Xəbərlər
12.08.2026, 04:34
Zeynəb Cəmaləddin : GƏLƏR Divani - FOTO
Ay dolanar, il də keçər, yaş üstünə yaş gələr,
Tərifin aşiqlərinə mədhiyyələr xoş gələr.
Özgəsinin ağrısını biganələr nə qansın,
İnanma ki, kor quyuya, daş ürəyə yaş gələr.
Təkəbbürün qırx odası qıfıllanır boğazda,
Alov tutan öfkələrin istisi var ağızda.
Haqdan gələn təb-rəvana bəsdi qələm kağız da,
Burum-burum qıjıldayıb İlahidən cuş gələr.
İlan soyuq xislətini dolandırar qanında,
Dəyməyənə dəyər verən peşman olar sonunda,
Udum-udum bal da dama barmağının onunda,
Bal bitəndə naşükürə əziyyətin boş gələr.
Baxırsan ki, erkəyi də Cəhrə nənə qarıtək,
Qeybət üçün mövzu gəzir, necə toyuq darıtək.
Hazırdı ki, car da çəkə İsrafilin surutək,
Bədxahına, xaininə yalan xəbər xoş gələr.
Nəticələr yan ötməyir, nə kimsədən, nə məndən,
"Mən" deyilən şüurdu ki, gəlib keçir bədəndən.
Səhv ola, ya doğru ola, qopub-qopub dünəndən,
Zaman-zaman şəkillənər, qənşərinə tuş gələr.
Dəmirçitək döyəcləyib həyat səni sərt edər,
Mərhəməti kəm olanı gün gələr ki, pərt edər.
Kim ki ucuz səbəbləri yekəldərək dərd edər,
Əsr ola da iyirmi bir, xışlamağa xış gələr.
Kainatın çənbərinə düşmüsənsə get dolan,
Gərçi səni azdıracaq bər-bəzəkli çox yalan.
Düz gözünün önündədir, Zeynəb, səni sən qılan,
Varoluşun mabədidir, hər an bir qarış gələr.
10.08.2026

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay