Sənədsiz ev sahiblərinin nəzərinə: Hansı evlərin söküləcəyi AÇIQLANDI
Bakıda vətəndaşların neçə illərdir əziyyət çəkdiyi məsələlərdən biri qanunsuz tikilən evlərin sənədləşməsi ilə bağlıdır.
Uzun illər davam edən bu problemlə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov Redaktor.az-a açıqlama verib.
Millət vəkilinin sözlərinə görə, bəzi evlər var ki, onlara sənəd verilməyəcək:


"Sənədsiz evlərlə əlaqədar məsələ dəfələrlə qaldırılıb, Milli Məclisdə biz toxunmuşuq, mətbuatda mütəmadi işlənilir. Bununla əlaqədar dövlət başçısının sərəncamı, göstərişi olub. Amma mən maraqlanmışam, bu sahədə kifayət qədər işlər görülüb. Belə məlumatlar var ki, o insanların ki, evləri hansısa elektrik naqillərinin altındadır, qaz və ya neft boru kəmərinin üzərində, yaxınlığındadır, onlara yəqin ki, sənəd verilməyəcək, onlar söküləcək. Amma qalanlarının sənədləri veriləcək. Hal-hazırda bu barədə bizdə müəyyən məlumatlar var. Mənə elə gəlir ki, bu ilin axırına bu məsələ öz həllini tapacaq. Çünki bu məsələyə məsul olan dövlət orqanları bu iş üzərində dövlət başçısının göstərişinə uyğun olaraq işləyirlər. Yəni faktiki olaraq məsələlər öz həllini tapacaq. Amma müəyyən qədər vaxt lazımdır. Çünki sənədləşmə prosesində araşdırırlar ki, hansılara veriləcək, hansılara verilməyəcək”.

Millət vəkilinin sözlərinə görə, hazırda sənədsiz evlərlə bağlı Bakı Şəhər İcra Hakimiyyətində xüsusi komissiya işləyir.

"İndi Dövlət Əmlak Məsələləri Xidmətində də bu işlə məşğuldurlar. Yəni sənədlər nədi, nə deyil, onlar hamısını qanuna uyğun olaraq tələb edirlər. Amma sənədləşdirmədən imtina da ola bilər. Bunlar o evlərdir ki, boruların, qaz kəmərlərinin üstündə, elektrik naqillərinin altında, dəmir yolunun yaxınlığında ola bilər və s. Belə evlər də kifayət qədərdir”, - deyə Vahid Əhmədov bildirdi.

Son xəbərlər

Yolun açıq, bəxtin gözəl, gələcəyin işıqlı olsun, AYSELimiz!

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

Rusiya Ukraynanın Moldova ilə sərhədində keçid məntəqəsinə hücum edib

Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

“Sabah” ÇL-də həlledici oyuna çıxır

Bu şəhərdə 1 avroya evlər satılır - Fotolar

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

“İnsanlar yox olurlar” - İlon Mask

Bu tarixdə boş qalan plan yerlərinə qəbul aparılacaq

15 yaşlı azərbaycanlı göldə boğulub öldü

Bakıya 600 israilli gələcək - SƏBƏB

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

SÖZÜN İŞIĞINDA YAŞAYAN ŞAİR

İlqar Həsənov – sözün də, dostluğun da baməzə adamı

DSK-da kadr dəyişikliyi - Bu vəzifə ləğv edildi

Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı

Lilpar Cəmşidqızı : QƏZƏL

Novruzəli Aslanov: “Daşkənddə imzalanan sənədlər Azərbaycan-Özbəkistan əməkdaşlığının hüquqi bazasını genişləndirir”

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb

Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31