Bu gün ölkəmizdə xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır.

"Unikal" xatırladır ki, 1993-cü il avqustun 23-ü ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanı ilə Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin yaradılıb.

Bununla da hər il avqustun 23-ü ölkəmizdə xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramı kimi qeyd olunur.

Ulu öndərin ölkəmizdə xüsusi mühafizə sistemi ilə bağlı siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu sahə sürətlə inkişaf edib.

2020-ci il martın 16-da imzalanan "Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" Prezident Fərmanı fəaliyyətin müasir dövrün tələbləri nəzərə alınmaqla yenidən qurulması baxımından mühüm addım olub. Fərmana əsasən, Xüsusi Dövlət Mühafizə Xidmətinin əsasında üç dövlət orqanı - Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi yaradılıb.

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, məhz Xüsusi mühafizə sisteminin şəxsi heyəti ölkəmizin ərazi bütövlüyünün, ictimai-siyasi sabitliyin qorunması, respublikamızda baş verə biləcək terror aktlarının və digər mümkün təxribatların qarşısının alınması kimi çox mühüm sahələrdə peşəkar fəaliyyəti və fədakarlığı ilə diqqəti cəlb edir. Vətən müharibəsi zamanı bunun bir daha şahidi olduq.

"Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 avqust tarixli 491 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin adı dəyişdirilərək Azərbaycan Respublikası Dövlət Mühafizə Xidməti ilə əvəz edilib.

Birinci Qarabağ müharibəsində şəxsi heyətdən 13 nəfər şəhid olub, 21 nəfər itkin düşüb, 55 nəfər isə ağır yaralanıb. Milli Qvardiyanın alay komandiri Əfqan Hüseynov göstərdiyi igidliyə görə "Azərbaycanın Milli Qəhrəmanı" adına (ölümündən sonra) layiq görülüb, onun büstünün açılışı mərasimində ulu öndər Heydər Əliyev şəxsən iştirak edib.

Son xəbərlər

Gəlinlik seçməyə getmişdi, maşının altında qalıb öldü - Toyu günü dəfn olundu

Onların pensiyaları yenidən hesablanaraq artırıla bilər

Yaponiyanın mərkəzində zəlzələ oldu

Əsir düşmüş azərbaycanlı şok faktları açıqladı

Bu gün Azərbaycanda xüsusi dövlət mühafizəçilərinin günüdür

Arzum budur - ucaldıqca, ucal sən

SEVİNC YUNUSLU : Ölsəm bir məktub yazacam - FOTO

YARADICILIĞI İLƏ AZƏRBAYCANA YEDDİ BEYNƏLXALQ SERTİFİKAT QAZANDIRMIŞ NİCAT ƏRTÜRK

XURAMAN İSMAYIL QIZI MURADOVA — İNSANA XİDMƏTƏ HƏSR OLUNMUŞ ÖMÜR

Müəllif: Gülnarə Məhəmmədqızı : ÖZÜMƏ TƏRƏF - FOTO

İpoteka ilə ev almaq istəyənlərin nəzərinə - Seçim imkanı var

Saç tökülməsinin ümumi səbəbləri - Hər gün neçə tel itirilə bilər?

Yer kürəsində həyatın ən qədim izləri aşkar edildi

X-da 50 milyon dollarlıq pay sahibidir - Bakıda özünə toy edir

"Bu zəhrimar xəstəlik onu apardı" - Faiq Ağayev köməkçisindən danışdı

“Hər səhər 6 yumurta yeyirəm, 54 kiloyam”

Kamçatkada köməksiz vəziyyətdə qalan Azərbaycan vətəndaşı ilə bağlı - Səfirlikdən açıqlama-Yenilənib

Tbilisidə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq tədbir keçirilib - FOTOLAR

Mikayıl Cabbarov: "SOCAR Özbəkistanın pərakəndə ticarət bazarına daxil olur"

Türkiyədə helikopter qəzaya uğrayıb

Rusiya ordusu Borispol bölgəsinə raket zərbələri endirib

Новрузали Асланов: отношения между Баку и Ташкентом имеют более широкое значение, чем двустороннее сотрудничество

Azərbaycan nefti cüzi bahalaşıb

Yay geri qayıdır: Qəfil istilənmə kimləri və nələri “vuracaq”? – TƏHLÜKƏ

Əməkdar jurnalist Nurani ilə vida mərasimi keçirilir

Əməkdar artist Aygün Bəylərin doğum günüdür

Bazar günü 40 dərəcə isti olacaq

Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31