Xəbərlər
23.08.2026, 23:19
Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatının son günündə iki medal qazanıblar
Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə U-20 dünya çempionatı sona çatıb.
Turaztv.az AZƏRTAC -a istinadən xəbər verir ki, sonuncu yarış günündə sərbəst güləşdə 70, 74, 97 və 125 kiloqramda medalçılar müəyyənləşib.
Hacı Kərimov (70 kiloqram) finalda iranlı Sina Mehdi Xəlili ilə qarşılaşıb. Rəqibinə 3:7 hesabı ilə məğlub olan Hacı gümüş medala layiq görülüb.
Yusif Dursunov (125 kiloqram) bürünc medal uğrunda görüşdə gürcüstanlı Aleksandre Abramişvili ilə güləşib. Qarşılaşmanın əvvəlindən təşəbbüsü ələ keçirən Yusif sonadək üstünlüyü davam etdirib və 6:0 hesablı qələbə ilə dünya üçüncüsü olub.
Beləliklə, güləşçilərimiz gənclərin dünya çempionatında 9 (1 qızıl, 4 gümüş, 4 bürünc) medal qazanıblar.

Son xəbərlər
Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli
Xəbərlər
23.08.2026
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib
Xəbərlər
23.08.2026
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay