Bu il I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanında maksimum nəticə, 700 balı toplayan Burlaxatun Məcidlinın əkiz bacısı Banuçiçək də yüksək nəticə göstərib.

“Qafqazinfo”nun məlumatına görə, Burlaxatunun atası Bəhruz Məcidov Modern.az-a açıqlamasında bildirib ki, ailə üçün bu nəticə gözlənilməz olmayıb.

“Burlaxatunun 700 bal toplayacağına şübhəmiz yox idi. O, uşaqlıqdan çox əzmkar, inadkar və məqsədli olub. Elə buna görə də ailədə hamı ondan yüksək nəticə gözləyirdi”, - o qeyd edib.

Atanın sözlərinə görə, ailənin digər sevinc mənbəyi isə Burlaxatunun əkiz bacısı Banuçiçək Məcidlinin də uğurlu nəticə göstərməsi olub. Belə ki, Banuçiçək qəbul imtahanında bacısından bir qədər az - 624,3 bal toplayıb. O, hüquqşünaslıq ixtisası üzrə hazırlaşır və ikinci cəhd imtahanında da iştirak edəcək.

B.Məcidov deyir ki, bacılar uşaqlıqdan hər işlərini birlikdə görüblər: “Əkizdirlər, elə həmişə birlikdə olublar - dalaşanda da, sevinəndə də. Uşaqlıqdan hazırlığa da bir yerdə gediblər. Bəzi fənlər üzrə müəllimləri ayrı olsa da, ümumilikdə hər zaman bir-birlərinə dayaq olublar”.

Ata qeyd edib ki, Banuçiçək bacısının nəticəsinə görə son dərəcə sevinib və aralarında heç vaxt rəqabət hissi olmayıb: “Banuçiçək Burlaxatunun nəticəsinə çox sevindi, onu qətiyyən qısqanmır. Əksinə, həmişə deyirdi ki, Burlaxatundan başqa nəticə gözləmək olmaz”.

Məcidli bacıları buraxılış imtahanında da yüksək nəticə ilə diqqət çəkmişdilər. Həmin imtahanda Burlaxatun 300 bal, Banuçiçək isə 266,7 bal toplamışdı. Hər iki abituriyent Mingəçevirdəki Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyin məzunudur.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin açıqladığı nəticələrə əsasən, Burlaxatun Bəhruz qızı Məcidli hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə maksimum nəticə toplayıb. O, imtahanın birinci mərhələsində də maksimum nəticə göstərərək 300 bal yığıb.

Son xəbərlər

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Şəhid Xalid Məcdunovun anası Xalidə Ananın doğum günüdür - FOTO

Azərbaycanda 5 sinfin bütün şagirdləri ali məktəbə qəbul oldu - FOTO

Şükufə Yusupova Yeni Klinikaya təxliyə olundu

Əkiz bacılar eyni ixtisasa qəbul olundu - Foto

Koçaryanla Sarkisyana cinayət işi açıldı - hər ikisi istintaqa aparıldı

Bakı-Ağstafa qatarında əlavə reyslər həyata keçiriləcək

Macarıstanda 20-ci “TÜRKSOY Fotoqraflar Görüşü” keçirilib

Bakı Metropolitenində iş saatı uzadılacaq

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

“Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq

Yolun açıq, bəxtin gözəl, gələcəyin işıqlı olsun, AYSElimiz!

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

Rusiya Ukraynanın Moldova ilə sərhədində keçid məntəqəsinə hücum edib

Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

“Sabah” ÇL-də həlledici oyuna çıxır

Bu şəhərdə 1 avroya evlər satılır - Fotolar

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

“İnsanlar yox olurlar” - İlon Mask

Bu tarixdə boş qalan plan yerlərinə qəbul aparılacaq

15 yaşlı azərbaycanlı göldə boğulub öldü

Bakıya 600 israilli gələcək - SƏBƏB

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31