SOCAR qazancını artırmağa nail olub - AÇIQLAMA

Azərbaycan nefti üçün bizim hədəf bazarımızı əsasən Aralıq dənizi hövzəsi təşkil edir. Lakin, pandemiya dövründə Aralıq dənizi hövzəsində məhsula tələbat azaldığından Azərbaycan nefti Asiya, xüsusilə Uzaq Şərqi Asiya, Cənub-Şərqi Asiya ölkələrinə də nəql olunurdu”.

Bunu Oxu.Az-a açıqlamasında Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirib ki, bunun nəticəsində SOCAR müəyyən dərəcədə itkilərini azaltmağa və ölkə üçün qazancını artırmağa nail olub:

“Bütün bunlar gündəlik verilən qərarlar əsasında baş tutur. SOCAR Trading hər il yüzlərlə istiqamətdə neft və neft məhsullarının nəqlini və satışını həyata keçirir. Təkcə Azərbaycanın deyil, üçüncü tərəflərin də neft məhsullarını alaraq müxtəlif qitələrdəki ölkələrə nəql edir. Bunlar əsasən spot (birdəfəlik) və qısa müddət üçün qərarlaşdırılan satışlardır. Lakin, bəzi hallarda SOCAR Trading həm də tenderlərdə iştirak edir. Bununla yanaşı uzunmüddətli müqavilələr də bağlanır”.

İbrahim Əhmədov əlavə edib ki, hazırda Belarusa neftin çatdırılması ilə bağlı bir illik müqavilə imzalanıb. Bunlar da birdəfəlik (spot) satışları əhatə edir və daha əvvəl isə bir il ərzində Belarusa təxminən bir milyon tona yaxın neft satılıb.

O qeyd edib ki, uzunmüddətli müqavilələrin olub-olmaması şirkətin biznes effektivliyinin göstəricisi yaxud bunun əksinin ifadə etmir:

“Həm spot şərtlər, həm də uzunmüddətli şərtlər əsasında satışlar baş tuta bilər. Hər ikisinin özünəməxsus üstünlükləri mövcuddur. Burada kommersiya baxımından fərq o qədər də böyük deyil. Bütün hallarda demək olar ki, bizim satış bazarımız mövcuddur”.

Son xəbərlər

Quba-Xəzəryanı neft-qaz regionunda geofiziki məlumatların toplanması payızda başa çatacaq

İran Prezidentinin qızı Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

SEPAH: İran və Oman Hörmüzdə gəlirlərin bölüşdürülməsi barədə razılığa gəliblər

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib

Pakistanda xəstəxanada yanğın olub, azı 15 körpə ölüb

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ötən ili mənfəətlə başa vurub

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür

Məşhur amerikalı müğənni Dolli Parton dünyasını dəyişib

Bu gün Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəldəcəyini deyib, dələduzluq edirmiş

610 bal topladı, universitetə qəbul olmadı

“Dünyanın ən xoşbəxt baş məşqçisiyəm” - Dambrauskas

"Sabah"a məğlub olan İsrail klubunun baş məşqçisindən AÇIQLAMA

Bakıya təcili eniş üçün icazə istədilər

İNSANIN YAXŞILIĞA ÇEVRİLƏN İZİ

XEYİRXAHLIĞIN İŞIĞI

“Gönül Dağı” serialında böyük dəyişiklik

Birinci vitse-prezidenti təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31