Arzu Yaqub qızı : Ölmədim ki,şəhid oldum - FOTO
Ölmədim ki,şəhid oldum
Vətən Müharibəsi şəhidimiz Əli Məmmədzadəyə həsr olunur.Allah məkanını cənnət eləsin şəhidim.

Bir ana oxşayır məzar daşını:
Nədən öz ananı atıb getmisən.
Hansı gül- çiçəyi qoxlayım bala,
Gözümün içində bitib getmisən.

Saatlar qaçsa da,ömür tələssə,
Günləri - günlərə calayır ana.
Şəhid balasının şəklinə baxıb
Elə taleyinə ağlayır ana.

Elə bir oğul ki verdi Vətənə,
Əzm, cəsarətlə getdi irəli.
Yağılara qənim oldu silahı,
Elimin, yurdumun igid əsgəri.

Bax anam keçmişəm dağdan-dərədən,
Kəlbəcər, Cəbrayıl, Füzulidən mən.
İndi ruhum gəzir azad Şuşamda,
Xarıbülbülünü görüb gəlmişəm.

Vətən torpağının hər bir qarışı,
Bizim canımızdan əzizdir ana.
Onsuz da həmişə səninləyəm mən,
Tez- tez girmirəmmi yuxularına ?..

Döyüşüb torpağa can qoymuşuq biz,
Düşmən işğalından azaddır yurdum.
Min oğul deməkdir təkcə birimiz,
Ana ölmədim ki, mən şəhid oldum.

Ana yollarımız odlu- alovlu
Vətən torpağına fəda canımız.
Üçrəngli bayrağım zirvədə hər an,
Zəfər tarixini yazdı qanımız.

Oğlum ürəyimin dərdi çox ağır,
Anam gözlərinin yaşını sil, sən.
Şəhidlik müqəddəs, şəhidlər ölməz,
Yaşasın azad el, var olsun Vətən.

Arzu Yaqub qızı : Ölmədim ki,şəhid oldum - FOTO
Arzu Yaqub qızı : Ölmədim ki,şəhid oldum - FOTO
Arzu Yaqub qızı : Ölmədim ki,şəhid oldum - FOTO

Son xəbərlər

Bakı metrosunda dəyişikliklər dərslərin başlanma saatlarına təsir edəcək?

Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar

MÜŞVİQ RƏFAELOĞLUNUN YARADICILIĞI HAQQINDA... -FOTO

Sabah 37 dərəcə isti olacaq

Bənizin keçmiş ərinin İstanbulda cəsədi tapıldı - Foto

Arzu Yaqub qızı : Şəhidlik yaşamaqdı - FOTO

Blokadadan qlobal logistika mərkəzinə - Naxçıvanın geosiyasi çəkisi artır - ŞƏRH

Azərbaycanın İsveçdəki səfiri dəyişdirilib

Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb

Zakir Həsənov Naxçıvanda yerləşən hərbi hissələrdə olub

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb

Zeynəb Cəmaləddin : GƏLƏR Divani - FOTO

“Güllü”nün ölümündə inanılmaz detal ortaya çıxdı

Dağıstan qaranlığa qərq oldu

Şəhid əmanətlərinin böyük ürəkli əmanətçisi - FOTOLAR

Bir yaşın mübarək, əziz Cəbrail - FOTO

Ronaldo evləndi - FOTO

Təəccübdən təbəssümə…

Ordubadda SES tikiləcək

Uşaqları mavi dəri ilə doğulurdu - Bir ailənin dəhşətli HEKAYƏSİ

"Dərnəgül" elektrik deposu tarixində ilk qatarı qəbul edib

Ürək üçün ən faydalı balıqlar - Həkim adlarını açıqladı

İki ay əvvəl ilk avtomobilini alıbmış... - 4 nəfərin öldüyü qəzanın təfərrüatı

Ana-oğuldan sonra ata da öldü - Toya hazırlaşırdılar... - Foto

O da “Kızılcık şerbeti”ndən getdi

Daşdəmir ƏJDƏROĞLU : Əziz dostum, qələmi səmimiyyət, xisləti nur olan Xəyalə xanım! Doğum günün mübarək olsun!

Simran HƏSƏNOV - 70 - FOTOLAR

İradə varsa, insan özü də vardır, yaxud əcəl tüstüsündən yaxa qurtarmaq mümkündürmü?

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31