Bu evlər söküləcək, yoxsa sənəd veriləcək?
Ekspert deyir ki, qanunsuz tikili və sənədsiz evlər probleminin birdən-birə, yaxud cəmi bir-iki il ərzində həllini tapacağını iddia etmək çətindir. Yəqin ki, problemə mərhələ-mərhələ əncam çəkiləcək.

Azərbaycanda sənədsiz evlər, qanunsuz tikililər uzun illərdir əsas problemlərdən biri kimi diqqət çəkir. Zaman-zaman müvafiq dövlət qurumları bu barədə həyəcan təbili çalıb, ölkədə yüz minlərlə qanunsuz tikilinin statistik göstəricisini açıqlayıb. Həmin tikililərin böyük əksəriyyətinin paytaxt Bakıda olması ictimaiyyətə bildirilib. Qeyd olunub ki, müvafiq qurumlar tərəfindən belə hallara qarşı daim mübarizə aparılır, qanunun tələbini pozan, qanunsuz tikinti işi aparanlar məsuliyyətə cəlb olunur, cəzalandırılır. Bütün bunlara rəğmən, ölkədə qanunsuz tikili, sənədsiz evlər problemi hələ də həllini tapmayıb.

Mövzu ilə bağlı Kaspi qəzetinin yazısını təqdim edirik:

Obyektiv və subyektiv səbəblər


Bir müddət bundan öncə Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu məsələyə yenidən diqqət çəkib. O, jurnalistlərə açıqlamasında deyib ki, rəhbərlik etdiyi dövlət qurumu ölkədə qanunsuz tikililərin qarşısının alınması ilə bağlı tədbirləri davam etdirir. Nazir söyləyib ki, bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, həmçinin rayon icra hakimiyyətlərinin tərkibində olan komissiya ilə birlikdə nəzarət tədbirləri gücləndirilib. Qanunsuz tikililərlə bağlı obyektiv və subyektiv səbəblərin mövcudluğuna diqqət çəkən K.Heydərov Azərbaycanda bir neçə ilə qanunsuz tikili olmayacağını vurğulayıb. O, qanunsuz tikililərin insan həyatı üçün təhlükəli olduğunu, belə tikililərin dövlət tərəfindən qəbul edilməyəcəyini bir daha bəyan edib.

Problem mərhələ-mərhələ həllini tapacaq

Maraqlıdır, yaxın bir neçə ildə ölkənin qanunsuz tikili problemi birdəfəlik necə tənzimlənəcək? Ümumiyyətlə, bu problem nədən yaranır? Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə açıqlayan əmlak eksperti Nüsrət İbrahimli qanunsuz və sənədsiz tikili probleminin nə vaxtsa öz həllini tapacağına əminlik ifadə edib. Deyib ki, tikinti işi görən, sənədsiz evdə yaşayan vətəndaşın əlində hüquqi baxımdan hər hansı bir sənədin olması gələcəkdə kifayət edəcək ki, mövcud problem mərhələ-mərhələ həllini tapsın: "Azərbaycandakı qanunsuz tikili və sənədsiz evlər probleminin birdən-birə, yaxud cəmi bir-iki il ərzində həllini tapacağını söyləmək inandırıcı deyil. İllərdir mövcud olan və hər il artan bir problemin qısa müddətdə həllini tapması qeyri-mümkündür. Yəqin ki, mərhələ-mərhələ problemə əncam çəkilər, bu, belə qalmaz. Belə problemlərin meydana çıxmasında vətəndaşlarla yanaşı, müvafiq dövlət qurumlarının da məsuliyyəti var. Vətəndaş özünün mənzil problemini həll edə bilmək üçün daha ucuz varianta əl atır. O, ilk növbədə ucuz, hər hansı sənədi olmayan torpaq alır, ardınca orada ev tikib mənzil qayğısını həll etməyə, yaşamağa çalışır. Bunun üçün vətəndaş gizlin şəkildə, yaxud kimlərləsə sövdələşməyə girərək heç bir sənədləşmə işi aparmadan tikinti işi aparır. Halbuki bu prosesə nəzarət edən aidiyyəti dövlət qurumları var, onlar nəzarət etməlidirlər ki, belə bir iş görülməsin”.

İnzibati nəzarəti gücləndirmək

Ekspert vurğulayıb ki, bu kimi halların baş verməməsi üçün inzibati tədbirlərdən əlavə olaraq, digər addımlar da atılmalıdır: "Misal üçün, dövlət elə siyasət həyata keçirməlidir ki, mənzillər bütün vətəndaşlar üçün əlçatan olsun, ucuz mənzillərin tikintisi kütləvi xarakter alsın. Nəticə etibarilə də vətəndaşlar müəyyən yumşaq kredit şərtləri ilə belə mənzilləri ala, mənzil problemlərini bu yolla həll edə bilsinlər. Siyasət bu istiqamətdə qurulmalıdır. Düzdür, Mənzil İnşaat Dövlət Agentliyi bu istiqamətdə fəaliyyət göstərir, lakin onun fəaliyyət həcmi kifayət qədər geniş deyil, bazarın tələbini hələlik ödəmir. Ümid edək ki, yaxın bir-iki ildə bu tələbat ödənər və vətəndaşların mənzil problemi həllini tapar. Ümumilikdə, qanunsuz tikililər, sənədsiz evlər probleminin iki həll yolu var. Birincisi, inzibati nəzarəti gücləndirmək, ikincisi vətəndaşların alıcılıq qabiliyyətinə uyğun mənzillər tikib bazara təklif etmək”.

Hərtərəfli yanaşma ortaya qoymalıyıq

N.İbrahimli söyləyib ki, problemin daha dərin kökü məşğulluğun aşağı olmasındadır: "İnsanlar məşğulluqla tam təmin olunmalıdır. Günün tələbinə uyğun real əməkhaqqı, gəliri olmalıdır vətəndaşın. Bu iki qayğı həll olunduqdan sonra növbəti mərhələ mənzil şəraitinin yaxşılaşdırılması olacaq. Məşğulluğu təmin edilən, real gəliri olan vətəndaş mənzil problemini də normal qaydada həll edə biləcək. Müvafiq kredit təşkilatları da bazarla sıx işləməyi bacarmalı, bazarın tələbinə uyğun siyasət yürütməlidirlər. Təəssüf ki, bu istiqamətdə vəziyyət heç də yaxşı deyil. Göründüyü kimi, bütün məsələlər bir-biri ilə zəncirvari bağlılıq təşkil edir. Əgər bir problemin həllini doğrudan da istəyiriksə, ona hərtərəfli yanaşma ortaya qoymalıyıq. Sadəcə qanunvericiliyi, o cümlədən Cinayət Məcəlləsini əsas götürüb inzibati yollarla problemin həllinə çalışsaq, bu, müsbət nəticə verməyəcək”.

Özbaşına tikintiyə görə cəza

Xatırladaq ki, Cinayət Məcəlləsinin "İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər” adlı XXV fəslinin 222-ci Maddəsində özbaşına tikinti işləri aparan şəxslərə qarşı tətbiq edilən cəza tədbirləri əks olunub. Qanunun 222-1.1. bəndində göstərilib ki, qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına bina və qurğular tikən şəxs iki ilədək müddətə islah işləri, iki ilədək müddətə azadlığın məhdudlaşdırılması, yaxud bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bundan başqa, (Maddə 222-3.) qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti, yenidən planlaşdırma, yenidənqurma və mövcud tikililərin konstruksiyalarında dəyişiklik aparılması işlərinin dayandırılması barədə müvafiq dövlət orqanlarının qərarlarını qərəzli olaraq icra etməyən şəxs iki ilədək müddətə islah işləri, üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır.

Son xəbərlər

Husilər 50-yə yaxın gəminin Səudiyyə Ərəbistanına giriş-çıxışının qarşısını alıb

Bakıda və rayonlarda külək güclənəcək

Kiperpolis onlayn kazino şəbəkəsinin rəhbərini Gürcüstanda saxlayaraq Azərbaycana gətirib

Mədəniyyət Nazirliyinə Aparat rəhbəri təyin olunub

Sabah bəzi rayonlarda leysan olacaq

Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycan səfiri etimadnaməsini Tokayevə təqdim etdi

Masazırda kişi qətlə yetirildi - 43 yaşlı arvadı saxlanıldı

Rusiyada yüzlərlə ticarət mərkəzi bağlanacaq: Azərbaycanlıları nə gözləyir?

Rusiya və Ukrayna "103-ün 103-ə" formulu ilə hərbi əsirlərin mübadiləsini həyata keçirib

Həkimin məsuliyyəti hansı hallarda yaranır? – Ali Məhkəmədən mühüm açıqlama

NİFTALI RZAYEV – ÖMRÜN YETMİŞİNDƏN BOYLANAN İNSANLIQ

Milli Məclisin deputatları Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər

Məşhur müğənnilərin yeni albomları yolda qəzaların sayını artırırmış - Alimlər maraqlı əlaqə aşkarladılar

Daha 5 itkin-şəhid dəfn olunacaq - Siyahı

“Hörümçək Adam” daha bir rekorda imza atdı

17 il sonra ekranlara qayıdır - Rekord qonorar alacaq

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşır

UEFA Çempionlar Liqası: "Sabah" Buxarestdə "Hapoel"lə qarşılaşacaq

O, NECƏ XATIRLANIR? (Səmimi sətirlər çələngi)

"Rufo Gəncinski"yə qarşı sui-qəsd cəhdi oldu - Killerin silahı...

19 yaşlı Zeynəbin qətlinin təfərrüatı

Motsartı kim öldürdü? - 35 yaşlı dahinin müəmmalı ölümü və şübhəli dost

Afiq Göyçəli : „Cavan nəsilə yer verməyənlərə“

Zaxarova Bakının axtarışa verdiyi rusiyalı jurnalistlərdən danışdı

ÇL: “Fənərbaxça” İstanbulda “Lion”a məğlub olub

Ən zərərli meyvə və giləmeyvələrin adları - Açıqlandı

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31