Vaqif Əsədov: “Sərnişinlərin daşınması zamanı avtobuslara normadan artıq sərnişin götürmək olmaz”


Nazirlər Kabineti yanında operativ qərargahın mövcud vəziyyətlə əlaqədar verdiyi qərara əsasən, sərnişin sıxlığının qarşısının alınması istiqamətində aparılan tədbirlər davam etdirilir.

Bu barədə Oxu.Az-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞBPİ DYP) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O bildirib ki, sərnişin sıxlığı, eləcə də şəxsi nəqliyyat vasitələrinin çoxluğu avtomobil yollarında zolaqlar üzrə sıx cərgələnmə ehtimal yarada bilər ki, bu da ümumilikdə nəqliyyat vasitələrinin hərəkətinə çətinlik yaranması riskini artırır:

“Odur ki, sərnişin daşıma ilə məşğul olan hüquqi və fiziki şəxslərə, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan şirkətlərə bildiriş edib. Sərnişin daşıma fəaliyyəti ilə məşğul olan şəxslərin reys qabağı nəqliyyat vasitələrinin dezinfeksiya edilməsinə xüsusi diqqət ayırması bildirilir. Eyni zamanda marşrut üzrə normadan artıq nəqliyyat vasitələrinin sayca çoxluğunu təmin etməlidirlər. Eləcə də sərnişinlərin daşınması zamanı normadan artıq sərnişin götürülməsinə qarşı nəzarət gücləndirilməlidir. Hər şey Vətən üçün devizi altında, hər bir hərəkət iştirakçısı öz üzərinə düşən məsuliyyəti dərk etməlidir.

Sərnişinlər özü də avtobuslarda normadan artıq sərnişin gördükdə həmin avtobusa minməyib, növbəti avtobusu gözləməlidirlər. Bununla onlar həm öz, həm də ətrafdakı insanların (sərnişinlərin) sağlamlığını qorumuş olacaqlar”.

V.Əsədov taksi fəaliyyəti ilə məşğul olan sürücülərə də təmsil etdiyi qurum adından bildiriş ünvanlayıb:

“Avtomobillərin mütləq qaydada dezinfeksiya edilməsi, şəffaf arakəsmələrin qoyulması, qoruyucu vasitələrdən istifadə etmək və sərnişinlərin də istifadə etməsini tələb etmək şərtdir”.

Dayanma-durma qaydalarına düzgün riayət olunmamasının yolda nəqliyyatın hərəkətində süni sıxlıq yaratmasına da toxunan V.Əsədov bildirib ki, bunun qarşısının alınması məqsədilə “Yol Hərəkəti Haqqında” Qanunun tələblərinə əməl edilməlidir.

“Bu istiqamətdə profilaktiki tədbirlər aparılır. Unutmayaq ki, bu gün hər bir hərəkət iştirakçısı arxa cəbhədə əsgər hesab olunmalıdır. Biz də bunu daim xatırlamalı və hər şeyin Vətən üçün, cəbhə üçün olduğunu bilməliyik. Qaydalara riayət olunması yol hərəkətində təhlükəsizliyin təmin olunması istiqamətində görülən işlərə dəstəkdir”,- deyə o, qeyd edib.

Son xəbərlər

Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına qızıl mədənindəki faciəyə görə başsağlığı verib

44 il sonra evlənəcəklər - Fotolar

Yeni filmə görə 100 milyon qazanacaq

Britaniyaya qayıdırlar

Rusiyanın Kiyevə hücumu zamanı ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB

DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib

UEFA Konfrans Liqası: "Qarabağ" bu gün Niderlandda "Tvente" ilə qarşılaşacaq

Bu gün Yevlax, Tərtər, Ağdaş, Göyçay, habelə Yasamalın bir sıra ərazilərində işıq olmayacaq

Anar Nəcəfli vəzifəsindən azad olundu

İtkin düşən tiktokerin üzümlükdə meyiti tapıldı

Helikopter qəzasından sağ çıxan olmadı

55 il öyrətdi, bu dəfə kövrəltdi... - Allahverdi müəllimin son arzusu

Rəşad Məcid – Azərbaycan mətbuatının və ədəbi mühitinin nüfuzlu siması

Tramp: İrana qarşı daha sərt sanksiyalar tətbiq oluna bilər

Azərbaycan XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalında təmsil olunur

Kurtun ölümündə istifadə olunan silah məhv edildi

Şamaxıda “Niva” dərəyə aşıb, iki nəfər ölüb - YENİLƏNİB

Zeynəb Cəmaləddin : BİR OCAQ QURACAQSAN - FOTO

Məşhur aktyor "A.B.İ"də - FOTO

Portuqaliyada üzü tam qapayan geyimlər qadağan edildi

Azərbaycan güləşçisi ardıcıl 2-ci dəfə dünya çempionu olub

Sevinc Yunuslu : Uzağı şeir yazmağı tərgidərəm sənə görə.. - FOTO

"Sahipsizler"dən sonra bu seriala çəkiləcək - FOTO

Bakıya gələnlərə paylanan bağlamaları qəbul edənlər saxlanılır

Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı və... - DƏHŞƏTLİ FACİƏ

Uşaqları olacağı xəbərini belə elan etdi - FOTO

Qobustan rayonu Ərəbşalbaş kəndində yeni çəkilmiş daxili yollara baxış keçirmişdir - FOTOLAR

Şəki Xan sarayı haqqında düşüncələrim

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31