
Xəbərlər
16.01.2025, 21:51
Sveta Şəms Bunyadova : Ya onu ver, ya məni al - FOTO
Ya onu ver, ya məni al
Hayana üz tutur könlüm,
Dönüb mənə mələr gəlir.
Darıxmaq da bir bəladı,
Ağrısı gecələr gəlir...
Neyləsin gözlər, neləsin,
Yuxuları "çaş" olana.
Sevənin də gücü çatmır,
Ürəkləri boş olana...
Tənhaların tənhasıyam,
Yer üzünün mənəm təki.
Ruhum məni tərk etsə də,
Yaşayıram mən hələ ki...
Onsuz dünyam uçuq-uçuq,
Onsuz əqlim, ruhum xəstə.
Sudan çıxmış balığ kimi,
Çırpınıram, torpaq üstdə...
Daha bezdim, bezdim Allah,
Hər an nağıl, hər gün xəyal.
İstəmirəm bu dünyanı,
Ya onu ver, ya məni al...
Dönüb mənə mələr gəlir.
Darıxmaq da bir bəladı,
Ağrısı gecələr gəlir...
Neyləsin gözlər, neləsin,
Yuxuları "çaş" olana.
Sevənin də gücü çatmır,
Ürəkləri boş olana...
Tənhaların tənhasıyam,
Yer üzünün mənəm təki.
Ruhum məni tərk etsə də,
Yaşayıram mən hələ ki...
Onsuz dünyam uçuq-uçuq,
Onsuz əqlim, ruhum xəstə.
Sudan çıxmış balığ kimi,
Çırpınıram, torpaq üstdə...
Daha bezdim, bezdim Allah,
Hər an nağıl, hər gün xəyal.
İstəmirəm bu dünyanı,
Ya onu ver, ya məni al...
6.01. 2025.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay



