Azərbaycandakı İran bankının zərəri 35 milyon manatı ötdü - Müştərilər vəsaitlərini götürdü

Azərbaycanda fəaliyyət göstərən 7 xarici bankdan biri olan "Bank Melli İran” Bakı filialının aktivinin həcmi son illərin ən aşağı səviyyəsinə düşüb.

Sfera.az bankın açıqladığı məlumatlara istinadən bildirir ki, bu ilin oktyabrın 1-də bankın aktivlərinin dəyəri 86,5 milyon manat olmaqla ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 milyon manat, yəni 7,7 faiz azalıb. 2020-ci ilin oktabrın əvvəlində İran bankının 93,7 milyon manat aktivi var idi.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin oktyabrın əvvəllində bankın aktivləri 110,4 milyon manat olmaqla hazırkı həcmdən 24 milyon manat çox olub.
2018-ci illə müqayisədə bankın aktivlərinin azalmasına nağd pul vəsaitlərinin 6,6 milyon manat, qiymətli kağızlara investisiyaların 4,8 milyon manat, maliyyə institutlarından alınacaq vəsaitlərin 2,5 milyon manat, digər aktivlərin 16 milyon manat azalması təsir edib.

Bank kredit qoyuluşunu bir il ərzində 4,4 milyon manat, 2018-ci ildən bəri isə 6,2 milyon manat artırıb.

Bankın aktivləri ilə bərabər öhdəlikləri də azalıb. Son bir ildə öhdəliklərdə azalma 8 milyon manatdan çox olub.

Bankın nizamnamə kapitalı isə 73,6 milyon manatdır. Amma yığılmış zərərin artması məcmu kapitalın nizamnamə kapitalından xeyli az olmasına səbəb olub. Belə ki, bankın yığılmış zərəri 2018-ci ildəki 20,5 milyon manatdan bu ilin oktyabrın 1-də 35,3 milyon manata qədər yüksəlib. Zərərlə əlaqədar bakın cəmi kapitalı 38,3 milyon manata düşüb. 2018-ci ildə bankın məcmu kapitalı 53,15 milyon manat idi.

Bu il bankda müştəri hesabları 871 min manat azalaraq 9,83 milyon manata geriləyib.

"Bank Melli İran”ın Bakı filialının gəlirləri ilk 9 ayda 3,3 milyon manat təşkil edib.

Son xəbərlər

Dieqo Rosa “Qarabağ”da

İşlədiyi xəstəxanadan külli miqdarda dərman oğurlayıb satdı - “Borcum var idi”

İranın Ali Lideri müsəlman ölkələri birliyə çağırdı

Argentina millisinin ulduzu "Çelsi"də

Köpəyə oxşayır, yarasa kimi uçur: dünyanın ən qəribə məməlisi gündəmdədir

Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər

Qarabağda 4010 azərbaycanlı itkin düşüb - Onların 782-si mülki şəxslərdir

Azərbaycan kinosu nə vaxt cavanlaşacaq?

Faktiki hava açıqlandı

Filippində musson yağışları daşqına səbəb oldu - Bir ayda 32 nəfər öldü

İntuisiyanız bu gün olduqca güclü olacaq - BÜRCLƏR

“Həmin saytın fəaliyyəti qanunsuzdur” - MEDİA-dan xəbərdarlıq

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad etdi

"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO

Bu gün Türkiyədə Zəfər Bayramıdır

Şəhid Mixail Həmidovun ailəsində bu il ikiqat sevinc yaşanıb.

Məmməd Qədir : Əfvim nəvələrdədir - FOTO

Bibixanım İSAYEVA : "Qan yaddaşının qəhrəmanı" İnsanlığa sevgi ünvanı

Könül Kərimovanın qızı boşandı

Vətən Müharibəsi əlilinin ailəsinə başsağlığı verilib - FOTOLAR

ADİL ƏLİYEV — SURAXANININ YENİLƏNƏN SİMASINDA ƏMƏYİ GÖRÜNƏN RƏHBƏR

Məşhur aktyor "Daha 17"də - FOTO

XOSROV CƏFƏROV HAQQ DÜNYASINA QOVUŞDU

Bu ölkə ayıları kütləvi şəkildə məhv edir: 14 mindən çoxu öldürülüb

Sənubər Səhər : İnsan zəkasının dühalıq zirvəsi realdırmı?

“Bir daha evlənmərəm” desə də, onunla ailə qurdu - Fotolar

Gömrükçülər "Qırmızı Körpü"də külli miqdarda dərman preparatları aşkarladılar

Azərbaycanda ovuc içi ilə ödəniş tətbiq edildi

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31