Dondurma düzgün tərkibə malik olduqda və həddindən artıq yeyilmədikdə, düşünüldüyü qədər zərərli olmaya bilər, bəzi hallarda isə balanslı rasiona daxil edilə bilər.

20-40 il ərzində alimlər təxminən 190 min yetkin insanın qidalanmasını, fiziki aktivliyini və sağlamlıq vəziyyətini izləyiblər.

Nəticələr göstərib ki, həftədə ən azı iki dəfə dondurma yeyən şəxslərdə Tip 2 diabet inkişaf etmə riski təxminən 22 faiz daha aşağı olub. Bu əlaqə iştirakçıların çəkisi, gündəlik kalori qəbulu və fiziki aktivlik səviyyəsi nəzərə alındıqdan sonra da qorunub saxlanılıb.

Tədqiqatçılar qeyd edirlər ki, bu nəticələr dondurmanın birbaşa faydasını sübut etmir. Ehtimal olunur ki, bu şəxslərin ümumi həyat tərzi və qidalanma vərdişləri fərqli olub. Buna baxmayaraq, mütəxəssislər hesab edir ki, keyfiyyətli dondurma ölçülü miqdarda istifadə edildikdə maddələr mübadiləsinə mütləq mənfi təsir göstərmir.

Mümkün izahlardan biri süd yağının quruluşu ilə bağlıdır. Təbii süd məhsullarında yağ mikroskopik damcılar şəklində olur və xüsusi zülal və fosfolipid qişası ilə əhatələnir. Bu struktur yağların mənimsənilməsinə, xolesterinin emalına və orqanizmin insulin reaksiyasına təsir edir.

Bu səbəbdən təbii süd məhsulları bəzən tərkibində doymuş yağlar olsa da, sağlamlığa neytral və ya qismən müsbət təsir göstərə bilər.

Bununla yanaşı, ekspertlər xəbərdarlıq edirlər ki, hər dondurulmuş deserti əsl dondurma hesab etmək olmaz. Bir çox məhsulda bitki yağları, stabilizatorlar və emulqatorlar çoxluq təşkil edir ki, bu da süd yağının təbii strukturunu pozur və məhsulun potensial faydalarını azaldır.

Mütəxəssislər alış zamanı tərkibə diqqət yetirməyi tövsiyə edirlər: keyfiyyətli dondurmanın əsasını süd və ya qaymaq təşkil etməli, inqrediyent siyahısı isə qısa və aydın olmalıdır. Ən optimal variant kimi qaymaq, süd, yumurta sarısı, şəkər və təbii vanil göstərilir.

Alternativ olaraq ev şəraitində hazırlanan dondurma da daha faydalı seçim sayılır, çünki bu zaman tərkibə tam nəzarət etmək və əlavə qatqılardan qaçmaq mümkündür.

Alimlər yekunda bildirirlər ki, dondurmanı superqida kimi qəbul etmək doğru deyil, lakin təbii və keyfiyyətli desert ölçülü miqdarda balanslı qidalanmanın bir hissəsi ola bilər.

Son xəbərlər

Azərbaycan kinosu nə vaxt cavanlaşacaq?

Faktiki hava açıqlandı

Filippində musson yağışları daşqına səbəb oldu - Bir ayda 32 nəfər öldü

İntuisiyanız bu gün olduqca güclü olacaq - BÜRCLƏR

“Həmin saytın fəaliyyəti qanunsuzdur” - MEDİA-dan xəbərdarlıq

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad etdi

"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO

Bu gün Türkiyədə Zəfər Bayramıdır

Şəhid Mixail Həmidovun ailəsində bu il ikiqat sevinc yaşanıb.

Məmməd Qədir : Əfvim nəvələrdədir - FOTO

Bibixanım İSAYEVA : "Qan yaddaşının qəhrəmanı" İnsanlığa sevgi ünvanı

Könül Kərimovanın qızı boşandı

Vətən Müharibəsi əlilinin ailəsinə başsağlığı verilib - FOTOLAR

ADİL ƏLİYEV — SURAXANININ YENİLƏNƏN SİMASINDA ƏMƏYİ GÖRÜNƏN RƏHBƏR

Məşhur aktyor "Daha 17"də - FOTO

XOSROV CƏFƏROV HAQQ DÜNYASINA QOVUŞDU

Bu ölkə ayıları kütləvi şəkildə məhv edir: 14 mindən çoxu öldürülüb

Sənubər Səhər : İnsan zəkasının dühalıq zirvəsi realdırmı?

“Bir daha evlənmərəm” desə də, onunla ailə qurdu - Fotolar

Gömrükçülər "Qırmızı Körpü"də külli miqdarda dərman preparatları aşkarladılar

Azərbaycanda ovuc içi ilə ödəniş tətbiq edildi

Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Avaxıl kənd sakinləri ilə keçirilib - FOTO

UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb

"Sabah"ın oyunlarının təqvimi açıqlandı

Polis axtarışda olan 135 nəfəri saxladı

Kiyevə dron hücumu olub, bir azyaşlı ölüb

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər tutuldu

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31