Marketlərin rəflərində satılan müxtəlif bitki mənşəli duru yağlar çox zaman rəngi ilə diqqət çəkir. Bəzi məhsulların rəngi adi gözlə baxdıqda çox açıq, bəzən isə ağımtıl-sarı tonlarda olur. Bu isə istehlakçılarda haqlı olaraq “bu yağlar təbii və təhlükəsizdirmi?” kimi suallar doğurur. Çünki yağın rəngi onun keyfiyyəti, emal dərəcəsi və tərkibindəki təbii maddələrin qorunub-qorunmamasını əks etdirir.


Sfera.az xəbər verir ki, mütəxəssislərin fikrincə, əslində, bitki yağlarının rəngi onların hazırlanma üsulundan, xammalın növündən və təmizlənmə (rafinasiya) dərəcəsindən asılı olaraq dəyişir. Təbii, yəni minimal emaldan keçmiş yağlar adətən daha tünd sarı və ya qızılı tonlarda olur, çünki bu cür yağlarda karotinoidlər və digər təbii piqmentlər qalır.


Rəngi çox açıq, demək olar ki, şəffaf olan yağlar isə adətən yüksək dərəcədə rafinasiya olunur — bu zaman həm qoxu, həm də rəng verən təbii maddələr təmizlənir.



Maraqlıdır yağın təhlükəsizliyini və keyfiyyətini müəyyən etmək üçün rəng vacibdirmi? Ümumiyyətlə, tərkibi zərərsiz olan yağın rəngi necə olmalıdır?



Bizim.Media mövzuyla bağlı qida eksperti Asim Vəliyevin fikirlərini öyrənib. Ekspert bildirib ki, təbii bitki yağlarının rəngi onların mənşəyindən və emal dərəcəsindən asılıdır:

"Zeytun yağı tərkibindəki xlorofil və karotenoidlərə görə tünd yaşıl və ya sarımtıl olur. Günəbaxan yağı açıq sarı rəngdə olur. Bu bitkinin toxumlarında təbii sarı piqmentlər azdır. Qarğıdalı yağı isə bir qədər qızılı rəngdə olur”.



Müsahibimiz əlavə edib ki, rəngin açıqlığı təbii olsa da, həddindən artıq açıq sarı bəzi təhlükələrə işarədir: “Rəngin həddindən artıq açıq, ağımtıl olması çox vaxt rafinasiya prosesindən qaynaqlanır. Yəni yağdan təbii piqmentlər, qoxu və bəzən faydalı maddələr də çıxarılır. Rəngin bu qədər açıq olmasının səbəbləri müxtəlifdir. Çox mərhələli rafinasiya prosesi zamanı yağ kimyəvi maddələrlə təmizlənir, qoxusu və rəngi süni şəkildə açılır. Yağdan qalıq, piqment və təbii antioksidantlar çıxarılır. Yüksək temperaturda işlənən yağ təbii tərkibini itirir və şəffaf-açıq rəng alır. Bəzi hallarda ucuz istehsalçılar məhsulu daha “təmiz” göstərmək üçün kimyəvi açıcılar tətbiq edə bilirlər".



Ekspert vurğulayıb ki, belə emal nəticəsində yağ daha uzun müddət xarab olmur, lakin qida dəyəri azalır:

"Antioksidant və vitaminlər məhv olur. Rafinə yağlar tamamilə zərərli olmasa da, tez-tez və uzun müddət istifadəsi sağlamlığa mənfi təsir göstərir. Təmizlənmiş yağlar E vitamini və faydalı yağ turşularını itirdiyi üçün hüceyrələrin oksidləşməsinə şərait yaradır.


Bu hal erkən qocalma və ürək-damar xəstəlikləri riskini artırır. Yüksək temperaturda işlənən yağlarda kimyəvi quruluş dəyişir. Nəticədə, trans yağlar əmələ gəlir. Bu maddələr xolesterini yüksəldir və damar sərtliyinə səbəb olur.


Kimyəvi təmizlənmiş yağlar bəzi insanlarda mədə yanması və qarın ağrısı yarada bilər. Kimyəvi qalıqların izləri uzun müddətli istifadədə orqanizmdə toplanaraq qaraciyərin fəaliyyətinə mənfi təsir göstərə bilər”.

Bəs alıcılar təhlükəsiz yağı necə seçməlidirlər?

“Təhlükəsiz və keyfiyyətli yağın rəngi nə çox tünd, nə də çox ağ olmalıdır. Günəbaxan yağı üçün açıq sarı, qarğıdalı yağı üçün qızılı-sarı, zeytun yağı üçün yaşıl-sarı arası rəng normal sayılır. Yağ bulanıq və ya dibi çökmüş olmamalıdır. Təbii yağın yüngül, xoş ətirli qoxusu olur.


Kimyəvi, ya yanıq qoxusu keyfiyyətsizlik göstəricisidir. Etiketində “rafinə olunmamış”, “soyuq sıxma” və “100% təbii” qeydlər olan yağlar orqanizm üçün daha faydalıdır. Nəzərə alaq ki, rafinə yağ az miqdarda istifadə etmək şərtilə qızartma üçündür.


Təbii dediyimiz soyuq sıxma yağlar isə salat və yeməklərə əlavə üçün daha uyğundur”,-deyə müsahibimiz qeyd edib.

Son xəbərlər

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

“İnsanlar yox olurlar” - İlon Mask

Bu tarixdə boş qalan plan yerlərinə qəbul aparılacaq

15 yaşlı azərbaycanlı göldə boğulub öldü

Bakıya 600 israilli gələcək - SƏBƏB

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

SÖZÜN İŞIĞINDA YAŞAYAN ŞAİR

İlqar Həsənov – sözün də, dostluğun da baməzə adamı

DSK-da kadr dəyişikliyi - Bu vəzifə ləğv edildi

Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı

Lilpar Cəmşidqızı : QƏZƏL

Novruzəli Aslanov: “Daşkənddə imzalanan sənədlər Azərbaycan-Özbəkistan əməkdaşlığının hüquqi bazasını genişləndirir”

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb

Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Sürəti gözümdə bitən qardaşım - FOTO

Şəki sakinləri Bakıda dənizdə batdılar

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31