Böyük Britaniya və ABŞ hökumətləri Cənub-Şərqi Asiyada onlayn fırıldaqçılıq həyata keçirən və insan alveri yolu ilə məcburi əməyə cəlb edilmiş şəxsləri işgəncə altında işlədən beynəlxalq şəbəkəyə qarşı sanksiyalar tətbiq edib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, sanksiyalar nəticəsində Böyük Britaniyada şəbəkəyə məxsus 19 daşınmaz əmlak, o cümlədən Londonun şimalında yerləşən 12 milyon funt-sterlinq dəyərində malikanə dondurulub. Bu addım hökumətin maliyyə sisteminin istismarına qarşı mübarizə planının bir hissəsi kimi həyata keçirilir. Məlumata görə, bu şəbəkə dünyanın müxtəlif yerlərindəki qurbanları, o cümlədən Böyük Britaniya vətəndaşlarını saxta romantik münasibətlər və digər onlayn sxemlər vasitəsilə aldatmaqla milyonlarla funt-sterlinq ziyana salıb. Bildirilib ki, fırıldaqları həyata keçirən şəxslərin çoxu insan alverinin qurbanlarıdır, onlar zorla saxlanılır və işgəncə hədəsi ilə bu cinayətlərə məcbur edilirlər.

Şəbəkənin rəhbəri Çen Ji və onun tərəfdaşları Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş şirkətlər vasitəsilə Londonda 12 milyon funt-sterlinqlik malikanə, 100 milyon funt dəyərində ofis binası və 17 mənzilə sahib olublar.

Böyük Britaniya hökumətinin sanksiyaları nəticəsində bu əmlaklar və şirkətlər dərhal dondurulub, Çen və onun şəbəkəsinin ölkənin maliyyə sisteminə çıxışı tamamilə məhdudlaşdırılıb.

Bu addım Böyük Britaniyanın fırıldaqçılığa qarşı strategiya və gələn il keçiriləcək qanunsuz maliyyə ilə mübarizə sammiti ərəfəsində əhalinin maliyyə təhlükəsizliyini qorumaq məqsədini daşıyır.

Son xəbərlər

UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib

BİZİM TƏQVİM: 28 avqustda baş vermiş tarixi hadisələr

“Bu adın 400-dən çox yaşı var” - Kanadadan Trampın qərarına etiraz

3 min illik qızıl xəzinə 4 dəqiqəyə oğurlandı

Göy bizim yerimizə hayqıranda...

Anasının ölümünə görə şikayət etdi - Atası həbs olundu

İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçilib

İcra başçısının nümayəndəsi qəfil vəfat etdi

Tərəf müqabili oldular

Fəlakət zonasından təxliyə edildilər

Zəlzələdən zərərçəkənlərə 1 milyon dollar bağışladı

“Artıq itirəcək heç nəyimiz yoxdur” - Qurban Qurbanov

UNİVERSİTETƏ GEDƏN YOL

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Mənimtək gecəyə qonaq olanlar - FOTO

Bərdə rayonunda Qızıl Aypara könüllüləri ilə görüş keçirildi - FOTOLAR

İranla bağlı növbəti görüş İstanbulda keçiriləcək

Çəkisinə görə məruz qaldığı təzyiqlərdən danışdı - FOTOLAR

Maksim Qalkin Bakıda - Fotolar

Oğlu birinci sinfə gedəcək, özü isə tələbə oldu

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşdi - 70 manat

Sabah ilin son Ay tutulması baş verəcək

Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub

Haaqada "Bosniya qəssabı" Ratko Mladiç ölüb

Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib

"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM

Sabah Sabirabadın 10 kəndində qaz kəsiləcək

Rusiya ordusu Xarkovda ticarət mərkəzini dronla vurub: 1 nəfər ölüb, 4 yaralı var

Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31