Əzizə Ağahüseynqızı  : PAYIZIN İLK GÜNÜDÜR - FOTO
Səhərin dan yeridir,
Yuxudan oyanmışam.
Ruhum payız qoxulu,
Şeirimə boyanmışam.

Meh əsir sərin- sərin,
Ağacları tərpədir,
Üzüqoylu tökülən
yarpaqlar nə körpədir!

Yayın həniri gedib,
Daha yay o yay deyil.
Günlər ömürdən gedir,
Ay da ki, o ay deyil.

Həsrətlə gözlədiyim,
Payız qapımı döyür.
Göydə qaralan bulud,
İndi yağacam-deyir.

Uşaqların sədası
daha gəlmir həyətdən.
Qaynarlıq ərşə çıxıb,
Üzgünəm o cəhətdən.

Ruhum bilmirəm nədən,
Geyinib qəm göynəyi.
Gözüm kimi qurumur,
Payızın nəm köynəyi.

Çalır sarı kamanın,
Təbiət əsib,coşur.
Həyətdəki çinarlar,
Təzə nəğmələr qoşur.

Quşların səsi gəlmir,
Durnalar köçüb gedir.
Leyləklər yuvasını,
Qanad çalıb tərk edir..

Gəlib payız toyları,
Gəlinlər sona olar.
"Payızda köçən qızlar,
Baharda ana olar"..

Vurğunam təbiətə,
Başdan - başa nəğmədir.
Sözlə dolan qəlbimi,
İlmə - ilmə tərpədir.

Əzizə, söz gülşənin,
Açıbdı sətir - sətir.
Şeirin müşkiənbər,
Qoxuyur, verir ətir.


02.09.2026

Son xəbərlər

Putin Əliyevə zəng etdi

Bakıda kamandan oxatma üzrə şəhər çempionatı keçiriləcək

ŞEİR OĞRULARINA

Əzizə Ağahüseynqızı : PAYIZIN İLK GÜNÜDÜR - FOTO

“Haqqınızı halal edin, vəziyyətim yaxşı deyil”

Saymon Stil: İqlim maliyyələşdirməsi planları konkret layihələrə çevirir

Tarixi uğurdan gələcəyə - "Sabah"ın 10 milyon manatlıq inkişaf proqramı - ŞƏRH

Mürsəl İbrahimov Naxçıvanda vətəndaşları qəbul edəcək

Nizami rayonunun bəzi ərazillərinin qaz təchizatında fasilə yaranacaq

Tayvan silah istehsalını artırmaq üçün 450 milyon dollar ayıracaq

Adlarının haqqını bir də verdilər - “Filenin sultanları”

İranla müharibənin daha nə qədər davam edəcəyini açıqladı

İran yeni qadağan olunmuş zona elan edəcək

Zülfiyyə İsmayılova : Sevdim səni - FOTO

Tramp nadir görülən addım atdı

Hikmət Məlikzadə : Məzlum ahnan köçü səhraya sürüm, kəndəmi, qız?!

Sənubər Səhər : Siyasət anlamı bəşəri duyğuları üstələyir...

Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir - XƏBƏRDARLIQ

Dünyaşöhrətli alim Lütfi Zadənin vəfatından doqquz il ötür

Cıdır düzündəki yazılara tarixçi-alimdən etiraz

GÖY ÜZÜNƏ YAXIN ADAM

Məşhur aparıcı edam olunacaq - FOTOLAR

"A.B.İ.” bu tarixdə yayımlanacaq

Şarm əl-Şeyxdə premium istirahətin yeni səviyyəsi - “Rixos Hotels” Misirdə

Tarixi-mədəni və təbii irsi qorumaq hər birimizin məsuliyyətidir ŞƏRH

18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir

Prezidentlə xanımı Əziz Yıldırım və qızı ilə görüşdü

SƏMİMİ SƏTİRLƏR ÇƏLƏNGİ...

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930