RAQİF NAZİMOĞLU
ŞAİR,ALİM

Poeziya İlahidən gələn yaşantının səsidir,şairin insanla kainat arasında vasitəçisidir.Kövrək və mübhəm qüvvənin əks-sədasıdır.Bu baxımdan poetik duyum və deyim sadə,canlı,axıcı,ürəyə yatımlı,obrazlı dil,haqqı,ədaləti demək cəsarəti ustalıq səviyyəsində aforistik fikirlər cilalamaq,yazılan şeirin sabaha vəsiqə almasına zəmanət verir...
Özünə məxsus poetik dili,deyim tərzi və duyumu olan,sözün poetik möcüzəsinə inanan,oxucunu poetik sözün cazibəsinə sala bilən söz xiridarlarından biri də sizlərə təqdim edəcəyim Vahid Çəmənlidir.Onun lirik ricətləri,epitetləri,aforizimləri,bənzətmə və istiarələri qələmə aldığı şeirlərin hər misrasına rövnəq verir,sözlərində olan dinamizim yaradıcılığının leytmotivini təşkil edir.Onun həyata,cəmiyyətə baxışlarından,platformasından süzülüb gələn hər misrasında el-oba,millət,haqq-ədalət üçün qovrulan bir qəlbin çırpıntıları duyulur.Bu həm də narahat gündüzlərin,yuxusuz gecələrin zəhməti,ağrı-acısı ilə ərsəyə çatan şair sənətinin ömrü və narahatlıqıdır...

Vahid Çəmənli poeziyası çoxşaxəli,rəngarəng,oxucunu düşünməyə vadar edən poeziyadır.Mən bu yazımda sizlərə şairin poeziya dəryasının üst qatından bir içimini sizlərə təqdim edirəm.
Gəldim

Bir topa nur olub çıxdım özümdən
İrfan məclisinə pək tazə gəldim.
Ümid qapısına eylədim güzər,
Dərgahdan əlimdə icazə gəldim.

Hələ qopmamışdı Nuhun tufanı,
Sıxmışdım köksümə külli Cahanı...
Bəzədim əlimlə ərşi-Əlanı,
Döndüm, Yer üzünə güdazə gəldim.

Keçdiyim yolları sayımmı bir-bir?
Mərifət, həqiqət ... İlahi təqdir...
Gəldim gözümdə yaş, dilimdə təkbir,
Eşq ilə yoğrulub məcazə gəldim.

Zikr etdim şövq ilə o ülvi adi,
Anladım, nə imiş dünyanın dadı.
Gördüm ixlas ilə piri-ustadı,
Mən də şərəf bilib, nəmazə gəldim.

Zalimin zülmündən çox gördüm zillət,
Əzab çəkməyənə verilməz cənnət...
Haqq ilə elədim aranı xəlvət,
Axır, Vahid kimi avazə gəldim.


Azərbaycan ədəbiyyatında irfani və fəlsəfi mövzülu şeirlər xüsusi yer tutur.Bu cür əsərlərdə insanın mənəvi aləmi,Allaha bağlılıqı və həyatın mənası dərin şəkildə əks olunur.Sizlərə təqdim etdiyim bu şeir də məs belə şeirlərdən biridir.
Şeirin əvvəlində şair insanın İlahi mənşəyindən bəhs edir. "Bir topa nur olub çıxdım özümdən" misrası ilə şair bildirir ki,insanın əsli nurdan -yəni Allahdan gəlir.

