Belə getsə, hər 10 nəfərdən biri gürcü maşını sürəcək - AÇIQLAMA


Ölkəmizə idxal olunan avtomobillər üçün idaxal gömrük ödənişlərinin (ƏDV, aksiz vergisi, gömrük rüsumu) çox yüksək olması barədə məsələ yenidən müzakirə predmeti olub.

Buta.media xəbər verir ki, yaranmış durumu və narazılıqları nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşaad Hüseynov şərh edib.

O, bildirib ki, təxminən 4 ay əvvəl bunu əsaslandırmaq üçün 2 iqtisadi səbəb vurğulanırdı: Dövlət büdcəsinə əlavə vəsaitin daxil olması və yerli avtomobil istehsalının stimullaşdırılması...

Hüquqşünas hesab edir ki, hər iki arqument yanlışdır: "Birincisi, ona görə ki, ödənişlər aşağı (əlçatan) olanda ölkəyə gətirilən avtomobillərin sayı çox idi. İndi bu say kəskin azalacaq. Nəticədə büdcə əslində itirəcək.

Sadə misal: tutaq ki, əvvəl 1000 avtomobil gətirilmişdi və hər birinə görə ortalama 5000 manat gömrük ödənişləri edilmişdi. Bu halda büdcəyə 5 milyon manat daxil olmuşdu. İndi 500 avtomobil gətiriləcək və hər avtomobil üçün artımdan sonra ortalama 8000 manat ödəniləcək. Cəmdə büdcəyə 4 milyon manat və ya 1 milyon az vəsait daxil olacaq".

Ə. Hüseynov ikinci arqumenti də yetərli hesab etmir. Bildirir ki, yerli istehsal dediyimiz əslində hazır detallardan yığımdır və say çox məhduddur:

"Ən başlıcası isə bu avtomobillər populyar deyil. Orta statistik Azərbaycan avtomobil həvəskarı ölkədə hazırda yığılan təzə avtomobilə yox, 10 il bundan əvvəl istehsal edilmiş məşhur markalara üstünlük verir. Həm də axı indi ölkəmizdə yığılan avtomobil də ucuz deyil".

Ə. Hüseynov düşünür ki, avtomobil idxalı üçün ödənişlərin ciddi artırılmasının səbəbi ölkəmizə avtomobilləşmə prosesini ləngitməkdir:

"Bəli, avtomobilləşmənin sürətlənməsindən qorxanlar çoxdur. Bu qərarı qəbul edənlər düşünürlər ki, ölkəyə gətirilən avtomobillərin sayı ciddi artsa, küçə və yollarımız bu yükə dözməyəcək.

Amma maraqlıdır ki, insanlar "alternativ" üsullar tapırlar. Məsələn, yollarımızda Gürcüstən dövlət qeydiyyatlı avtomobillərin, avtobusların sayı sürətlə artır. Belə getsə, hər 10 nəfərdən biri gürcü avtomobili sürəcək"

Son xəbərlər

Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib

Romada İsrail-Livan görüşü – "Hizbullah" da HƏMAS-ın aqibətini yaşayacaq - ŞƏRH

Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Paşinyanın Rusiyaya qarşı yeni strategiyası: Kremlin ölkədəki təsir mexanizmləri hədəfə alınır - ŞƏRH

"SƏHƏR" QƏZETİNİN 37 YAŞI OLDU

Culfaya yeni icra başçısı təyin edilib

Əcnəbilərin və onları qəbul edən vətəndaşların NƏZƏRİNƏ - Qeydiyyat tələbi

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Qobustan şəhərindən şəhid Sərxan Hacıyevin anası Humay Ananın doğum günüdür - FOTO

"Milli Qəhrəman Vüqar" - Yeni kitabın təqdimatı

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı

MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Oman sahillərində yük gəmisi vuruldu

Bakının bir sıra yollarında tıxac yaranıb

Venesuelada zəlzələ qurbanlarının sayı 6 mini ötdü

Vaqif Vüqar : KƏND ADAMI - FOTO

“İkinci Yer”in izləri tapıldı

Bu il Günəş son dəfə tutulacaq

15 yaşlı Həsənin də meyiti tapıldı - Yenilənib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31