Əli Əhmədov Azərbaycanda qida təhlükəsizliyindən danışdı

Azərbaycanın malik olduğu resurslar insanların daha sağlam qida ilə təmin edilməsinə kömək edir.
Bunu Baş nazirinin müavini Əli Əhmədov II Bakı Beynəlxalq Ərzaq Təhlükəsizliyi Konfransında çıxış edərkən deyib.
Onun sözlərinə görə, dünyada baş verən proseslər Azərbaycanda da özünü göstərir:
"Azərbaycan əhalisinin sayı ötən illər ərzində 2 milyon artaraq 10 milyona çatıb. Amma əhali sayı artsa da, Azərbaycanın ərazisinin 20 faizi işğal altındadır. Bu torpaqlar kifayət qədər münbit torpaqlardır və Azərbaycan onlardan istifadə edə bilmir. Bununla əlaqədar olaraq, Azərbaycanın kənd təsərrüfatı məhsulları ilə bağlı torpaq potensialı 20 faiz azalıb".
Baş nazirin müavini qeyd edib ki, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı çox ciddi konsepsiyanın işlənməsinə ehtiyac var:
"Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü və səmərəli siyasət nəticəsində bu problem Azərbaycanda köklü şəkildə həll edilib. Azərbaycan üçün bu problem mövcud deyil. Təbii ki, növbəti mərhələ olaraq, insanların keyfiyyətli qida ilə təmin edilməsi ilə bağlı düzgün strategiya hazırlanıb".
Ə.Əhmədov əlavə edib ki, genişlənməkdə olan ticarət əlaqələri nəticəsində Azərbaycanın daxili bazarına çox müxtəlif ölkələrdən qida məhsulları gətirilir. Bununla əlaqədar olaraq, qida təhlükəsizliyi problemi təkcə daxili istehsalla bağlı olan problem kimi qalmır, eyni zamanda ölkəmizə gətirilən qida məhsullarının da nə qədər təhlükəsiz olduğu kimi vacib problemi ortaya qoyur:
"Bu mənada hesab edirəm ki, bu gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin üzərinə çox ciddi öhdəliklər düşür. Biz inanırıq ki, Azərbaycan həm daxili istehsal nəticəsində, həm də xaricdən məhsulların daha ciddi standartlara uyğun şəkildə ölkəyə daxil olması normalarını müəyyənləşdirmək əsasında vətəndaşların təhlükəsiz, sağlam qida ilə təmin edilməsinə öz töhfəsini verəcək". (trend)

Son xəbərlər

Səs yazısı yayıldığı iddia edilən həkimdən açıqlama

Dənizə getməzdən əvvəl oxuyun - 10 vacib qayda

Kral ailəsində yeni körpə - Foto

QƏLƏMİN HİKMƏTİ – SÖZÜN QÜDRƏTİ (NİCAT ƏRTÜRK YARADICILIĞINA ELMİ-ƏDƏBİ BAXIŞ)

Bu dəfə ekrana aktyor kimi çıxmayacaq

HƏKİM ÖMRÜNÜN DAVAMI

Gizli şəkildə evləniblər? - Fotolar

Niyə hamı bloqer olmaq istəyir - Məşhurluq arzusu, yoxsa çıxış yolu? - ARAŞDIRMA

Tikinti müddətində ekspres avtobuslar ödənişli olacaq

Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib

Romada İsrail-Livan görüşü – "Hizbullah" da HƏMAS-ın aqibətini yaşayacaq - ŞƏRH

Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Paşinyanın Rusiyaya qarşı yeni strategiyası: Kremlin ölkədəki təsir mexanizmləri hədəfə alınır - ŞƏRH

"SƏHƏR" QƏZETİNİN 37 YAŞI OLDU

Culfaya yeni icra başçısı təyin edilib

Əcnəbilərin və onları qəbul edən vətəndaşların NƏZƏRİNƏ - Qeydiyyat tələbi

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Qobustan şəhərindən şəhid Sərxan Hacıyevin anası Humay Ananın doğum günüdür - FOTO

"Milli Qəhrəman Vüqar" - Yeni kitabın təqdimatı

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı

MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31