Arzu Yaqub qızı : Vətən var - FOTO
Vətən var
Vətən Müharibəsi şəhidimiz Təbriz Həsənova və bütün şəhidlərimizə həsr olunur.Allah şəhidlərimizə rəhmət eləsin

Sıxılıb ömrünün acılarına,
Dərdlərin rəsmini çəkən qadınsan.
Gecələr yuxusuz, səhərlər dalğın,
Məzara nisgillər əkən qadınsan.

Arzular, ümidlər qaldı gözündə,
Qəmin budağında açan çiçəksən.
Dünyaya mərd oğul gətirən ana,
Şəhid anasısan , sən bir mələksən.

Bir vaxtlar qayğısın çəkdin balanın,
Təbrizin şəkli də nurdu gözünə.
Yanırıq, sənintək yana bilmərik,
Qulaqların həsrət " ana" sözünə.

Bir gəlin gözləri yol çəkir indi,
Ömür - gün yoldaşı getmir gözündən.
Övladları 'ata, ata " deyəndə,
Çarəsizlik yağır qəlbi,üzündən.

Yaxır ürəyini sağalmaz yara,
Baxır uşaqlara yanır, əriyir.
Ona təsəllidir ərinin ruhu,
Məzarı başında susur, kiriyir.

Bir oğul vermisən anam Vətənə,
Əzmin itirmədi, getdi irəli.
Düşmənin gözünə ox oldu Təbriz,
Əsla unudulmaz Vətən əsgəri.

Daim düşmənlərin əzdi başını,
Qorxmadı ölümdən, qorxmadı qandan.
Bir şəhid yerinə mini dirildi,
Xalqımız sarsılmaz , eşitsin cahan!

Ay anam , ay bacım ağlamayın siz,
Vətən oğulları ölümsüz hər an.
Şəhid övladının qəlbində qürur,
Zəfər sözü qopur dodaqlarından.

Bacım düşünmə ki, bəxtin yaralı,
Anam ürəyini almasın qubar.
Şəhidlər ölməzdir , yaşayır inan,
Harda ki şəhid var, orda Vətən var!

Arzu Yaqub qızı : Vətən var - FOTO
Arzu Yaqub qızı : Vətən var - FOTO
Arzu Yaqub qızı : Vətən var - FOTO

Son xəbərlər

Bakı metrosunda dəyişikliklər dərslərin başlanma saatlarına təsir edəcək?

Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar

MÜŞVİQ RƏFAELOĞLUNUN YARADICILIĞI HAQQINDA... -FOTO

Sabah 37 dərəcə isti olacaq

Bənizin keçmiş ərinin İstanbulda cəsədi tapıldı - Foto

Arzu Yaqub qızı : Şəhidlik yaşamaqdı - FOTO

Blokadadan qlobal logistika mərkəzinə - Naxçıvanın geosiyasi çəkisi artır - ŞƏRH

Azərbaycanın İsveçdəki səfiri dəyişdirilib

Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb

Zakir Həsənov Naxçıvanda yerləşən hərbi hissələrdə olub

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb

Zeynəb Cəmaləddin : GƏLƏR Divani - FOTO

“Güllü”nün ölümündə inanılmaz detal ortaya çıxdı

Dağıstan qaranlığa qərq oldu

Şəhid əmanətlərinin böyük ürəkli əmanətçisi - FOTOLAR

Bir yaşın mübarək, əziz Cəbrail - FOTO

Ronaldo evləndi - FOTO

Təəccübdən təbəssümə…

Ordubadda SES tikiləcək

Uşaqları mavi dəri ilə doğulurdu - Bir ailənin dəhşətli HEKAYƏSİ

"Dərnəgül" elektrik deposu tarixində ilk qatarı qəbul edib

Ürək üçün ən faydalı balıqlar - Həkim adlarını açıqladı

İki ay əvvəl ilk avtomobilini alıbmış... - 4 nəfərin öldüyü qəzanın təfərrüatı

Ana-oğuldan sonra ata da öldü - Toya hazırlaşırdılar... - Foto

O da “Kızılcık şerbeti”ndən getdi

Daşdəmir ƏJDƏROĞLU : Əziz dostum, qələmi səmimiyyət, xisləti nur olan Xəyalə xanım! Doğum günün mübarək olsun!

Simran HƏSƏNOV - 70 - FOTOLAR

İradə varsa, insan özü də vardır, yaxud əcəl tüstüsündən yaxa qurtarmaq mümkündürmü?

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31