyğularını bölüşüb.
Pop-ulduzun bu paylaşımı qısa müddətdə milyonlarla bəyənmə toplayıb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay