Arzu Yaqun qızı: FƏDAKAR QADIN - FOTO
Arzu Yaqun qızı: FƏDAKAR QADIN - FOTO
FƏDAKAR QADIN

QARABAĞ MÜHARİBƏSİ ƏLİLƏRİ, VETERANLARI VƏ ŞƏHİD AİLƏLƏRİ İCTİMAİ BİRLİYİNİN BƏRDƏ RAYON ŞÖBƏSİNİN SƏDRİ ETİBAR XANIM HÜSEYNOVAYA HƏSR OLUNUR. ALLAH HƏYAT YOLDAŞINIZ AZƏRBAYCAN BAYRAĞI ORDENLİ BİRİNCİ QARABAĞ MÜHARİBƏSİ ŞƏHİDİ SƏRHƏD ZÖHRABBƏYOVUN MƏKANINI CƏNNƏT ELƏSİN. AMİN!

Bu ömrün yükünü necə çəkirsən,
Yarası könlünü dağlayan qadın.
Kiminsə dərdinə bir sığal çəkən,
Gecələr gizlicə ağlayan qadın.

İllərdir çəkmisən bəxtin acısın,
İgid ər itirdin şəhid qadını.
Min bir əziyyətlə, ləyaqətinlə
Hər an uca tutdun onun adını.

Kimsə bağçasında əkdi çiçəklər,
Şəhid məzarına gül qoydu balan.
Bəlkə sirdaş oldu yuxularına,
Heç adı düşmədi dil- dodağından.

Qayğılı gözlərdir zillənir sənə,
Özü öz qayğısın tək çəkən qadın.
Səbir darağında telin ağardıb
Dərdli könüllərdə ev tikən qadın.

Onun keçdiyi hər cığırdan , izdən,
Bəlkə xəyalında min yol keçmisən.
Ruhunu yolunda şəhid eləyib
Şəhadət şərbətin sən də içmisən.

Bunca sadəliklə, ləyaqətinlə,
Kişitək mərd qadın şəhid qadını.
Vətənə eşqinlə, sədaqətinlə
Yazdın ürəklərə məğrur adını.

Elə bir sevgi ki, illər uzunu
Nə ürəkdən itər, ömürdən itər.
Şəhid can qoyduğu ana torpaqda,
Zəfər çiçəkləri, gülləri bitər.

Gör neçə ümidə olmusan həyan,
Sən ki sevgisisən əzmin, inadın.
Bayraqdan ərinin ətrini alan,
Adı da özü tək fədakar qadın.

Arzu Yaqun qızı: FƏDAKAR QADIN - FOTO

Nailə Əhmədova.

32 ildir tanıdığı və dostu Etibar xanımın keçdiyi həyat yoluna həsr edib.

Ömrünü şəhid ömrünə qatan bacım,
şəhid qayğıları ilə oyanıb yatan bacım.
Bu nə tale idi qismətinə çıxıb sənin
Mərdliyinə,qeyrətinə baxıb sənin
Daşıdığın adında hikmətinə baxıb sənin
Yaradanın sənə verdiyi inamından yarandın
Bax beləcə ən çətin bir həyat yaşayırsan
Sən neçə- neçə şəhidlərdən aldığın qayğılı bir ürək daşıyırsan.

Son xəbərlər

Zərərli orqanizmlərə görə toxumluq əkinlər üçün kompensasiya ödənilməsi qaydası hazırlanacaq

Rotterdam limanında partlayış olub, ölən var

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır

"Avroviziya 2027" müsabiqəsi Bolqarıstanın Burqas şəhərində keçiriləcək

Məleykə Abbaszadə şanslı qrupu açıqladı

“Yeni ulduz” ekranlara qayıdır

Nəzakət Teymurova ilə Ceyran Rəhimova Yunanıstanda - Fotolar

Dövlət Məşğulluq Agentliyi auditor seçir

14 avqust – dünya şöhrətli xanəndə,Azərbaycan musiqi mədəniyyətinin parlaq siması, Xalq artisti Alim Qasımovun doğum günüdür - FOTO

Qeyri-sabit hava şəraitinə baxmayaraq ölkədə epidemioloji durum nəzarət altındadır - RƏSMİ

Yevlaxda avtoqəzada ölən şəxslərin kimliyi məlum olub, cinayət işi başlanılıb

UEFA Konfrans Liqası: "Qarabağ" Bakıda "Dinamo" ilə cavab matçına çıxacaq

Osmanlı Səltənətinin Dramı: "Böyüdülər, Amma Böyük Olmadılar"

Ağ Evin mətbuat katibi vəzifəsindən gedir

PSJ ardıcıl 2-ci dəfə UEFA Superkubokunun qalibi oldu

"Dicle" bu futbolçu ilə eşq yaşayır - FOTO

Süni intellektlə yaradılan ifaçılar xüsusi nişanla işarələnəcək

İkinci dəfə ata olacaq - Fotolar

AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Fotolar

Qəlbimizə hakimliyi bacarırıqmı?

Bu ilin ikinci Günəş tutulması başa çatıb YENİLƏNİB

Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...

Axşam bu qidalardan istifadə edənlərin diqqətinə: İnsult riskini artırır

Öz şərəfinə adlandırılan küçədən paylaşım etdi - Fotolar

General-Polkovnik Vaqif Axundov – Dövlətçiliyə Sədaqətin və Şərəfli Xidmətin Ömür Yolu

DƏYİŞƏN ŞƏHƏRLƏRİN YADDAŞINDA QALAN İZLƏR

“Putin seçkidən sonra yüz minlərlə adamı cəbhəyə aparacaq” - Zelenski

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31