Xəbərlər
23.08.2026, 23:15
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 qızıl medal qazanıb
Azərbaycanın yeniyetmə ağırlıqqaldıranı Musab Məmmədtağıyev Priştina şəhərində keçirilən U-15 və yeniyetmələrin Avropa birinciliyində 3 qızıl medal qazanıb.
Turaztv.az AZƏRTAC -a istinadən xəbər verir ki, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan atlet əvvəlcə birdənqaldırma hərəkətində 124 kiloqramlıq nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Musab Məmmədtağıyev təkanla qaldırma hərəkətində 145 kiloqramın öhdəsindən gələrək ikinci qızıl medalını qazanıb.
Beləliklə, iki hərəkətin cəmində 269 kiloqram nəticə göstərən atletimiz toplamda da Avropa birinciliyinin qızıl medalına sahib olub.
Qeyd edək ki, Musab Məmmədtağıyev ikinci pillənin sahibi Ermənistan təmsilçisi Hayk Movsisyanı 17 kiloqram qabaqlayıb.

Son xəbərlər
Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli
Xəbərlər
23.08.2026
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib
Xəbərlər
23.08.2026
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay