Rektor: 2024-cü il Bakı Ali Neft Məktəbi üçün yaddaqalan oldu
2024-cü ildə Bakı Ali Neft Məktəbinin (BANM) 4 ixtisası Azərbaycan universitetləri arasında ən yüksək keçid balına görə ilk beşlikdə yer aldı. Ali məktəb I və II ixtisas qrupları üzrə ən yüksək keçid balına malik oldu. Ölkə tarixində ən yüksək keçid balı (687.1 bal) ilə yanaşı, ən yüksək orta keçid balı da (645 bal) BANM-a aid idi.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov BANM-in professor-müəllim və tələbə heyətini təbrikində bildirib. Ali məktəbin uğurlarına nəzər salan rektor qeyd edib ki, 2024-cü ildə beynəlxalq və respublika fənn olimpiadalarının 16 qalibi BANM-ə müsabiqədənkənar qəbul olub. Qəbul planı 100 faiz dolub. Yeni açılan kompüter elmləri ixtisası üzrə tələbə qəbulu həyata keçirilib.

Bu il 33 nəfər Prezident təqaüdçüsü ilə (102 təqaüddən) BANM yenə də liderliyini qoruyub; öz rekordunu məhz özü yeniləyib. Təqaüdçülərin üçdə birini ali məktəbin tələbələri təşkil edib.

BANM-ə qəbul zamanı 685 baldan yuxarı nəticə göstərən 13 tələbə Dövlət İmtahan Mərkəzi ilə Elm və Təhsil Nazirliyinin təsis etdiyi (16 təqaüddən) “Elm və texnologiya” təqaüdünə layiq görülüb.

Ali məktəbin 35 məzunu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın iştirakçısı adını qazanıb. Dövlət Proqramının magistratura səviyyəsinə qəbul olanların 10 faizi BANM-in məzunları olub. Bu da BANM məzunlarının say nisbətinə görə ölkədə ən yüksək göstəricisidir.

BANM-in “BHOSWARE” komandası “ TEKNOFEST-2024”ün qalibi olub. Türkiyənin Antalya şəhərində keçirilən Festivalda “Hackmasters” kateqoriyası üzrə keçirilən CTF yarışında I yerə layiq görülüb. “ TEKNOFEST”də Azərbaycanı ən çox komanda ilə BANM təmsil edib.

Ölkə üzrə startap və hakatonlarda BANM tələbələri birinci yerə çıxıblar.

BANM-da təhsil alan əcnəbi tələbələrin sayı iki dəfə artıb.

Azərbaycan təhsil sistemində ilk dəfə olaraq BANM xaricə ali təhsil proqramlarının ixracını həyata keçirib. BANM Özbəkistanın Daşkənd Kimya Texnologiyası İnstitutu və Buxara Mühəndislik-Texnoloji İnstitutuna ali təhsil proqramlarının ödənişli əsasda ixracına və ikili diplom proqramı layihələrinin reallaşdırılmasına başlayıb.

“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında anlaşma memorandumu” çərçivəsində 8 konqolu gənc neft-qaz mühəndisliyi və kimya mühəndisliyi ixtisasları üzrə təhsil almağa başlayıb.

BANM COP29 çərçivəsində 3 tədbirə ev sahibliyi edib. Ali məktəbin komandası COP29 çərçivəsində keçirilən ideathon yarışının qalibi olub. Həmçinin BANM “Sabahın alimləri” XIII Respublika Müsabiqəsi və Məktəblilərarası IX Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi, eləcə də III Bakı Elm Olimpiadasına ev sahibliyi edib.

Ali məktəbin iki komandası “Baku Investment Day”də 200 min dollar investisiya qazanıb.

Magistratura imtahanında ən yüksək balı BANM tələbələri toplayıblar.

Bu il 13 illiyini qeyd edilən ali məktəbin maddi-texniki bazası daha da gücləndirilib, yeni laboratoriyalar istifadəyə verilib.

Son xəbərlər

" *İncə fikirlər"* layihəsinin növbəti qonağı

AKİ-nin sədrliyinə seçki konfransının keçiriləcəyi tarix məlum olub

Şəkidə körpüdən yıxılan müəllim öldü - Foto

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Tramp Hörmüzlə bağlı: Bu lənətə gəlmiş boğaz açıqdır

Ukrayna ordusunun Baş Qərargahı Yaroslavlda neftayırma zavoduna hücumu təsdiqləyib

Sabah 36 dərəcə isti gözlənilir, güclü külək əsəcək

Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edib

"Payızda ulduzlar görünmür" Şirin Mirzəyev və HaciEkber Rustamov

Ali məktəblərə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib

DİN: Vətəndaşlar "uduş", "hədiyyə", "kampaniya" və digər cəlbedici təkliflərə qarşı diqqətli olmalıdırlar

UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib

BİZİM TƏQVİM: 28 avqustda baş vermiş tarixi hadisələr

“Bu adın 400-dən çox yaşı var” - Kanadadan Trampın qərarına etiraz

3 min illik qızıl xəzinə 4 dəqiqəyə oğurlandı

Göy bizim yerimizə hayqıranda...

Anasının ölümünə görə şikayət etdi - Atası həbs olundu

İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçilib

İcra başçısının nümayəndəsi qəfil vəfat etdi

Tərəf müqabili oldular

Fəlakət zonasından təxliyə edildilər

Zəlzələdən zərərçəkənlərə 1 milyon dollar bağışladı

“Artıq itirəcək heç nəyimiz yoxdur” - Qurban Qurbanov

UNİVERSİTETƏ GEDƏN YOL

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Mənimtək gecəyə qonaq olanlar - FOTO

Bərdə rayonunda Qızıl Aypara könüllüləri ilə görüş keçirildi - FOTOLAR

İranla bağlı növbəti görüş İstanbulda keçiriləcək

Çəkisinə görə məruz qaldığı təzyiqlərdən danışdı - FOTOLAR

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31