Xəbərlər
12.08.2026, 14:07
MÜŞVİQ RƏFAELOĞLUNUN YARADICILIĞI HAQQINDA... -FOTO
Neçə il bundan əvvəl Facebookda ilk gəldiyim günlərdə, bu gün yaradıcılığına müraciət etdiyim, Müşviq Rəfaeloğlu ilə dostluğum olub. Onun yaradıcılığı diqqətimi o vaxtdan cəlb edib. Həmişə də onun şeirləri mənə özünəməxsus bir ovqat yaşadıb. Çünki onun şeirlərini oxuyanda, həmin şeirin içində sanki özüm yaşamışam, öz duyğularımı, öz düşüncələrimi orada görmüşəm.Nədən belə olduğun bilmirəm, amma çoxdan idi ki, onun səhifəsi qarşıma əvvəlki kimi tez-tez çıxmırdı. Həmdə, eşitdiyim müəyyən səbəblər üzündən bir müddət deyəsən buralarda da az-az göründü. Amma bu yaxınlarda paylaşımını səhifəmdə görəndə, doğrusu, çox sevindim. Sanki yenidən Facebookya ilk gəldiyim günlərin xatirəsini yaşadım.Onun yaradıcılığı haqqında son dövrlər münasibət bildirdiyim digər dostların yaradıcılığı kimi, Müşviq Rəfayıloğlunun da yaradıcılığı barədə düşüncələrimi bölüşmək istəyim yenidən qəlbimdə bir arzuya çevrildi.
Qarşıma çıxan şeirin təsirindən onun səhifəsinə keçib bir neçə şeirini yenidən böyük şövqlə oxudum. Hər şeirdə bir ayrı ovqat, bir ayrı duyğu ilə qarşılaşdım. Sətirlər arasında öz hisslərimə qapılıb, bir müddət düşüncələrimlə baş-başa qaldım.
Bəlkə də əsl poeziya elə budur — şairin yaşadıqlarını oxucunun öz yaşantısına çevirmək, onun duyğularını oxucunun qəlbində oyatmaq.
Müşviq Rəfaeloğlunun yaradıcılığının mənim üçün ən qiymətli cəhətlərdən biri də məhz budur. Bir çox şairlərin şeirlərini oxuyanda, özümü o şeirlərin içində hiss etdiyim kimi, bu gün də Müşviq Rəfaeloğlunun poetik duyğularının içində bir xeyli özümə rahatlıq tapdım.
Onun şeirlərində ruh və məzmun baxımından özünəməxsus fərqliliyi var. O çox zaman şəxsi taledən çox cəmiyyət, insanın mənəvi vəziyyəti, vicdan, əqidə, azadlıq və susmaq mövzularını ön plana çıxır.
Bu gün məni onun yaradıcılığına yönəldən, Facebookda qarşıma çıxan, “BİZ” adlı şeiri oldu. Bu şeir məni yuxarıda söylədiyim düşüncələrimə çəkib apardı. Şeirin adı da oxucuya çox şey deyirdi. Çünki şeir “mən”dən danışmırdı. Şeirdə şair özünü də cəmiyyətin, toplumun içində görür və bütün misralarda “biz” deyərək məsuliyyəti paylaşır. Amma, şeir tamamlanana qədər sanki şair vahiməni tək yaşayır;
Şair, doğurdan da şeiri çox yaxşı bir psixoloji vəziyyətlə başlayır. Oxucunun bütün daxili dünyasını sual qarşısında çırpınan qoyur. Amma bəndin son misrasında birdən-birə fərdi hissdən ictimai nəticəyə keçir və “Ömrü əsir verdik belə-belə biz.”-deyir.
Bu, məncə, şeirin açar misralarından biridir. “Əsir vermək” ifadəsi çox ağırdır. Burada söhbət sadəcə ömrün boşa getməsindən yox, öz iradəmizlə yaşamamağımızdan gedir.
Şair şeiri sualla başladığı kimi növbəti bənddə amma özü sual qarşısında qalır ;
Şair Müşviq Rafaeloglu xalq danışıq üslubunda işlənən, - "Niyə cəhd etmədik adam olmağa?" - ifadəsindən istifadə etməklə şeirə canlılıq və sual olsa belə bir rahatlıq qatır.
Bu misra mənim düşüncəmə görə bəndin ən güclü yeridir.
Çünki “adam olmaq” burada sadəcə insan olmaq deyil. Vicdanlı, mərd, ədalətli, sözünün sahibi olmaq mənasında işlənir.
Şeirin növdəti misrası da çox uğurlu tapıntıdır.
“Aldandıq şöhrətə bilə-bilə biz.”
Burada çox ciddi özünütənqid var. Yəni şair, “Aldandıq” deyib keçmir, “bilə-bilə” əlavə etməklə məsuliyyəti öz üzərinə götürür.
Bu misra isə şeiri sadə ictimai tənqiddən daha yuxarı qaldırır.
Burada artıq üç obraz bir-birinin ardınca gəlir. Xəmir, dəmir və kömür.
Hər üçünün bir şərti var. Xəmir üçün maya, dəmir üçün zərbə, kömür üçün isə qığılcım olmasının vacibliyini ortaya çıxarır.
“Bəs niyə tükəndik gilə-gilə biz?”-deyəndə şair, bəndin sonuna çox yaxşı poetik keçid edir.
Yəni insanın da dirçəlməsi üçün maya, zərbə, qığılcım kimi bir mənəvi başlanğıc lazımdır. Bəs biz niyə tükənirik?
Bununlada şeir artıq ictimai-fəlsəfi mətnə çevrilir.
Şair növbəti, sonuncu bənddə isə yuxarıdakı bəndlərdə verilən sualların cavabını müəyyən qədər açır;
Şair, ağırda olsa çox gözəl ardıcıllıqla sadalayır. Əgər, vicdan susursa, əqidə də susacaq, deməli ən əsası vicdan susub. Şair bununla demək istəyir ki, vicdan susduqca azadlıqdan danışmaq yersizdir. Çünki;
"Qul ömrü yaşadıq, ölə-ölə biz."
Bu misra həm də bütün şeirin ağırlıq yükünü öz üzərinə götürür. Həm də, bu misra çox sərt, amma çox təsirli finaldır.
Şair, şeirin sətiraltı misralarında fikirinin məna yükünü oxucusuna belə çatdırır. Susmaq sadəcə danışmamaq deyil, bu, yəni, mənəvi geri çəkilməkdir.
“Doğarmı yeni gün, sökülməsə dan?” misrası isə klassik poetik obrazdır, amma burada yerinə düşür. Yeni günün gəlməsi üçün əvvəlcə dan sökülməlidir. Yəni dəyişiklik üçün hərəkət lazımdır.
Müşviq Rəfaeloğlunun bu şeirində ən böyük poetik tapıntısı: “BİZ”-dir.
Çünki, bu "Biz" şeirin adından başlayaraq sözün poetik dayağına çevrilir. Hər bəndin sonunda, şair "belə-belə biz", "bilə-bilə biz", "gilə-gilə biz", "ölə-ölə biz" - deməklə "Biz"in mənəvi süqutun tarixini göstərir.
Bunlar sadəcə qafiyə deyil. Çünki, ömrü əsir verən də bizik, bilə-bilə aldanan da bizik, tükənən də bizik və nəhayət, qul ömrü yaşayanda bizik. Ən incə məqamda odur ki, şair burada özünü cəmiyyətdən kənarda saxlamır.“Onlar belə etdilər” demir, “Biz etdik”-deyir.
Müşviq müəllimin bu şeirində gözəl xüsusiyyətlərdən biridə odur ki, şeir, qurtarandan sonrada oxucunu rahat buraxmır, onu daimi düşündürür.
“Bəs mən bu ‘biz’in harasındayam?”
****
Şair Musviq Rafaeloglu nun səhifəsindən seçib götürdüyüm ikinci şeir “QOŞUL GƏL"-şeiridir. Bu şeirdə məhəbbət, həsrət, gözlənti və romantik çağırış var. Bəlkədə elə buna görə şeirin dili daha yumşaq və musiqilidir.
Şair “Qoşul gəl” adınıda çox yerində seçilib. Çünki bu sözlər hər bəndin sonunda təkrarlandıqca şeirin musiqi ahəngini yaradır.
Şeir belə başlayır;
Elə ilk misradan sevgilini gözündə ideallaşdırmağa başlayır:
“Ulduzlara tən səni”, yəni sevgilisini adi gözəllik ölçüsündən çıxarılıb kosmik aləmə qaldır.
“Ay gecəni tilsimlədi, sən məni” misrasında gözəl bir paralellik aparır. Ay gecəyə necə təsir edirsə, sevgili də şairin ruhuna elə təsir edir.
“Şölə saçdı, pay göndərdi busəni” misrasıyla isə şair artıq fiziki yaxınlıqdan daha çox sevgidən gələn mənəvi işıq təsirini yaradır.
