Böyük Britaniyada Kral III Çarlzın qardaşı şahzadə Endryu bütün titullarından və fəxri adlarından məhrum edilib.

"Turaztv.az" “Qafqazinfo” -ya istinadən xəbər verir ki, Bukingem Sarayı iki gün əvvəl kralın bu qərarı rəsmi şəkildə təsdiqlədiyini açıqlayıb.

Qərar Virciniya Cuffrenin ölümündən sonra nəşr olunan xatirələrdə Endryu haqqında yeni pedofiliya ittihamlarının ortaya çıxmasından sonra verilib.

Məlumata görə, Endryu bu açıqlamalarla bağlı Ceffri Epşteyn işi çərçivəsində ifadə verməyə çağırıla bilər.

Kralın kiçik qardaşı artıq “York Hersoqu”, “İnverness Qrafı” və “Baron Killyleagh” titullarını, həmçinin, bütün orden və simvolik rütbələrini itirib. Bununla da o, monarxiya ilə bütün rəsmi əlaqələrindən uzaqlaşdırılıb.

Britaniya mediasının məlumatına görə, Endryu yaxın aylarda Kral Lojasından köçməlidir. Tac mülkiyyətinə məxsus bu malikanədə o, 2003-cü ildən bəri yaşayırdı. Endryu həmin vaxt 7,5 milyon funt sterlinq depozit ödəyərək 2078-ci ilə qədər qalmaq hüququ əldə etmişdi.

Lakin qərardan sonra o, Sandringem malikanəsinə köçürüləcək. Ailə üzvləri onunla birlikdə görünmək istəmədiyi üçün köçürülmə ilin sonuna qədər təxirə salınıb.

Sandringem sakinləri keçmiş şahzadənin əraziyə köçməsindən narazılıq ifadə ediblər.

“Biz o adamı qonşuluğumuzda istəmirik”, - “The Sun” qəzetinə danışan bir sakin deyib.

Kral ailəsi üzrə ekspert Cenni Bond bildirib ki, Endryu Sandringemdə ictimaiyyətdən uzaq, “zahid həyatı” sürəcək:

“O, mümkün olan ən aşağı profildə qalmağa çalışacaq”.

“The Guardian” yazır ki, Kral Çarlz qardaşına təxminən 558 min funt sterlinq kompensasiya ödəyəcək. Bu məbləğ Kral Lojasının icarə müqaviləsindəki “çıxarılma şərti”nə əsaslanır.

Endryunun digər gəliri Kral Donanmasından aldığı illik 20 min funt sterlinq təqaüddür.

O, hələ də taxt-taca varislik xəttində səkkizinci yerdə qalır. Onun bu siyahıdan çıxarılması üçün konstitusiya dəyişikliyi və Parlamentin təsdiqi tələb olunur.

Endryu Virciniya Cuffrenin xatirələrindəki yeni ittihamlar səbəbindən yenidən hüquqi araşdırma ilə üzləşə bilər.

Cuffre kitabında şahzadənin onu 17 yaşında olarkən cinsi istismara məruz qoyduğunu iddia edir. Eyni zamanda, Endryu ilə Ceffri Epşteynin əlaqələrinin Epşteynin cinayətləri ifşa edildikdən sonra da davam etdiyini göstərən e-poçtlar üzə çıxıb.

Son xəbərlər

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib

Pakistanda xəstəxanada yanğın olub, azı 15 körpə ölüb

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ötən ili mənfəətlə başa vurub

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür

Məşhur amerikalı müğənni Dolli Parton dünyasını dəyişib

Bu gün Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəldəcəyini deyib, dələduzluq edirmiş

610 bal topladı, universitetə qəbul olmadı

“Dünyanın ən xoşbəxt baş məşqçisiyəm” - Dambrauskas

"Sabah"a məğlub olan İsrail klubunun baş məşqçisindən AÇIQLAMA

Bakıya təcili eniş üçün icazə istədilər

İNSANIN YAXŞILIĞA ÇEVRİLƏN İZİ

XEYİRXAHLIĞIN İŞIĞI

“Gönül Dağı” serialında böyük dəyişiklik

Birinci vitse-prezidenti təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfəri xilas edib

Sənubər Səhər : Həyat bizi yaşadır, yoxsa biz həyatı qururuq?

Abbas Əli oğlu Bağırovun 55 illik yubileyidir

Təxəyyülün rənglərində yaşayan sənət - FOTO

"Tasnim": Asim Munir danışıqlar üçün imkanların genişləndirilməsinə çalışıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31