Zaman sürətlə axır, fəsillər bir-birini əvəz edir, insanlar dəyişir, yaşlaşır. Lakin insanın gənclik illərindən qəlbinə həkk olunan bəzi xatirələr var ki, onlar heç vaxt köhnəlmir. İllər keçsə də unudulmayan, hər yada düşəndə insanı gəncliyin o saf, təmiz günlərinə aparan ən gözəl dövrlərdən biri də məhz tələbəlik illəridir. Bu gün sizə ötən əsrin 80-ci illərində başlayan, uzun illərin ayrılığından sonra yenidən alovlanan və hər kəsin qəlbinə toxunacaq bir tələbəlik hekayəsindən bəhs edəcəyik.
Bir qrup gənc böyük ümidlərlə V. İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) filologiya fakültəsinə qədəm qoymuşdu. Günlər günləri, aylar ayları qovdu və gənclər artıq tələbəlik həyatına tam adaptasiya olmuşdular. Hər şey 1985-ci ilin yay semestr imtahanları ərəfəsində başladı. O vaxtlar filologiya fakültəsinin dekanlığında hər kəsin yaxşı tanıdığı Əliyeva Dürdanə xanım çalışırdı. İmtahan həyəcanının yaşandığı növbəti dərs saatlarının birində fakültənin dekanı, unudulmaz alim, professor Həsən Mirzəyev auditoriyaya daxil oldu. Onun yanında gənc, nurani və gülərüz bir qız var idi. Həsən müəllim qətiyyətli, eyni zamanda mehriban səslə auditoriyaya müraciət edərək dedi:“Bu gündən sonra kimin nə sualı, nə problemi olsa, bu xanıma müraciət etsin. Adı Məsmə, soyadı İsmayılovadır”.Dekan onu da əlavə etdi ki, Məsmə xanım da elə onlar kimi bir tələbədir – Xarici Dillər İnstitutunun ingilis dili fakültəsində təhsil alır. Bu tanışlıq filologiya fakültəsinin bu qrupu üçün yeni və unudulmaz bir səhifənin başlanğıcı oldu.

Məsmə xanım təyin olunduğu gündən etibarən bu tələbə qrupu ilə düz üç il birgə işlədi, onlara rəhbərlik və köməklik etdi. O, sadəcə bir işçi deyil, hər bir tələbənin yaxın dostu, sirdaşı və dayağı olmuşdu. Son dərəcə sadə, mehriban və səmimi xarakteri ilə qısa müddətdə bütün qrupun və fakültənin sevimlisinə çevrildi. 1988-ci ildə tələbələr institutu bitirib Azərbaycanın dörd bir yanına müəllim kimi səpələnəndə, həyatın qayğıları və o dövrün rabitə imkanlarının məhdudluğu ucbatından Məsmə xanımla əlaqələr kəsildi. Amma onun buraxdığı xoş izlər tələbələrin yaddaşından heç vaxt silinmədi.Otuz Altı İllik Həsrətə Son Qoyan Virtual Görüşİllər keçdi, dünya dəyişdi, texnologiya inkişaf etdi. İnsanlar artık bir-birlərini tapmaq üçün məktublara deyil, sosial şəbəkələrə üz tuturdular. Bir neçə ay əvvəl, tələbələrdən birinin Facebook səhifəsində gəzişərkən qarşısına tanış bir ad- soyad çıxdı: "Məsmə İsmayılova". Ürəkdə bir ümid işığı yandı. Səhifəyə daxil olduqda rəsmlərdən və paylaşımlardan dərhal anlaşıldı – bu, həmin o 1985-ci ildə dekan Həsən Mirzəyevin auditoriyaya gətirdiyi, qrupun sevimli Məsmə xanımı idi! Dərhal mesaj bölməsində qeyd yazıldı: "Biz 1983-1988-ci illərdə APİ-nin filologiya fakültəsinin tələbələriyik..."Bu ismarış illərin tozunu bir anda sildi. Məsmə xanım mesajı oxuyan kimi böyük bir məmnuniyyət və sevinc hissi keçirdi. İki köhnə dost, illər sonra sanki zaman maşınına minib yenidən 1980-ci illərin qayğısız tələbəlik dövrlərinə səyahət etdilər. Məsmə xanım keçmiş günləri böyük fərəhlə xatırladı, yadında qalan tələbələri bir-bir soruşdu. O illərin şirin xatirələri yenidən canlandı, sanki heç o qədər il keçməmişdi.


