Marketlərdə bu məhsullara toxunmayın! - Rəsmi GÖSTƏRİŞ

Koronavirusun yoluxma mənbələrindən biri də ərzaq məhsulları satılan müəssisələrdir. Açıq şəkildə satılan məhsullar bu baxımdan daha təhlükəli hesab olunur. Bu məhsullara gündəlik tələbat olan çörək də daxildir. Pandemiya ilə əlaqədar marketlərdə çörək satışı ilə bağlı vəziyyət nə yerdədir?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sektor müdiri Ramazan Nəbiyev Lent.az -a bildirib ki, həmin məhsulların satışı ilə bağlı metodiki göstərişlərdən ibarət lövhələr hazırlanaraq, marketlərə paylanılıb:

Marketlərdə bu məhsullara toxunmayın! - Rəsmi GÖSTƏRİŞ

“Nazirlər Kabinetinin 94 saylı qərarı ilə təsdiq edilmiş Azərbaycanda ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydaları var. Çörək, bulka, qənnadı məmulatlarının, ərzaq məhsullarının və meyvə-tərəvəzin satışına bu qaydada göstərildiyi kimi riayət olunmalıdır. Hazırkı dövrdə açıq şəkildə satılan çörək, bulka unlu qənnadı məmulatları, quru meyvələr və istehlakdan öncə heç bir texniki emala məruz qalmayan qida məhsulları bağlı vitrində yerləşdirilməlidir. Həmin məhsullar alıcılardan təcrid olunaraq, xüsusi gigiyenik vasitələrlə təmin edilmiş işçilər tərəfindən alıcılara təqdim edilməlidir. İstehlakçıların həmin məhsullara toxunmasının qarşısı alınmalıdır. AQTA ərzaq məhsulları satışı ilə məşğul olan marketlərdə koronavirusun profilaktikasına dair metodiki göstərişlər hazırlayıb. Göstərişlərdə həm istehlakçılara, həm də sahibkarlara hazırkı durumla əlaqədar xüsusi davranış qaydaları da əksini tapıb”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov alıcılardan hər gün çörək və digər məhsullarla bağlı şikayətlər gəldiyini deyib:
Marketlərdə bu məhsullara toxunmayın! - Rəsmi GÖSTƏRİŞ

“Hər gün alıcılardan marketlərlə bağlı bizə zənglər gəlir. Şikayətlərdə istehlakçıların qarşılaşdıqları müxtəlif problemlər qeyd olunur. Bunların arasında çörək satışı ilə bağlı şikayətlər də özünəməxsus yer tutur. Düzdür, bəzi yerlərdə çörək elə obyektin içində bişirilib satılır. Ancaq tam standartlara cavab verən, çox müasir çörək zavodlarımız var. İnsanlar isti çörəyi daha çox tələb edirlər, ancaq onun ziyanından xəbərsizdirlər. Əksər firmalar isti çörəkləri paketləmir və elə açıq şəkildə də marketlərə göndərir. Çörək satışında yol verilən gigiyenik pozuntular onun daşınma zəncirində qeydə alınır.

Nazirlər Kabinetinin 94 saylı qərarına əsasən, bütün ərzaqlar marketlərdə paketlənmiş halda satılmalıdır. Ancaq təəssüf ki, demək olar hər gün bu qaydanın pozulmasına şahid oluruq. Bundan əlavə, bəzi marketlərdə koronavirusdan qorunmaq üçün içəri daxil olanları spirtləyirlər. Yaxşı oalr ki, maskası olmayanlara maska verilsin. Kassirlərin əlcəksix işləməsi, ümumiyyətlə, yolverilməzdir. Ən böyük viruslar bu zaman yaranır. Ona görə də ən əsası kassirlərin də əlcək geyinməsi vacibdir. Yol polisi əməkdaşları da bir müddət əvvəl əlcək geyinmirdi və müxtəlif insanların vəsiqələrinə toxunurdular. DYP-nin şöbə rəisi Kamran Əliyevlə məsələ barədə danışdım və artıq yol polisi əməkdaşları əlcəkdən istifadə edirlər”.

Son xəbərlər

610 bal topladı, universitetə qəbul olmadı

“Dünyanın ən xoşbəxt baş məşqçisiyəm” - Dambrauskas

"Sabah"a məğlub olan İsrail klubunun baş məşqçisindən AÇIQLAMA

Bakıya təcili eniş üçün icazə istədilər

İNSANIN YAXŞILIĞA ÇEVRİLƏN İZİ

XEYİRXAHLIĞIN İŞIĞI

“Gönül Dağı” serialında böyük dəyişiklik

Birinci vitse-prezidenti təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfəri xilas edib

Sənubər Səhər : Həyat bizi yaşadır, yoxsa biz həyatı qururuq?

Abbas Əli oğlu Bağırovun 55 illik yubileyidir

Təxəyyülün rənglərində yaşayan sənət - FOTO

"Tasnim": Asim Munir danışıqlar üçün imkanların genişləndirilməsinə çalışıb

İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb

Özbək şirkətləri Bakı sərgilərində fəallığını artırır

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Şəhid Xalid Məcdunovun anası Xalidə Ananın doğum günüdür - FOTO

Azərbaycanda 5 sinfin bütün şagirdləri ali məktəbə qəbul oldu - FOTO

Şükufə Yusupova Yeni Klinikaya təxliyə olundu

Əkiz bacılar eyni ixtisasa qəbul olundu - Foto

Koçaryanla Sarkisyana cinayət işi açıldı - hər ikisi istintaqa aparıldı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31