Avqustun 22-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Birinci Türkoloji Qurultay – 100 il: Tarixdən gələcəyə” adlı tədbir keçirilib.

Tədbir Azərbaycanda fəaliyyət göstərən Nəriman Nərimanovun Xatirə Muzeyinin təşəbbüsü və Gürcüstandakı “Maarif” təşkilatının təşkilatçılığı ilə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində baş tutub.Tədbiri giriş sözü ilə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva açaraq qonaqları səmimi salamladı.O, Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş belə bir tədbirin Tbilisidə keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd etdi, bu mötəbər qurultayın türk xalqlarının ortaq elmi, mədəni və mənəvi irsinin formalaşmasında mühüm rol oynadığını vurğulayaraq iştirakçılara uğurlu və məhsuldar müzakirələr arzuladı.

Tədbirin aparıcısı və təşkilatçısı, Gürcüstandakı “Maarif” təşkilatının rəhbəri, iqtisad elmləri doktoru Aygül İsayeva tədbiri yüksək peşəkarlıqla idarə edərək qonaqları salamladı, iştirakçıları “Birinci Türkoloji Qurultay – 100 il: Tarixdən gələcəyə” mövzusunun əhəmiyyəti barədə məlumatlandırdı. O, çıxışında 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın türk xalqlarının elmi, mədəni və ictimai düşüncə tarixindəki əvəzsiz rolundan danışaraq, belə tədbirlərin Türk dünyasının ortaq dəyərlərinin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğuladı. Aygül İsayeva tədbirin təşkilində göstərilən dəstəyə görə iştirakçılara təşəkkürünü bildirdi və Azərbaycan–Gürcüstan elmi-mədəni əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd etdi.

Tədbirdə Bakıdan dəvət olunmuş alimlər, tədqiqatçılar, eləcə də Gürcüstanda yaşayan ziyalılar iştirak ediblər. Çıxışlarda Birinci Türkoloji Qurultayın türk xalqlarının elm, dil və mədəniyyət tarixində oynadığı mühüm rol, qurultay çərçivəsində müzakirə olunan dil, ədəbiyyat, tarix, etnoqrafiya, mədəniyyət və əlifba məsələləri, həmçinin bu mötəbər toplantının türkoloji elmin inkişafına verdiyi töhfələr geniş şəkildə təhlil olunub.
Tədbir zamanı qurultay iştirakçılarının zəngin elmi irsi, son yüz ildə türkoloji fikrin keçdiyi inkişaf yolu və bu irsin müasir dövrdə əhəmiyyəti ətrafında da fikir mübadiləsi aparılıb.
Konfransda Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin sektor müdiri, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Bakı Şəhər Komitəsinin sədri Səbinə Məmmədova, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin aparıcı məsləhətçiləri Tomris Hacıyeva və Leyla Məmmədova, idarənin sektor müdiri Vəfa Allahverdiyeva, Nəriman Nərimanovun Xatirə Muzeyinin direktoru Ləman Hüseynova, tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin tarix müəllimi Qənirə Mirzəxanlı, “Maarif” təşkilatının rəhbəri, iqtisad elmləri doktoru Aygül İsayeva, Türkiyənin Gürcüstandakı səfirliyinin təhsil müşaviri Yüksəl Kara və digər qonaqlar çıxış edərək Birinci Türkoloji Qurultayın Türk dünyasının elmi və mədəni həyatındakı müstəsna yerindən danışıblar.

Tədbirdə, həmçinin Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin müəllimləri Fatma Aslan, Növrəstə Həsənova, Sevda Ayxan, yazıçı Şurəddin Məmmədli, sabiq deputat Ramiz Bəkirov, Ağsaqqallar Şurasının sədri İşaq Novruzov, "Qarapapaq" dərgisinin baş redaktoru Akif Xansultanlı və digər ziyalılar çıxış edərək Birinci Türkoloji Qurultayın Türk dünyasının elmi, mədəni və mənəvi birliyinin möhkəmləndirilməsində tarixi rolundan danışıb, ana dilinin qorunması, milli-mədəni irsin yaşadılması və gələcək nəsillərə ötürülməsinin hər bir türk ziyalısının mühüm vəzifələrindən biri olduğunu vurğulayıblar.

Çıxışlarda vurğulanıb ki, tədbirin əsas məqsədi Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini bir daha diqqətə çatdırmaq, onun ana dilinin qorunması, milli-mədəni irsin yaşadılması, elmi-mədəni əməkdaşlığın genişləndirilməsi və türk xalqları arasında əlaqələrin möhkəmləndirilməsi kimi ideyalarının bu gün də aktuallığını nümayiş etdirməkdir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il 22 oktyabr tarixli Sərəncamına əsasən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin ölkəmizdə və beynəlxalq müstəvidə geniş şəkildə qeyd olunması nəzərdə tutulub.

Güllü Eldar Tomarlı,
Mirvarid Dilbazi Poeziya Məclisi İB- min sədri, Kəlağayı Ev Muzeyin direktoru

Son xəbərlər

“Hər səhər 6 yumurta yeyirəm, 54 kiloyam”

Kamçatkada köməksiz vəziyyətdə qalan Azərbaycan vətəndaşı ilə bağlı - Səfirlikdən açıqlama-Yenilənib

XURAMAN İSMAYIL QIZI MURADOVA — İNSANA XİDMƏTƏ HƏSR OLUNMUŞ ÖMÜR

Tbilisidə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq tədbir keçirilib - FOTOLAR

Mikayıl Cabbarov: "SOCAR Özbəkistanın pərakəndə ticarət bazarına daxil olur"

Türkiyədə helikopter qəzaya uğrayıb

Rusiya ordusu Borispol bölgəsinə raket zərbələri endirib

Новрузали Асланов: отношения между Баку и Ташкентом имеют более широкое значение, чем двустороннее сотрудничество

YARADICILIĞI İLƏ AZƏRBAYCANA YEDDİ BEYNƏLXALQ SERTİFİKAT QAZANDIRMIŞ NİCAT ƏRTÜRK

Azərbaycan nefti cüzi bahalaşıb

Yay geri qayıdır: Qəfil istilənmə kimləri və nələri “vuracaq”? – TƏHLÜKƏ

Əməkdar jurnalist Nurani ilə vida mərasimi keçirilir

Əməkdar artist Aygün Bəylərin doğum günüdür

Bazar günü 40 dərəcə isti olacaq

Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı

Ağ Şəhərdə zəncirvari qəza - Bahalı maşınlar əzildi

Kəmalə Xudaverdiyevaya ağır itki - FOTO

Rusiyadan Ermənistana buğda və propan daşıyan yük qatarı Biləcəridən yola düşüb

Rusiya Kiyevdə dəmir yoluna ballistik zərbə endirib

Fidan Hacıyevanın 50 illik yubileyinə həsr olunan üç aylıq Opera Festivalına start verilir

Xəzər dənizində zəlzələ olub

Əməkdar jurnalist vəfat etdi

Tarkanı dinləmək üçün yarım milyon ödəyəcəklər

Rəsmən Ronaldonun uşaqlarının anası oldu - FOTOLAR

Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir

Vahid Çəmənli : Əkbər müəllimin tək bir dərdi olub, o da Vətən dərdi... - FOTO

Elgiz yenidən efirə qayıdır

Ölkədən çıxışına qadağa qoyuldu

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31