Bu xoş təsadüf tək bir nəfərlə məhdudlaşmadı. Məsmə xanımın tapılması xəbəri ildırım sürəti ilə bütün qrup üzvlərinə yayıldı. İndi o illərin filoloq tələbələri, hal-hazırda isə hər biri həyatda öz sözünü demiş, ağsaqqal və ağbirçək olan, baba və nənə statusu daşıyan bu insanlar Məsmə xanımla yenidən sıx əlaqə saxlayırlar.Təəssüf ki, həyat təkcə şirin xatirələrdən ibarət deyil. Bu gün keçmişə boylanarkən qrupun qəlmini sızladan, sıralarından erkən ayrılan dostların yoxluğu da dərindən hiss olunur. Tələbəlik illərinin unudulmaz çöhrələri olan Sultanhəmid İbadov, Məhəmməd Babayev, Yeganə Mirzəyeva, Ələkbər Məmmədov, Bəsti Vəliyeva, Ulduzə Quliyeva, Əzizə Axundova, Sədaqət Səlimova və adını buraya sığışdıra bilmədiyimiz digər tələbə yoldaşları artıq haqq dünyasına qovuşublar.

Onlar cismanən bu dünyada olmasalar da, dostlarının hər virtual görüşündə, hər şirin xatirəsində yenidən canlanır, rəhmətlə, ehtiramla yad edilirlər. Onların əziz xatirəsi bu unudulmaz tələbəlik bağının sarsılmaz və müqəddəs bir parçasıdır. Bu hekayə bizə sübut edir ki, zaman nə qədər amansız olsa da, saçlara dən düşsə də, səmimi duyğular, saf dostluqlar və tələbəlik illərinin xatirələri heç vaxt qocalmır. İllər sonra tapılan bu qiymətli bağ, 1983-1988-ci illərin APİ məzunları üçün həyatın bəxş etdiyi ən gözəl hədiyyələrdən biridir.
Dünyasını dəyişən dostların ruhu şad, yaşayanlar isə daim var olsun!
Hüseyn İsaoğlu,
yazıçı-publisist,
AYB və AJB üzvü.

Son xəbərlər

Rəngli Nepaldan geri qalanlar - Fotolar

Pəncərənin ağzına duzlu su qoyun - Pis enerjilərdən qoruyan İNANC

YADA DÜŞƏN İŞIQLI XATİRƏLƏR

Özbəkistan Prezidenti: Yeni Daşkənd əsl inkişaf mərkəzinə çevriləcək

Azərbaycan və Belarus XİN-lərin xətti ilə qarşılıqlı fəaliyyətin aktivləşdirilməsini müzakirə edib

DTX-nin "Bilgəh" İstirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil edilib

Bakının Mirmahmud Kazımovski küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Kəlbəcərə dolu yağıb

" *İncə fikirlər"* layihəsinin növbəti qonağı

AKİ-nin sədrliyinə seçki konfransının keçiriləcəyi tarix məlum olub

Şəkidə körpüdən yıxılan müəllim öldü - Foto

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Tramp Hörmüzlə bağlı: Bu lənətə gəlmiş boğaz açıqdır

Ukrayna ordusunun Baş Qərargahı Yaroslavlda neftayırma zavoduna hücumu təsdiqləyib

Sabah 36 dərəcə isti gözlənilir, güclü külək əsəcək

Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edib

"Payızda ulduzlar görünmür" Şirin Mirzəyev və HaciEkber Rustamov

Ali məktəblərə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib

DİN: Vətəndaşlar "uduş", "hədiyyə", "kampaniya" və digər cəlbedici təkliflərə qarşı diqqətli olmalıdırlar

UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib

BİZİM TƏQVİM: 28 avqustda baş vermiş tarixi hadisələr

“Bu adın 400-dən çox yaşı var” - Kanadadan Trampın qərarına etiraz

3 min illik qızıl xəzinə 4 dəqiqəyə oğurlandı

Göy bizim yerimizə hayqıranda...

Anasının ölümünə görə şikayət etdi - Atası həbs olundu

İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçilib

İcra başçısının nümayəndəsi qəfil vəfat etdi

Tərəf müqabili oldular

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31