Ev almaq istəyənlərə PİS XƏBƏR
"Daşınmaz əmlak bazarında ilin əvvəli ilə müqayisədə 5 faizlik artım var. Bazarda problem ondan ibarətdir ki, əvvəlki illərlə müqayisədə təklif azdır. Bununla əlaqədar qiymətlər artıma doğru gedir".

Turaztv.az Milli.Az-a istinadən xəbər verir ki, bu sözləri musavat.com-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Ramil Qasımzadə deyib.

Ekspert bildirib ki, təkrar mənzil bazarında artım müşahidə edilir:

"Ucuz mənzillər tədricən aradan çıxmaqdadır. Bazara təklif olunan ucuz mənzillərin qiyməti 70 min manata qədərdir. Onlar artıq sıradan çıxmaq üzrədir. 1 otaqlı mənzillərin qiyməti 65-90 min manat arasında dəyişir. Qiymət evin yerindən asılı olaraq dəyişir. Metrostansiyaların yaxınlığında yerləşənlər ən bahalı mənzillərdir. Məsələn, ötən il Nərimanovda 1 otaqlı mənzil 75 min manat idisə, bu gün həmin mənzil 90-95 min manata təklif olunur. "Neftçilər" metrostansiyası yaxınlığında köhnə tipli 1 otaqlı mənzilin qiyməti 75-85 min manatdır.

2 otaqlılar 75-110 min manata təklif olunur. 3 otaqlılar isə 90-150 min manata satılır. Məsələn, ötən il "Nərimanov" metrostansiyası yaxınlığında 3 otaqlı mənzilin qiyməti 95-115 min manat idisə, bu gün həmin mənzillər 135-170 min manata təklif olunur. Ən bahalı mənzillər "Leninqrad" layihəli evlərdir. Çünki onlar ipoteka predmetinə gedir və onların istismar müddəti başa çatmayıb deyə daha çox tələb olunan mənzillərdir.

Yeni tikililərdə 1 kvadratmetrin qiyməti 900-8000 manat təşkil edir. 900 manata olanlar əsasən Qaradağ rayonunda, Sabunçu və Suraxanıda təklif olunur. Orta qiymət 2000 manat civarındadır. Rayonlardan asılı olaraq qiymətlər dəyişə bilir. Səbail, Nəsimi, Nərimanov rayonunda 1 kvadratmetrin qiyməti 1800 manatdan başlayaraq 8000 manata qədər dəyişir. Daha baha olanlar Səbail, Nəsimi, Nərimanov rayonunda yerləşən premium sinfə aid yeni tikililərdədir. Mənzillərin qiyməti təmirdən asılı olaraq da dəyişə bilər. Təmirli evlərin qiyməti təmirsizlə müqayisədə 500-600 manat artıqdır".

Ramil Qasımzadə torpaq bazarındakı vəziyyətdən də danışıb. O bildirib ki, bu bazarda kritik durum hökm sürür:

"Artıq şəhərin mərkəzində demək olar ki, torpaq tapmaq mümkün deyil. 1 sotun qiyməti yerindən asılı olaraq 2 min manatdan başlayır, 650 min manata qədər təklif olunur. Qaradağda, Sabunçuda qiymətlər təxminən 2 min manatdır. Ətraf qəsəbələrdə bağ üçün olan torpaq sahələrinin orta qiyməti 5 min manatdır. Şəhərə doğru - Nizami, Xətai rayonunda 1 sot üçün qiymətlər 15-60 min manat arasında dəyişir. Nərimanov rayonunda 1 sot üçün qiymətlər 80-350 min manat, Nəsimi rayonunda 120-350 min manat, Səbaildə isə 500-600 min manat təşkil edir. Mərkəzdə kvadratmetri 8 min manata təklif olunan torpağa da rast gəlinir".

"Qiymətlər hansı istiqamətdə dəyişə bilər?" sualına ekspert belə cavab verib:

"Mənzillərin qiyməti ictimai-siyasi vəziyyətdən asılı olaraq dəyişir. Son vaxtlar İranın təhdidi, ictimai-siyasi vəziyyətin bir qədər gərgin olması daşınmaz əmlak bazarına da təsirsiz ötüşmür. Belə ki, gözləmə mövqeyinə çəkilənlər var. Gərginlik aradan qalxsa, qiymətlər artıma doğru gedəcək".

Son xəbərlər

Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

“Sabah” ÇL-də həlledici oyuna çıxır

Bu şəhərdə 1 avroya evlər satılır - Fotolar

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

“İnsanlar yox olurlar” - İlon Mask

Bu tarixdə boş qalan plan yerlərinə qəbul aparılacaq

15 yaşlı azərbaycanlı göldə boğulub öldü

Bakıya 600 israilli gələcək - SƏBƏB

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

SÖZÜN İŞIĞINDA YAŞAYAN ŞAİR

İlqar Həsənov – sözün də, dostluğun da baməzə adamı

DSK-da kadr dəyişikliyi - Bu vəzifə ləğv edildi

Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı

Lilpar Cəmşidqızı : QƏZƏL

Novruzəli Aslanov: “Daşkənddə imzalanan sənədlər Azərbaycan-Özbəkistan əməkdaşlığının hüquqi bazasını genişləndirir”

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb

Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31