Paytaxtda ən çox bu mənzillər bahalaşıb ƏRAZİLƏR-QİYMƏTLƏR
Bakının mənzil bazarında ən çox qiymət artımları bu üç rayonda qeydə alınıb.

Son dövrlər baş verən qlobal iqtisadi böhrandan, qiymətlərin artmasından, müxtəlif iqtisadi və sosial proseslərdən təsirlənən əsas sektorlardan biri də daşınmaz əmlak bazarı olub.

Ölkədə müşahidə olunan bahalaşma əmlak bazarından da yan ötməyib və qiymətlərin kəskin şəkildə artımına səbəb olub. İpoteka kreditlərinə başlanması, tikinti materiallarının bahalaşması və eyni zamanda paytaxtın bir sıra ərazilərində söküntü işlərinin aparılması ilə əlaqədar olaraq daşınmaz əmlak bazarında da qiymətlər artır.

Azərbaycanın aparıcı qiymətləndirmə şirkətlərindən olan – “VECON CONSULTING” paytaxtın 10 rayonunda əmlak bazarında qeydə alınan qiymət artımları ilə bağlı monitorinq aparıb. Hər bir rayon üzrə altı istiqamətdə aparılan araşdırma köhnə və yeni tikili binalarda 1, 2 və 3 otaqlı mənzilləri əhatə edib.

Araşdırma nəticəsində məlum olub ki, paytaxtın mənzil bazarında köhnə tikili binalar üzrə 1 və 2 otaqlı mənzillər üzrə ən çox bahalaşma Nərimanov rayonunda (müvafiq olaraq 16 və 13 faiz), 3 otaqlı mənzillər üzrə isə Nəsimi rayonunda (10 faiz) baş verib. Yeni tikili binalarda isə qiymətlər 1 otaqlı mənzillər üzrə Xətai rayonunda (17 faiz), 2 və 3 otaqlı mənzillər üzrə isə Nərimanov rayonunda (müvafiq olaraq 13 və 10 faiz) qeydə alınıb.

Müvafiq olaraq köhnə tikili binalarda birotaqlı mənzillər 9,5, ikiotaqlı otaqlı mənzillər 7,1, üçotaqlı mənzillər isə 6,6 faiz bahalaşıb. Yeni tikili binalarda birotaqlı mənzillər 10,2, ikiotaqlı otaqlı mənzillər 7,9, üçotaqlı mənzillər isə 5,6 faiz bahalaşıb. Eyni zamanda Bakı şəhərinin rayonları üzrə mənzillərin 1 m2 orta təklif qiyməti 2021-ci il ilə müqayisədə Binəqədi rayonu üzrə 1 484,0 manatdan 1 558,0 manata, Qaradağ rayonu üzrə 1 140,0 manatdan 1 242,0 manata, Nərimanov rayonu üzrə 1 741,0 manatdan 1 852,0 manata, Nəsimi rayonu üzrə 1 836,0 manatdan 2 056,0 manata, Nizami rayonu üzrə 1 467,0 manatdan 1 540,0 manata, Sabunçu rayonu üzrə 1 373,0 manatdan 1 469,0 manata, Səbail rayonu üzrə 1 951,0 manatdan 2 146,0 manata, Suraxanı rayonu üzrə 1 220,0 manatdan 1 281,0 manata, Xətai rayonu üzrə 1 585,0 manatdan 1 776,0 manata, Yasamal rayonu üzrə 1 500,0 manatdan 1 610,0 manata yüksəlmişdir.
Monitorinqin nəticələri ilə aşağıda qeydə olunmuş cədvəl vasitəsilə tanış ola bilərsiniz.
Paytaxtda ən çox bu mənzillər bahalaşıb ƏRAZİLƏR-QİYMƏTLƏR



Xatırladaq ki, “VECON CONSULTING” qiymətləndirmə şirkəti 2010-cu ildən fəaliyyət göstərir. Şirkət Bakı şəhərində və Azərbaycan Respublikasının rayonlarında minlərlə daşınmaz əmlak obyekti, avadanlıq, texnika və nəqliyyat vasitələri, habelə, hava və su nəqliyyat nümunələri beynəlxalq standartlara tam uyğun şəkildə qiymətləndirilməsi üzrə ixtisaslaşıb.

Şirkət tanınmış “JSC International Valuation Centre” qiymətləndirmə şirkətinin partnyorudur. Şirkətimiz Maliyyə Bazarlarına Nəzarət Palatasının, Aqrar Kredit və İnkişaf Agentliyinin, eləcə də Azərbaycan Respublikası Kredit Zəmanəti və İpoteka Fondunun müvəkkil təşkilatıdır. “VECON CONSULTING” MMC Azərbaycan Milli Sahibkarlar Konfederasiyasının və Azərbayacan Qiymətləndiricilər Cəmiyyətinin kollektiv üzvüdür.

Şirkətin təsisçisi və direktoru Vüqar Oruc isə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr müavini, tanınmış iqtisadçı ekspertdir.//fed.az

Son xəbərlər

Azərbaycan XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalında təmsil olunur

Kurtun ölümündə istifadə olunan silah məhv edildi

Şamaxıda “Niva” dərəyə aşıb, iki nəfər ölüb - YENİLƏNİB

Zeynəb Cəmaləddin : BİR OCAQ QURACAQSAN - FOTO

Məşhur aktyor "A.B.İ"də - FOTO

Portuqaliyada üzü tam qapayan geyimlər qadağan edildi

Azərbaycan güləşçisi ardıcıl 2-ci dəfə dünya çempionu olub

Sevinc Yunuslu : Uzağı şeir yazmağı tərgidərəm sənə görə.. - FOTO

"Sahipsizler"dən sonra bu seriala çəkiləcək - FOTO

Bakıya gələnlərə paylanan bağlamaları qəbul edənlər saxlanılır

Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı və... - DƏHŞƏTLİ FACİƏ

Uşaqları olacağı xəbərini belə elan etdi - FOTO

Qobustan rayonu Ərəbşalbaş kəndində yeni çəkilmiş daxili yollara baxış keçirmişdir - FOTOLAR

Şəki Xan sarayı haqqında düşüncələrim

İraq neftin Hörmüz vasitəsilə ixracı üçün İrandan xüsusi şərtlər təqdim etməsini xahiş edib

XİN: Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstək göstərməyə davam edir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var

Husilər 50-yə yaxın gəminin Səudiyyə Ərəbistanına giriş-çıxışının qarşısını alıb

Bakıda və rayonlarda külək güclənəcək

Kiperpolis onlayn kazino şəbəkəsinin rəhbərini Gürcüstanda saxlayaraq Azərbaycana gətirib

Mədəniyyət Nazirliyinə Aparat rəhbəri təyin olunub

Sabah bəzi rayonlarda leysan olacaq

Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycan səfiri etimadnaməsini Tokayevə təqdim etdi

Masazırda kişi qətlə yetirildi - 43 yaşlı arvadı saxlanıldı

Rusiyada yüzlərlə ticarət mərkəzi bağlanacaq: Azərbaycanlıları nə gözləyir?

Rusiya və Ukrayna "103-ün 103-ə" formulu ilə hərbi əsirlərin mübadiləsini həyata keçirib

Həkimin məsuliyyəti hansı hallarda yaranır? – Ali Məhkəmədən mühüm açıqlama

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31