"İrfan məclisinə pək tazə gəldim" ifadəsi isə insanın dünyaya yeni gəlməsini və bu dünyada bilik,hikmət axtarmasına başlamasını göstərir.Növbəti bənddə şair daha dərin fəlsəfi fikirlərə toxunur.O,Nuhun tufanı kimi tarixləşən hadisəyə işarə edərək insan ruhunun zamandan və məkandan üstün olduqunu önə çəkir. "Külli cahanı köksümə sığmışdım" misrası ilə insanın daxilində böyük mənəvi gücün və potensiyalın olduğunu göstərir.Şeirin üçüncü bəndində həyat yolu və mənəvi inkişaf ön plana çıxır.Şair burada "mərifət","həqiqət" kimi anlayışları qeyd edərək insanın kamillik yolunda müxtəlif məehələlərdən keçdiyin bildirir. "Gözümdə yaş,dilimdə təkbir" ifadəsi isə tövbə və Allaha sığınma hisslərini əks etdirir.Dördüncü bənddə artıq şair doğru yolu,haqqı,ədaləti tapdığını göstərir.O,Allahı yad edir,dini,imanı tanıyır və ibadətə tərəf yön alır.Bu insanın mənəvi oyanışını və düzgün həyat yolunu seçməsini göstərir.Sonuncu bənddə isə həyatın çətinlikləri və sınaqları şeirdə öz əksini tapır, bildirir ki,zülm və əzab görmədən kamilliyə çatmaq mümkün deyil. "Əzab çəkməyənə verilməz cənnət" fikri bunu açıq şəkildə ifadə edir.Nəticədə isə insan Allaha sığınır,mənəvi zirvəyə ucalır.Şair insanın Allahdan gəlib yenə ona qovuşmasını,həyatın sınaq və imtahan olduğunu,əzab və sevgi ilə kamilləşməyi bədii şəkildə ifadə edir və oxucuya çatdırmaqı bacarır.

Son xəbərlər

ABŞ Hörmüzdəki Larak adasına zərbələr endirdi

“Qalatasaray” Rafael Leaudan sonra daha bir futbolçu transfer edib

“Yaxşı ki, tibbə qəbul olmadım” - 617 balla baytarlığı seçən Xaliq

"İran kanallarına baxanda əsəblərim pozulur" - Pezeşkian

Hökumət təcili tədbir görməsə... - Əhali ilə bağlı şok rəqəm

Bugün mənim üçün xüsusi duyğularla yadda qalan bir gün oldu...

RAMİL, ALLAHVERƏN, BİR DƏ NATƏVAN - FOTO

Xəzərin Sahilində Yazılan Uğur Salnaməsi: Azərbaycan Karatesinin Gücü və Birliyi - FOTOLAR

Leyla və Arzu Əliyevalar klassik avtomobillərin yürüşünü izlədilər - FOTOLAR

BDYPİ leysan yağışları ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib

Zakir Həsənov Türkiyədə buraxılış mərasiminə qatıldı - FOTOLAR

“Yeraltı”nın aktrisası atasının şikayəti ilə ifadə verdi

AKİF CƏFƏRLİ İLƏ BAĞLI BİR XATİRƏ VƏ XATİRƏ İŞIĞINDA ONUN YARADICILIĞINA BİR BAXIŞ...

Dieqo Rosa “Qarabağ”da

İşlədiyi xəstəxanadan külli miqdarda dərman oğurlayıb satdı - “Borcum var idi”

İranın Ali Lideri müsəlman ölkələri birliyə çağırdı

Argentina millisinin ulduzu "Çelsi"də

Köpəyə oxşayır, yarasa kimi uçur: dünyanın ən qəribə məməlisi gündəmdədir

Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər

Qarabağda 4010 azərbaycanlı itkin düşüb - Onların 782-si mülki şəxslərdir

Azərbaycan kinosu nə vaxt cavanlaşacaq?

Faktiki hava açıqlandı

Filippində musson yağışları daşqına səbəb oldu - Bir ayda 32 nəfər öldü

İntuisiyanız bu gün olduqca güclü olacaq - BÜRCLƏR

“Həmin saytın fəaliyyəti qanunsuzdur” - MEDİA-dan xəbərdarlıq

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad etdi

"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO

Bu gün Türkiyədə Zəfər Bayramıdır

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31