Və sonda, “İnsaf eylə, mələklərə qoşul gəl.” deyir. Burada da şair şevgilisini artıq mələklərlə müqayisə edir. Təkcə son misrada şair öz sevgisinə həm yalvarır, həm naz elementinə qatır, həm də romantik çağırış edir.
Şeirin bu hissəsində xalq şeirinin danışıq intonasiyası hiss olunur. “Soyuq-isti”, “incimək-küsmək” qarşılaşdırmaları sevgidəki nazı və küskünlüyü ifadə edir.
Şair sonra isə təbiəti sevgiyə daxil ediir; “Xəzri əsir sevgimizin üstünə”.
Xəzri burada sadəcə külək deyil. Soyuqluq, ayrılıq, münasibətə dəyən sərtlik kimi də anlaşılmalıdır.
Sonra isə ardınca; “Qəm eyləmə, küləklərə qoşul gəl.”-deyir və maraqlı bir obraz yaradır. Sanki sevgilinə deyir ki, külək bizi ayırmasın, əksinə, küləklə birlikdə gəl mənə.
Şair bu bənddə “könlüm qondu”-deməklə fikirin çox yumşaq və poetik ifadə edir. Könül quşa bənzədilir və saç telinə qonur.
Ardınca isə, “Duman çökdü ayrılığın gölünə.”-deməklə, şair özlüyündə poetik bir obraz yaradır. Ayrılıq gölünün üstünə duman çökməsini verməklə həsrətin dərinliyini çatdırır.
Sonra isə şair ;
"Od baxışım toxundusa gözünə,
İldırıma, şimşəklərə qoşul gəl." - deməklə təbiət gücünü sevginin ehtirasına çevrir. Çünki, burada "od", "ildırım", "şimşək" kimi ifadələr, əvvəlki bəndlərdəki ay, ulduz, şölə, külək obrazlarından sonra şeirin emosional temperaturunu yüksəldir.
Bu bənd şeirin ən kövrək bəndidir. Çünki şair burada romantik çağırışdan həsrət poeziyasına keçir.
Çünki, "Qəlb" evə çevrilir, "gecələr" isə həmin evdə yol gözləyən insana.
“Köhnə küçələr” isə xatirənin məkanına çevrilir. Xatirələr sanki insan kimi pıçıldayır. Və pıçıltı ilə, “Arzulara, diləklərə qoşul gəl.”deməklə, şair daha sevgilini mələklərə, küləklərə, ildırıma deyil, arzulara və diləklərə qoşulmağa çağırır.
Yəni şeir boyu təbiət obrazları ilə insanın daxili hissləri paralel gedir.
Sevgi bir yerdə aydır, bir yerdə külək, başqa yerdə od, sonra ildırım, sonda isə xatirə və arzu olur.
Bu, şeirin bədii cəhətdən ən güclü tərəflərindəndir.
Bu şeirin özündə mahnı sözünə yaxın bir musiqililik var. Xüsusilə hər bəndin sonundakı, “qoşul gəl”
ifadəsi nəqarət təsiri yaradır.
Ona görə bu şeir bəstələnməyə çox əlverişlidir. Düzgün bəstə və ifa ilə bu şeir romantik mahnı kimi də yaxşı səslənə bilər.
Ən əsası isə şeirdə sevgi ağır fəlsəfi sözlərlə yox, obrazlarla danışır. Bu da onu oxunaqlı və səmimi edir.
****
Müşviq Rəfaeloğlunun səhifəsindən növbəti, "DÜŞMƏSİN” şeirini münasibət bildirmək üçün seçdim. Şairin bu şeiri əvvəlki şeirlərindən aforizmləri və həyat fəlsəfəsi üzərində qurulması ilə fərqlənir. Burada məhəbbət və şəxsi hisslərdən daha çox kişilik, sədaqət, dostluq, vicdan, ölüm və insanın arxasında qoyduğu iz haqqında danışılır.
Ən maraqlı tərəfi də budur ki, şeirin adı “Düşməsin”dir və hər bənddə bu söz başqa bir mənəvi yük daşıyır.
Burada “sözü gələndə” ifadəsini elə bil hər hansı bir insanın adı çəkiləndə, haqqında danışanda kimi anlaşılır.
“Zəri tökülməsin, qaşı düşməsin” isə çox maraqlı bənzərmədi. Sanki insanın şərəfi, nüfuzu, adı bir qiymətli əşyadır və onun üzərindən zər tökülməməlidir.
“Papağı başına naşı düşməsin.” - misrası isə burada "papağın" Azərbaycan mədəniyyətində sadəcə baş geyimi deyil, ləyaqət, kişilik, namus simvolu kimi xarakterizə olunduğunu göstərir.
Yəni şair burada demək istəyir ki, dostluq sınağında elə davran ki, dostunun başına ayıb, xəcalət, naşılıq gəlməsin.
Bu bəndin ilk iki misrası çox aydın fəlsəfi fikirlə yüklənib. Yəni, şair demək istəyir ki, sevginin təməli sədaqətdir.
“Ruhun qidalana tutduğun əldən”-misrasında isə fiziki toxunuşdan daha çox mənəvi dayaq nəzərdə tutulur. Həqiqətən bilirik ki, insanın tutduğu əl ona güc verməlidir.
Şeirdə bəndin son misrası, “Bəxtinə, iztirab yaşı düşməsin.”-deməklə şair insanın bəxtinə "iztirab yaşı" düşməməsini diləyir.
Burada çox ciddi bir fikir var:
Yəni, heç bir hakimiyyət, heç bir mövqe əbədi deyil. Çünki, şah da fanidir, taxt da.
Şeirin sonrakı misrası isə mənim düşüncəmə görə bəndin ən güclüsüdür:
İnsan yıxıla bilər, vəzifəsini itirə bilər, məğlub ola bilər, amma amalını dəyişməməlidir.
Və bu şeirdə çox təsirli final:
“Kişilik taxtından, kişi düşməsin.”
Burada “taxt” əvvəlki misradakı hökmdar taxtından mənəvi “kişilik taxtı”na keçir. Buda bu şeirdə çox gözəl poetik keçiddir.
"Qəlblərə qurğuşun tökmə heç zaman,
Ölüm ayağında ölür son guman."
Şair burada “Qurğuşun tökmək” ifadəsini qəlbi ağırlaşdırmaq, insana ağrı vermək, yaralamaq mənasında çox sərt bənzətmə ilə əvəzləyib.
Və sonra:
“Ölüm ayağında ölür son guman.” - deməklə şeirin ən kədərli ovqatını yaradır. İnsan hətta ölümün astanasında belə son ümidinü qoruyur.
Amma ;
"Kəfənin ağlayıb deməsin aman,
Başına, Allahın daşı düşməsin." - deməklə şair, ölümü artıq şeirin tam mərkəzinə keçir.
“Allahın daşı” ifadəsi xalq poetikasına yaxın, ağır qarğış sayağı səslənir.
Burada daş canlandırılır. Çünki, hər daşın köksündə sirr var. Daş yaddaş saxlayır.
Bu, xüsusilə maraqlıdır ki, insan ölə bilər, nəsillər dəyişə bilər, amma daş, küçə, divar, məkan şahid kimi qalır.
Müşviq müəllim bu şeiri ilə elə bil, insanın necə yaşamalı olduğu barədə bir növ əxlaq kodeksi qurur.
Dostunu sınaqda yarı yolda qoyma.
Sevdiyinə sədaqətli ol.
Vəzifə və taxta aldanma.
Yıxılsan da amalından dönmə.
Qəlbləri yaralama.
Ölən insanın arxasınca pis iz qoyma.
Dostluğun qədrini bil.
Bu baxımdan şeir sadəcə poetik mətn deyil, bir növ nəsihət və həyat manifestidir.
Bunların hər birində ayrıca aforizm gücü var.
Məncə, “Düşməsin” şeirinin də əsas üstünlüyü budur. Oxucuya nə etməli olduğunu birbaşa əmr etmir, obrazlarla düşündürür.
Sonda onuda vurğulayım ki, bu şeirdə sadəcə son bənddəki “çaşı düşməsin” ifadəsini bir az dəqiqləşdirmək və bir neçə sözü dil baxımından cilalamaq lazımdır.
Müşviq müəllimin bu şeirini ictimai-fəlsəfi və əxlaqi lirikanızın uğurlu nümunəsi hesab edirəm.
Qələm dostumun səhifəsindən seçib götürdüyüm "BİZ", "QOŞUL GƏL" və "DÜŞMƏSİN" şeirləri üzərində apardığım yanaşmamla, ona, yaradıcılıq uğurları, yeni-yeni ilhamlar arzulayıram. Qələmin daim var olsun, sözün könüllərə yol tapsın şair Musviq Rafaeloglu !
Böyük səmimiyyətlə,
Elxas Comərd.
Şair - publisist.

"Cavabsız sual var kövrək səsimdə.
Vahimə duyuram öz nəfəsimdə.
Titrəyir ürəyim döş qəfəsimdə.
Ömrü əsir verdik belə-belə biz."

"Nə zaman caladıq qaranı-ağa?
Qatıb qatışdırdıq ayranı-yağa.
Niyə cəhd etmədik adam olmağa?
Aldandıq şöhrətə bilə-bilə biz.”
Qatıb qatışdırdıq ayranı-yağa.
Niyə cəhd etmədik adam olmağa?
Aldandıq şöhrətə bilə-bilə biz.”
Şair Müşviq Rafaeloglu xalq danışıq üslubunda işlənən, - "Niyə cəhd etmədik adam olmağa?" - ifadəsindən istifadə etməklə şeirə canlılıq və sual olsa belə bir rahatlıq qatır.
Bu misra mənim düşüncəmə görə bəndin ən güclü yeridir.
Çünki “adam olmaq” burada sadəcə insan olmaq deyil. Vicdanlı, mərd, ədalətli, sözünün sahibi olmaq mənasında işlənir.
Şeirin növdəti misrası da çox uğurlu tapıntıdır.
“Aldandıq şöhrətə bilə-bilə biz.”
Burada çox ciddi özünütənqid var. Yəni şair, “Aldandıq” deyib keçmir, “bilə-bilə” əlavə etməklə məsuliyyəti öz üzərinə götürür.
Bu misra isə şeiri sadə ictimai tənqiddən daha yuxarı qaldırır.
"Ha su tök, köpərmi mayasız xəmir,
Döyülə-döyülə bərkiyər dəmir,
Qığılcım gərəkdi közərsin kömür,
Bəs niyə tükəndik gilə-gilə biz?"
Döyülə-döyülə bərkiyər dəmir,
Qığılcım gərəkdi közərsin kömür,
Bəs niyə tükəndik gilə-gilə biz?"
Burada artıq üç obraz bir-birinin ardınca gəlir. Xəmir, dəmir və kömür.
Hər üçünün bir şərti var. Xəmir üçün maya, dəmir üçün zərbə, kömür üçün isə qığılcım olmasının vacibliyini ortaya çıxarır.
“Bəs niyə tükəndik gilə-gilə biz?”-deyəndə şair, bəndin sonuna çox yaxşı poetik keçid edir.
Yəni insanın da dirçəlməsi üçün maya, zərbə, qığılcım kimi bir mənəvi başlanğıc lazımdır. Bəs biz niyə tükənirik?
Bununlada şeir artıq ictimai-fəlsəfi mətnə çevrilir.
Şair növbəti, sonuncu bənddə isə yuxarıdakı bəndlərdə verilən sualların cavabını müəyyən qədər açır;
"Susdu əqidəmiz, susduqca vicdan,
Doğarmı yeni gün, sökülməsə dan?
Azadlıq görmədim tökülməsə qan.
Qul ömrü yaşadıq, ölə-ölə biz."
Doğarmı yeni gün, sökülməsə dan?
Azadlıq görmədim tökülməsə qan.
Qul ömrü yaşadıq, ölə-ölə biz."
Şair, ağırda olsa çox gözəl ardıcıllıqla sadalayır. Əgər, vicdan susursa, əqidə də susacaq, deməli ən əsası vicdan susub. Şair bununla demək istəyir ki, vicdan susduqca azadlıqdan danışmaq yersizdir. Çünki;
"Qul ömrü yaşadıq, ölə-ölə biz."
Bu misra həm də bütün şeirin ağırlıq yükünü öz üzərinə götürür. Həm də, bu misra çox sərt, amma çox təsirli finaldır.
Şair, şeirin sətiraltı misralarında fikirinin məna yükünü oxucusuna belə çatdırır. Susmaq sadəcə danışmamaq deyil, bu, yəni, mənəvi geri çəkilməkdir.
“Doğarmı yeni gün, sökülməsə dan?” misrası isə klassik poetik obrazdır, amma burada yerinə düşür. Yeni günün gəlməsi üçün əvvəlcə dan sökülməlidir. Yəni dəyişiklik üçün hərəkət lazımdır.
Müşviq Rəfaeloğlunun bu şeirində ən böyük poetik tapıntısı: “BİZ”-dir.
Çünki, bu "Biz" şeirin adından başlayaraq sözün poetik dayağına çevrilir. Hər bəndin sonunda, şair "belə-belə biz", "bilə-bilə biz", "gilə-gilə biz", "ölə-ölə biz" - deməklə "Biz"in mənəvi süqutun tarixini göstərir.
Bunlar sadəcə qafiyə deyil. Çünki, ömrü əsir verən də bizik, bilə-bilə aldanan da bizik, tükənən də bizik və nəhayət, qul ömrü yaşayanda bizik. Ən incə məqamda odur ki, şair burada özünü cəmiyyətdən kənarda saxlamır.“Onlar belə etdilər” demir, “Biz etdik”-deyir.
Müşviq müəllimin bu şeirində gözəl xüsusiyyətlərdən biridə odur ki, şeir, qurtarandan sonrada oxucunu rahat buraxmır, onu daimi düşündürür.
“Bəs mən bu ‘biz’in harasındayam?”
****
Şair Musviq Rafaeloglu nun səhifəsindən seçib götürdüyüm ikinci şeir “QOŞUL GƏL"-şeiridir. Bu şeirdə məhəbbət, həsrət, gözlənti və romantik çağırış var. Bəlkədə elə buna görə şeirin dili daha yumşaq və musiqilidir.
Şair “Qoşul gəl” adınıda çox yerində seçilib. Çünki bu sözlər hər bəndin sonunda təkrarlandıqca şeirin musiqi ahəngini yaradır.
Şeir belə başlayır;
"Mən sanmışam ulduzlara tən səni,
Ay gecəni tilsimlədi, sən məni.
Şölə saçdı, pay göndərdi busəni,
İnsaf eylə, mələklərə qoşul gəl."
Ay gecəni tilsimlədi, sən məni.
Şölə saçdı, pay göndərdi busəni,
İnsaf eylə, mələklərə qoşul gəl."
Elə ilk misradan sevgilini gözündə ideallaşdırmağa başlayır:
“Ulduzlara tən səni”, yəni sevgilisini adi gözəllik ölçüsündən çıxarılıb kosmik aləmə qaldır.
“Ay gecəni tilsimlədi, sən məni” misrasında gözəl bir paralellik aparır. Ay gecəyə necə təsir edirsə, sevgili də şairin ruhuna elə təsir edir.
“Şölə saçdı, pay göndərdi busəni” misrasıyla isə şair artıq fiziki yaxınlıqdan daha çox sevgidən gələn mənəvi işıq təsirini yaradır.
Və sonda, “İnsaf eylə, mələklərə qoşul gəl.” deyir. Burada da şair şevgilisini artıq mələklərlə müqayisə edir. Təkcə son misrada şair öz sevgisinə həm yalvarır, həm naz elementinə qatır, həm də romantik çağırış edir.
"Sevən qəlbə soyuq nədi, isti nə,
Acıq edib incimək nə, küsdü nə.
Xəzri əsir sevgimizin üstünə,
Qəm eyləmə, küləklərə qoşul gəl"
Acıq edib incimək nə, küsdü nə.
Xəzri əsir sevgimizin üstünə,
Qəm eyləmə, küləklərə qoşul gəl"
Şeirin bu hissəsində xalq şeirinin danışıq intonasiyası hiss olunur. “Soyuq-isti”, “incimək-küsmək” qarşılaşdırmaları sevgidəki nazı və küskünlüyü ifadə edir.
Şair sonra isə təbiəti sevgiyə daxil ediir; “Xəzri əsir sevgimizin üstünə”.
Xəzri burada sadəcə külək deyil. Soyuqluq, ayrılıq, münasibətə dəyən sərtlik kimi də anlaşılmalıdır.
Sonra isə ardınca; “Qəm eyləmə, küləklərə qoşul gəl.”-deyir və maraqlı bir obraz yaradır. Sanki sevgilinə deyir ki, külək bizi ayırmasın, əksinə, küləklə birlikdə gəl mənə.
"Könlüm qondu saçlarının telinə,
Duman çökdü ayrılığın gölünə.
Od baxışım toxundusa gözünə,
İldırıma, şimşəklərə qoşul gəl."
Duman çökdü ayrılığın gölünə.
Od baxışım toxundusa gözünə,
İldırıma, şimşəklərə qoşul gəl."
Şair bu bənddə “könlüm qondu”-deməklə fikirin çox yumşaq və poetik ifadə edir. Könül quşa bənzədilir və saç telinə qonur.
Ardınca isə, “Duman çökdü ayrılığın gölünə.”-deməklə, şair özlüyündə poetik bir obraz yaradır. Ayrılıq gölünün üstünə duman çökməsini verməklə həsrətin dərinliyini çatdırır.
Sonra isə şair ;
"Od baxışım toxundusa gözünə,
İldırıma, şimşəklərə qoşul gəl." - deməklə təbiət gücünü sevginin ehtirasına çevrir. Çünki, burada "od", "ildırım", "şimşək" kimi ifadələr, əvvəlki bəndlərdəki ay, ulduz, şölə, külək obrazlarından sonra şeirin emosional temperaturunu yüksəldir.
"Qəlb evimdir yol gözləyən gecələr,
Həsrət çəkir, susur köhnə küçələr.
Xatirələr pıçıldaşır gör nələr,
Arzulara, diləklərə qoşul gəl.”
Həsrət çəkir, susur köhnə küçələr.
Xatirələr pıçıldaşır gör nələr,
Arzulara, diləklərə qoşul gəl.”
Bu bənd şeirin ən kövrək bəndidir. Çünki şair burada romantik çağırışdan həsrət poeziyasına keçir.
Çünki, "Qəlb" evə çevrilir, "gecələr" isə həmin evdə yol gözləyən insana.
“Köhnə küçələr” isə xatirənin məkanına çevrilir. Xatirələr sanki insan kimi pıçıldayır. Və pıçıltı ilə, “Arzulara, diləklərə qoşul gəl.”deməklə, şair daha sevgilini mələklərə, küləklərə, ildırıma deyil, arzulara və diləklərə qoşulmağa çağırır.
Yəni şeir boyu təbiət obrazları ilə insanın daxili hissləri paralel gedir.
Sevgi bir yerdə aydır, bir yerdə külək, başqa yerdə od, sonra ildırım, sonda isə xatirə və arzu olur.
Bu, şeirin bədii cəhətdən ən güclü tərəflərindəndir.
Bu şeirin özündə mahnı sözünə yaxın bir musiqililik var. Xüsusilə hər bəndin sonundakı, “qoşul gəl”
ifadəsi nəqarət təsiri yaradır.
Ona görə bu şeir bəstələnməyə çox əlverişlidir. Düzgün bəstə və ifa ilə bu şeir romantik mahnı kimi də yaxşı səslənə bilər.
Ən əsası isə şeirdə sevgi ağır fəlsəfi sözlərlə yox, obrazlarla danışır. Bu da onu oxunaqlı və səmimi edir.
****
Müşviq Rəfaeloğlunun səhifəsindən növbəti, "DÜŞMƏSİN” şeirini münasibət bildirmək üçün seçdim. Şairin bu şeiri əvvəlki şeirlərindən aforizmləri və həyat fəlsəfəsi üzərində qurulması ilə fərqlənir. Burada məhəbbət və şəxsi hisslərdən daha çox kişilik, sədaqət, dostluq, vicdan, ölüm və insanın arxasında qoyduğu iz haqqında danışılır.
Ən maraqlı tərəfi də budur ki, şeirin adı “Düşməsin”dir və hər bənddə bu söz başqa bir mənəvi yük daşıyır.
"Elə çək-çevir ki, sözü gələndə,
Zəri tökülməsin, qaşı düşməsin.
Keçir sınağından, dostun biləndə,
Papağı başına naşı düşməsin."
Zəri tökülməsin, qaşı düşməsin.
Keçir sınağından, dostun biləndə,
Papağı başına naşı düşməsin."
Burada “sözü gələndə” ifadəsini elə bil hər hansı bir insanın adı çəkiləndə, haqqında danışanda kimi anlaşılır.
“Zəri tökülməsin, qaşı düşməsin” isə çox maraqlı bənzərmədi. Sanki insanın şərəfi, nüfuzu, adı bir qiymətli əşyadır və onun üzərindən zər tökülməməlidir.
“Papağı başına naşı düşməsin.” - misrası isə burada "papağın" Azərbaycan mədəniyyətində sadəcə baş geyimi deyil, ləyaqət, kişilik, namus simvolu kimi xarakterizə olunduğunu göstərir.
Yəni şair burada demək istəyir ki, dostluq sınağında elə davran ki, dostunun başına ayıb, xəcalət, naşılıq gəlməsin.
"Dünyanı dəyişib sevgi, əzəldən,
Sədaqət umuruq nazlı gözəldən.
Ruhun qidalana tutduğun əldən,
Bəxtinə, iztirab yaşı düşməsin."
Sədaqət umuruq nazlı gözəldən.
Ruhun qidalana tutduğun əldən,
Bəxtinə, iztirab yaşı düşməsin."
Bu bəndin ilk iki misrası çox aydın fəlsəfi fikirlə yüklənib. Yəni, şair demək istəyir ki, sevginin təməli sədaqətdir.
“Ruhun qidalana tutduğun əldən”-misrasında isə fiziki toxunuşdan daha çox mənəvi dayaq nəzərdə tutulur. Həqiqətən bilirik ki, insanın tutduğu əl ona güc verməlidir.
Şeirdə bəndin son misrası, “Bəxtinə, iztirab yaşı düşməsin.”-deməklə şair insanın bəxtinə "iztirab yaşı" düşməməsini diləyir.
"Əbədi kürsülər olunmur emal,
Şah da etimaldı, taxt da etimal."
Şah da etimaldı, taxt da etimal."
Burada çox ciddi bir fikir var:
Yəni, heç bir hakimiyyət, heç bir mövqe əbədi deyil. Çünki, şah da fanidir, taxt da.
Şeirin sonrakı misrası isə mənim düşüncəmə görə bəndin ən güclüsüdür:
“Yıxılıb qalxırsan, dəyişmir amal.”
Bu artıq həyat düsturudur.
Bu artıq həyat düsturudur.
İnsan yıxıla bilər, vəzifəsini itirə bilər, məğlub ola bilər, amma amalını dəyişməməlidir.
Və bu şeirdə çox təsirli final:
“Kişilik taxtından, kişi düşməsin.”
Burada “taxt” əvvəlki misradakı hökmdar taxtından mənəvi “kişilik taxtı”na keçir. Buda bu şeirdə çox gözəl poetik keçiddir.
"Qəlblərə qurğuşun tökmə heç zaman,
Ölüm ayağında ölür son guman."
Şair burada “Qurğuşun tökmək” ifadəsini qəlbi ağırlaşdırmaq, insana ağrı vermək, yaralamaq mənasında çox sərt bənzətmə ilə əvəzləyib.
Və sonra:
“Ölüm ayağında ölür son guman.” - deməklə şeirin ən kədərli ovqatını yaradır. İnsan hətta ölümün astanasında belə son ümidinü qoruyur.
Amma ;
"Kəfənin ağlayıb deməsin aman,
Başına, Allahın daşı düşməsin." - deməklə şair, ölümü artıq şeirin tam mərkəzinə keçir.
“Allahın daşı” ifadəsi xalq poetikasına yaxın, ağır qarğış sayağı səslənir.
"Sirlər var köksündə hər bir sal daşın,
Dolmur hafizəsi, dolmur yaddaşın,
Azalar sırası Müşviq, sirdaşın,
Ömrünə dostların çaşı düşməsin.”
Dolmur hafizəsi, dolmur yaddaşın,
Azalar sırası Müşviq, sirdaşın,
Ömrünə dostların çaşı düşməsin.”
Burada daş canlandırılır. Çünki, hər daşın köksündə sirr var. Daş yaddaş saxlayır.
Bu, xüsusilə maraqlıdır ki, insan ölə bilər, nəsillər dəyişə bilər, amma daş, küçə, divar, məkan şahid kimi qalır.
Müşviq müəllim bu şeiri ilə elə bil, insanın necə yaşamalı olduğu barədə bir növ əxlaq kodeksi qurur.
Dostunu sınaqda yarı yolda qoyma.
Sevdiyinə sədaqətli ol.
Vəzifə və taxta aldanma.
Yıxılsan da amalından dönmə.
Qəlbləri yaralama.
Ölən insanın arxasınca pis iz qoyma.
Dostluğun qədrini bil.
Bu baxımdan şeir sadəcə poetik mətn deyil, bir növ nəsihət və həyat manifestidir.
Bunların hər birində ayrıca aforizm gücü var.
Məncə, “Düşməsin” şeirinin də əsas üstünlüyü budur. Oxucuya nə etməli olduğunu birbaşa əmr etmir, obrazlarla düşündürür.
Sonda onuda vurğulayım ki, bu şeirdə sadəcə son bənddəki “çaşı düşməsin” ifadəsini bir az dəqiqləşdirmək və bir neçə sözü dil baxımından cilalamaq lazımdır.
Müşviq müəllimin bu şeirini ictimai-fəlsəfi və əxlaqi lirikanızın uğurlu nümunəsi hesab edirəm.
Qələm dostumun səhifəsindən seçib götürdüyüm "BİZ", "QOŞUL GƏL" və "DÜŞMƏSİN" şeirləri üzərində apardığım yanaşmamla, ona, yaradıcılıq uğurları, yeni-yeni ilhamlar arzulayıram. Qələmin daim var olsun, sözün könüllərə yol tapsın şair Musviq Rafaeloglu !
Böyük səmimiyyətlə,
Elxas Comərd.
Şair - publisist.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay