Buraxılış imtahanında ən yüksək balı o topladı - FOTO
Məlum olduğu kimi, martın 5-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanda ən yüksək nəticəni Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin şagirdi Arif Hacıyev göstərib. O, 296.7 bal toplayıb.

Turaztv.az xəbər verir ki, “Qafqazinfo”ya danışan məktəbli imtahan nəticələrinin yüksək olmasında müəllimlərinin rolunun böyük olduğunu bildirib: “Müəllimlərimin hər birinə minnətdarlığımı bildirirəm. Özəl tədris mərkəzində hazırlaşmışam. Həm müəllim heyəti, həm də rəhbərlik mənə dəstək olub. İmtahanda uğur əldə etmək üçün sistemli çalışmaq önəmli faktordur. Mən çalışırdım ki, vaxtımı düzgün bölüm, imtahana qədər mövzuları bitirim, əlavə mütaliə edim. İmtahan nəticələri çıxanda çox həyəcanlı idim, bu mənim üçün çox gözəl nəticə oldu. Yüksək nəticəni gözləyirdim, həqiqətən, çox sevindim”.

Gələcək tələbə informasiya təhlükəsizliyi sahəsində ali təhsil almaq istədiyini deyib: “Bakı Ali Neft Məktəbində informasiya təhlükəsizliyi üzrə təhsil almaq istəyirəm. Gələcəkdə magistr təhsilini xaricdə almaq fikrindəyəm. Ondan sonra vətənə qayıdıb ölkəmizə xidmət edəcəyəm”.

Qeyd edək ki, A. Hacıyev iki il əvvəl də 9-cu sinif buraxılış imtahanında 282.6 bal toplamaqla yüksək nəticə göstərib.
Buraxılış imtahanında ən yüksək balı o topladı - FOTO

Son xəbərlər

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Şəhid Xalid Məcdunovun anası Xalidə Ananın doğum günüdür - FOTO

Azərbaycanda 5 sinfin bütün şagirdləri ali məktəbə qəbul oldu - FOTO

Şükufə Yusupova Yeni Klinikaya təxliyə olundu

Əkiz bacılar eyni ixtisasa qəbul olundu - Foto

Koçaryanla Sarkisyana cinayət işi açıldı - hər ikisi istintaqa aparıldı

Bakı-Ağstafa qatarında əlavə reyslər həyata keçiriləcək

Macarıstanda 20-ci “TÜRKSOY Fotoqraflar Görüşü” keçirilib

Bakı Metropolitenində iş saatı uzadılacaq

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

“Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq

Yolun açıq, bəxtin gözəl, gələcəyin işıqlı olsun, AYSElimiz!

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

Rusiya Ukraynanın Moldova ilə sərhədində keçid məntəqəsinə hücum edib

Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

“Sabah” ÇL-də həlledici oyuna çıxır

Bu şəhərdə 1 avroya evlər satılır - Fotolar

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

“İnsanlar yox olurlar” - İlon Mask

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31