Xəbərlər
12.08.2026, 23:21
Qəlbimizə hakimliyi bacarırıqmı?
Sənubər Səhər,
jurnalist
Təəssüf ki, hər zaman, hamı yox.Əməllər də hər zaman qəlbi təkrarlamır, bəzən məcburi olur. İnşallah gözəl duyğular əməllərə çevrilsin, mənfilər deyil...
Və bunu dərk edən ağıldan da məhrum olmayaq. Qəlbimizə hakimlik həyatımızın təməlidir. İnanclar, duyğular, arzular oradan ömür yolumuza səpələnir.
Hər kəsə arzularının həyata keçməsini arzulamağımız düzgündürmü?Bəlkə o arzular içərisində kiməsə qarşı pislik var. Mənim hər kəsə arzum gözəl duyğularla yaşamasıdır:şükürlü, səbirli, sevgili həyatı olmasıdır.
Təəssüf ki, hamı belə olmur. Qanunlar, qaydalar, öyrəntilər, cəzalar belə insanları eyniləşdirə bilmir.Qəlblərə yol yalnız arzularının işıqlandırmasıdır.
Ona görə də insanlar yalnız qəlblərinə yaxın insanlarla birgə olmağa çalışırlar. O zaman qəlblər rəhatlıq tapır, sevinir, yaşayır...
Qəlbimizə hakim özümüzükmü, ətrafımızmı? Olanlarmı? Bilgilərmi?Bəs arzular necə yaranır? Qəlbin təməlindənmi, ömür yolundanmı?
Ömür boyu suallar bizi tərk etmir. Həyat bizi nə qədər öyrətsə də, hər zaman yeni suallar ortaya çıxır. Qəlbimizmi hakimdir, ürəyimizmi, ağlımızmı?
Bunların hər birimi? Bunlara hələ də cavablar axtarılır. Yaşam dünyamız ağlımıza uyğun idarə olunsa da, həyat yolumuzda bütün duyğularımızın, bacarıqlarımızın, əməllərimizin özünə məxsus rolu olsa da, qəlblərimizə hakimlik öz əlimizdədir.
Pis-yaxşı ayırımının yolu orda fərdidir. Yaşam yolunun qiyməti də. Heç kim heç kimin qəlbini görə bilməsə də, insanlara etiraflarına, əməllərinə görə qiymət verməyə çalışırıq. Qəlbimiz bir-birinə çox yaxındır deyib dost olan insanlar var ki, bir gün düşmən olurlar. Çox xoşdur ki, ömürlük dost olanlar çoxdur.Qəlblərimiz hərdən özümüzü çaş-baş qoyur. Nə qədər pis cəhətləri görsək də, yenə də sevdiyimiz insanlar olur.
Bunlar doğma da olur, bir az uzaq da. Burda qəlblərimizə hakimlik sual altına keçmir. Bu hakimliyin həyatımızla ikitərəfli olması onların anlamına gəlir.
Nə olur-olsun qəlbimizə gözəl hisslər hakimlik etsin. Pislərdən, pisliklərdən, pis düşüncələrdən, pis arzulardan uzaq olsun.
Ən əsası, pislə yaxşını ayırmaq bacarığına sahib olsun və ağlımızla da hər zaman yaxın olsun…

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay