Xəbərlər
7.09.2026, 12:52
ŞEİR OĞRULARINA
Yusif Nəğməkar
Qoyun oğrusu var, it oğrusu var,
Nəblim, uzunqulaq, at oğrusu var...
Ağlıma gəlməzdi ancaq doğrusu,
Fikir dilənçisi, şeir oğrusu...
Axı bu qalanı kimlərsə hörüb...
Üzrxahlıq edək hansı birinə?!.
Kiminsə şeirində misramı görüb,
Xəcalət çəkirəm onun yerinə...
Sözdür yazarların kölələdiyi,
Yazığım onların gününə gəlir.
Nüsrət Kəsəmənli şillələdiyi
Oğrular gözümün önünə gəlir...
Bu, bir əlaçmaqdır ürəkdağlayan,
Adətkar qələmsiz, varaqsız qalar...
Qonşu işığına ümid bağlayan
Özü şamsız qalar, çıraqsız qalar...
Mövzu eyniliyi qəbahət deyil:
Anadır, Vətəndir, torpaqdır, sudur...
Təbin gözəlliyə saldığı meyil
Ürəyin riqqəti, qəlb arzusudur.
Oxşar mövzulara işıq saçmağın
Baş ucalığındır-halal əməkdir.
Ancaq hazır fikrə qucaq açmağın
Özgə övladını mənimsəməkdir.
Bu yolda ürəyin fəryadı da var-
Sanki şah damardan qan oğurluğu...
Belə cinayətin bir adı da var:
Zaman oğurluğu, an oğurluğu...
Tapdaq yol yolçusu olmağa qalsa,
Yürü ki, özünə çata biləsən...
Boşkən oğurluqla dolmağa qalsa,
Gərək ar-namusu ata biləsən!..
Başına qəhətmi dil-dil ötdüyün
Acını, şirini dadıb yazasan?!.
Əlləşib-ölləşib əldə etdiyin
Öz leksikonunu yadıb yazasan?!.
Biraz acı oldu sözüm, deyəsən,
Neynim, işarəylə andırmaq olmur.
Əyri inadkarı necə əyəsən?!.
Hər qanıq qanarı qandırmaq olmur...
Dildə təkrarlıqdan yağırlıq görüb,
Bezaram sözləri çarpışdırmadan.
Hərdən özümdə də "oğurluq" görüb,
Xəcalət çəkirəm "çırpışdırma"dan...
Bu dərddən halıdır qələm dostlarım-
Duyurlar vicdanda, qəlbdə çatları...
Görürlər hər sözün üzün, astarın,
Çoxları tanıyır plagiatları...
Söz var tər gülünü dərənlər dərib...
Anbaan arınıb arımalıyıq.
Şeir şərindənsə, əl-ələ verib,
Şairlik adını qorumalıyıq!
07.09.2026.
Qoyun oğrusu var, it oğrusu var,
Nəblim, uzunqulaq, at oğrusu var...
Ağlıma gəlməzdi ancaq doğrusu,
Fikir dilənçisi, şeir oğrusu...
Axı bu qalanı kimlərsə hörüb...
Üzrxahlıq edək hansı birinə?!.
Kiminsə şeirində misramı görüb,
Xəcalət çəkirəm onun yerinə...
Sözdür yazarların kölələdiyi,
Yazığım onların gününə gəlir.
Nüsrət Kəsəmənli şillələdiyi
Oğrular gözümün önünə gəlir...
Bu, bir əlaçmaqdır ürəkdağlayan,
Adətkar qələmsiz, varaqsız qalar...
Qonşu işığına ümid bağlayan
Özü şamsız qalar, çıraqsız qalar...
Mövzu eyniliyi qəbahət deyil:
Anadır, Vətəndir, torpaqdır, sudur...
Təbin gözəlliyə saldığı meyil
Ürəyin riqqəti, qəlb arzusudur.
Oxşar mövzulara işıq saçmağın
Baş ucalığındır-halal əməkdir.
Ancaq hazır fikrə qucaq açmağın
Özgə övladını mənimsəməkdir.
Bu yolda ürəyin fəryadı da var-
Sanki şah damardan qan oğurluğu...
Belə cinayətin bir adı da var:
Zaman oğurluğu, an oğurluğu...
Tapdaq yol yolçusu olmağa qalsa,
Yürü ki, özünə çata biləsən...
Boşkən oğurluqla dolmağa qalsa,
Gərək ar-namusu ata biləsən!..
Başına qəhətmi dil-dil ötdüyün
Acını, şirini dadıb yazasan?!.
Əlləşib-ölləşib əldə etdiyin
Öz leksikonunu yadıb yazasan?!.
Biraz acı oldu sözüm, deyəsən,
Neynim, işarəylə andırmaq olmur.
Əyri inadkarı necə əyəsən?!.
Hər qanıq qanarı qandırmaq olmur...
Dildə təkrarlıqdan yağırlıq görüb,
Bezaram sözləri çarpışdırmadan.
Hərdən özümdə də "oğurluq" görüb,
Xəcalət çəkirəm "çırpışdırma"dan...
Bu dərddən halıdır qələm dostlarım-
Duyurlar vicdanda, qəlbdə çatları...
Görürlər hər sözün üzün, astarın,
Çoxları tanıyır plagiatları...
Söz var tər gülünü dərənlər dərib...
Anbaan arınıb arımalıyıq.
Şeir şərindənsə, əl-ələ verib,
Şairlik adını qorumalıyıq!
07.09.2026.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay







