Azərbaycanda yollardakı parkinq xaosu Küçələrin əksəriyyətində yaranan tıxacların səbəbi avtomobillərin düzgün park edilməməsidir. Məhz bu kimi səbəblərə görə nəqliyyat vasitələrinin idarəsi günbəgün çətinləşir.
Turaztv.az Sonxeber.az-a istinadən xəbər verir ki, avtomobilini harada gəldi saxlayıb gedənlər arxayındırlar ki, sonra maşını yerində tapacaqlar. Qaydanı pozan bu qədər sürücünün olması isə onu deməyə əsas verir ki, kifayət qədər tədbir görülmür.

ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Nəqliyyatın hərəkəti ilə bağlı yaşanan problemlər artıq bütün hədləri aşıb. Paytaxtda kameraların quraşdırılmasından sonra bu məsələ qismən həllini tapsa da, bölgələrdə vəziyyət dəyişməz olaraq qalır. Məsələn, Şəkidə apardığımız çəkiliş zamanı bir neçə sırada avtomobil park edənlərə, hətta yolun düz ortasında, avtobus dayanacağında, səkidə maşın saxlayanlara rast gəldik.

Qadağa nişanlarına baxmayaraq, yolun həm sağında, həm də solunda avtomobillər cərgə ilə qanunsuz park edilir. Taksi sürücüləri isə çox arxayın formada bütün avtobus dayanacaqlarını zəbt edib, qaydaları pozduqlarının fərqində belə deyillər.

Yolların kənarı qanunsuz park edilmiş avtomobillərlə dolu olduğu üçün bəzi sürücülər nəqliyyat vasitəsini elə birbaşa səkiyə qaldırır. Nəticədə əziyyət çəkənlər yenə də vətəndaşlar olur. Yollardakı bu xaosu nizama salmaq cəhdləri isə gözə dəymir.

Məsələ ilə bağlı fikirlərini bölüşən ekspertlər problemin əsas səbəbini bəzi sürücülərin öz məsuliyyətini kifayət qədər dərk etməmələri ilə əlaqələndirirlər. Onların qayda pozuntularına göz yumulması, cərimələrin tətbiq olunmaması isə vəziyyəti daha da qəlizləşdirir.

"Yol hərəkəti haqqında" qanuna görə, sükan arxasına əyləşmiş şəxs, ilk növbədə, qaydalara tam və düzgün riayət etməlidir. Xüsusən, turizm zonalarında yolların rahatlığı ilə yanaşı, bu yollarda nizamlı hərəkətin təşkili də əsas şərtdir. Nəzərə alsaq ki, qədim şəhər olan Şəkidə şəhərdaxili küçələr kifayət qədər ensizdir, üstəlik bu ensiz küçələrdə qanunsuz park edilən maşınlar daha xoaşagəlməz vəziyyəti ortaya çıxarır. Qaydalar çərçivəsində hərəkət edən sürücülər və piyadalar isə hər gün buna görə çətinliklər yaşamalı olurlar.

Son xəbərlər

Ağ Evin mətbuat katibi vəzifəsindən gedir

PSJ ardıcıl 2-ci dəfə UEFA Superkubokunun qalibi oldu

"Dicle" bu futbolçu ilə eşq yaşayır - FOTO

Süni intellektlə yaradılan ifaçılar xüsusi nişanla işarələnəcək

İkinci dəfə ata olacaq - Fotolar

AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Fotolar

Qəlbimizə hakimliyi bacarırıqmı?

Bu ilin ikinci Günəş tutulması başa çatıb YENİLƏNİB

Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...

Axşam bu qidalardan istifadə edənlərin diqqətinə: İnsult riskini artırır

Öz şərəfinə adlandırılan küçədən paylaşım etdi - Fotolar

General-Polkovnik Vaqif Axundov – Dövlətçiliyə Sədaqətin və Şərəfli Xidmətin Ömür Yolu

DƏYİŞƏN ŞƏHƏRLƏRİN YADDAŞINDA QALAN İZLƏR

“Putin seçkidən sonra yüz minlərlə adamı cəbhəyə aparacaq” - Zelenski

Kobaxidze Azərbaycan Prezidentinin Naxçıvanda verdiyi mesajlara münasibət bildirib

Naxçıvan sosial-iqtisadi inkişafın yeni mərhələsindədir - TƏHLİL

Türkiyədə F-16 qırıcısı qəzaya uğrayıb, pilot katapult edib

Gürcüstan mediası İlham Əliyevin enerji dəhlizləri və ixracına dair açıqlamalarını geniş işıqlandırıb

Səfir: Azərbaycan minalardan təmizləmə sahəsində ABŞ ilə əməkdaşlığa maraq göstərir

Bakı metrosunda dəyişikliklər dərslərin başlanma saatlarına təsir edəcək?

Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar

MÜŞVİQ RƏFAELOĞLUNUN YARADICILIĞI HAQQINDA... -FOTO

Sabah 37 dərəcə isti olacaq

Bənizin keçmiş ərinin İstanbulda cəsədi tapıldı - Foto

Arzu Yaqub qızı : Şəhidlik yaşamaqdı - FOTO

Blokadadan qlobal logistika mərkəzinə - Naxçıvanın geosiyasi çəkisi artır - ŞƏRH

Azərbaycanın İsveçdəki səfiri dəyişdirilib

Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31